BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                     Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib .....                     "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" .....                     Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı .....                     “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     Bakıda məşhur iş adamı həbs olundu .....                     “MTN işi” üzrə zərərçəkənlər etiraz edir .....                     Diqqət sərhəddə: .....                     Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə .....                     Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: .....                     Azərbaycan ÜST-dən çıxacaq? .....                     Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır .....                     Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... .....                     Hərbçimiz vəfat etdi .....                     Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata .....                     “Çinar Park” icarə haqqını 19% qaldırdı .....                     “Sən kimsən? Mən mikrorayon uşağıyam” .....                     Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                     Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır .....                     AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir .....                     İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? .....                 

"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
Tarix: 14-12-2020, 09:02 | Çap et
"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
“Qarabağ uğrunda apardığımız haqlı vətən müharibəsi dövründə gecələr yatmağı özümə qadağan etmişdim. Çörək yeyəndə, su içəndə hətta isti yerimə girəndə belə utanırdım. Cənab prezident xalqa müharibənin bitdiyini və 3 tərəfli müqavilənin imzalanacağını dediyi günü bir az da olsa rahat oldum. Yəni yerimdə artıq yata bildim. Dedim ki, şükür Allaha, torpaqlarımız qayıtdı. Görün biz nə boyda torpaqlarımızı, rayonlarımızı, kəndlərimizi işğaldan azad etdik. 30 il idi ki, bizim yaralarımız hələ də qaysaqlamamışdı, sağalmırdı, yaralarımıza bir az da olsa məlhəm çəkildi. Ordumuz bizə özümüzə inamı qaytardı. Bizə birləşmək ruhumuzun var olduğunu, ölmədiyini qaytardılar. Bizə qələbə sevincini qaytardılar, artıq gülümsəməyə də başladıq. Biz bu gün də hələ rahat olmamalıyıq. Nəyə görə? Çünki artıq bizim çiynimizdə borc yükü var, şəhidlərin haqqı var. Biz onların ruhuna layiq olmalıyıq. Layiq olmaq üçün də çalışmalıyıq ki, həyatımızı elə düzgün yaşayaq ki, onların ruhu bizdən inciməsin. İşğaldan azad etdiyimiz bütün torpaqlarımızda gözəl bir həyat qurmalıyıq. Biz şəhidlərimizin, qəhrəman övladlarımızın qələbəsini əbədiləşdirmək üçün hər şəhərdə, hər rayonda, hər kənddə şəhidlər xiyabanı düzəltməliyik. Bu ona görə lazımdır ki, hər şəhidin xatirəsi ürəyimizdə xiyabana çevrilsin. Biz onları heç bir zaman unutmamalıyıq, unutmağa haqqımız da yoxdur. Şəhid analarının qarşısında baş əyib, əllərindən öpürəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm. Fəxr edirəm ki, bizim belə cəngavər, qəhrəman gənclərimiz var, fəxr edirəm ki, gənclərin ürəyi vətən sevgisi ilə çırpınır. Vətən sevgisi xalqımızın ürəyində var olduqca bu vətən basılmaz. Bizim hələ gələcəyə çox işimiz var. Mən inanıram ki, bu hələ tam qələbə deyil. Bizim hələ babalarımızın dəfn olunduğu qədim Azərbaycan torpaqlarımız var ki, inşallah bu qələbə, zəfər yolu bizi ora aparacaq. Oralarda da biz qələbə çalacağıq”.

Bunu Moderator.az-a Xalq artisti, məşhur “Nəsimi” filmindəki Fatimə obrazının ifaçısı Xalidə Quliyeva deyib. Sevilən sənətkar doğulub boya-başa çatdığı Şuşa ilə bağlı xatirələrini də bizimlə bölüşüb.

“Allah cəmi ölənlərə rəhmət etsin, mənim atam Şuşada, anam isə Bakıda anadan olub. Uşağlığım, gəncliyim Şuşada keçib. Atam hər yay bizi babamın Şuşadakı 2 mərtəbəli mülkünə aparardı. Babam Məşədi Rəhimi orada hamı tanıyıb, hörmət edirdi. Məşədə ziyarətə getmişdi, o vaxt böyük əmimi də özü ilə aparmışdı. İnanclı adam idi, dininə sadiq biri idi. Hər gün məscidə gedib şeyxin yanında oturardı. Hətta şeyx Kərbəla ziyarətinə gedib gələndən sonra babam birinci övladını gətirib onun ayağının altına qoydu ki, mən bunu sənə qurban edirəm, sən gedib oranı ziyarət edib gəlmisən. Belə bir qatı inancı var idi. Təbii ki, şeyx icazə verməyib, deyib ki, qurbanın qoyun olsun. Həm də tacir idi, atı, arabası var idi, ticarətlə məşğul olurdu. Dolanışığımız yaxşı idi, pis deyildi. Gövhər Ağa məscidinin yanında idi evimiz. Evimizin yaxınlığında meydan bulağı, tikiş fabriki, bazar var idi. Babamgil Bakıya köçəndə onların evində Laçınla Şuşa arasında Zarıslı kəndi var idi, o zarıslılar babamın evinə köçüb, orda yaşamağa başlamışdılar. Babamın böyük bağları, torpaq sahəsi var idi. Yadımdadır, o bağda armud ağacından armudu dərmək mümkün deyildi, dərən kimi armudun şirəsi dirsəyimə qədər tökülürdü. Mənim indi ən böyük arzum budur ki, orada gedib ulu babamın, nənəmin, yaxınlarımın məzarlarını ziyarət edib, onlara dua oxuyum. 1970 - ci ildə atam dünyasını dəyişəndə onu Bakıda dəfn etdik, amma məzarının üstünə Şuşadan gətirdiyimiz torpağı tökmüşdük. Mən 3-cü sinifdə oxuyanda atam məni Şuşada Cıdır düzündəki "lager"ə yazdırmışdı.

Yadımdadır, Şuşada, həm də Xankəndində erməni məhlələri var idi, o məhlələrin qabağından keçəndə erməni uşaqları hasara dırmaşıb başımıza ya tüpürərdilər, ya daş atardılar, “türklər gəlir, türklər gəlir” deyərdilər. O vaxtı onların sən demə, bizə böyük nifrəti var imiş. Amma bizdə onlara qarşı nifrət hissi olmayıb. Mənim yadıma gəlmir ki, evimizdə ermənilərə qarşı siyasi təbliğat aparılsın, bizə nifrət xörəyi yedizdirsinlər. Biz nifrət xörəyi yeməmişik. Biz həqiqətən də sadə, çox təmiz millət olmuşuq. Amma bu gün reallıq onu göstərir ki, belə olmaq olmaz. Bu gün güc çox böyük rol oynayır. Biz güclənməliyik, necə ki, bu müharibə ərəfəsində baş verdi. Biz Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında birləşməliyik. Onun çıxışları müharibə günlərində olduğu kimi bu gün də bizi ruhlandırır, bizə ümid verir, arxa-dayaq olur. Hətta prezidentin çıxışı olmayanda darıxırıq ki, qoy çıxıb danışsın, çünki Ali Baş Komandana qəribə bir məhəbbət, sevgi yarandı. Allah xalqımızı, xalqımızın prezidentini bizə çox görməsin. Bəli, sülhməramlılar gəldilər, orda qayda-qanun yaratdılar, bunların hamısı bizim xeyrimiz üçündür. Oturub araşdıranda da görürəm ki, bu bizim bu günümüz üçün də xeyirlidir, hələ 10 ildən sonra nə olacaqsa onun üçün də. Hər bir şey dövlət tərəfindən düşünülüb. Mən bu yolda xalqımıza, prezidentimizə can sağlığı arzulayıram. Allahın amanında olaq, onun kölgəsi üstümüzdən əskik olmasın. Deyirlər ki, “Haqq nazilər, üzülməz”. Bəli, bizim haqqımız var, bizim haqqımız üzülmədi. Biz bu gün haqq yolunda çabalayırıq, tanrı da ona görə bizə yar olur. Xalqımızın vətəninə olan eşqi bizə kim verdi? Əlbəttə ki, Allah verdi. Bu eşq var olunca torpaqlarımız da, qələbə də bizim olacaq. Yetər ki, bir-birimizi sevək, Ali Baş Komandanımızı sevək, hər gün sevmək üçün çalışaq. Sevmək üçün nəsə addım ataq. Bəli, bizi sevgi xilas edəcək, o sevgini də bizə tanrı bəxş edib. Tanrıya min şükürlər olsun ki, bizi bu bəladan, bu zülmdən, bu acizlikdən, bu başıaşağılıqdan qurtardı” - deyə Xalq artisti Xalidə Quliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16
Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13
Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11
Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08
Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06
“Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04
“Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru