Bacarırsınızsa, Ukrayna dronları ilə baş edin... .....                     Azərbaycan təyyarəsi BELƏ vurulub .....                     300 saylı məktəbdə də BAZAR AÇIBLAR... .....                     BU QƏDƏR SADƏ: Hər şagird 10 manatdan gətirsin... şənbə-bazar evdə qalsın! .....                     Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     “Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU... .....                     "COVİD" bəhanəsilə Putinin yanına getməyən Paşinyandan PAYLAŞIM... .....                     Türkiyəli məşhur astroloq təyyarəmizin vurulacağını DEYİBMİŞ... .....                     Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub .....                     Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu .....                     Antiinhisar xidməti Mərkəzi Bankın tenderini .....                     İlhamə Elşadqızı ağır ittihamla həbs edildi .....                     "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." .....                     Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib .....                     "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." .....                     Hadrutun xarici elektrik təchizatı yenilənir .....                     `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... .....                     Deputatlar bu tarixdə .....                     Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... .....                     ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... .....                     "Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                 

Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir... - TALAN VAR...
Tarix: 7-08-2015, 10:12 | Çap et
Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir...
Bakıda, eləcə də ölkənin digər regionlarında təmirə ehtiyacı olan yollar barədə dəfələrlə ətraflı məlumat vermiş, bununla bağlı geniş reportajlar hazırlamışıq. Lakin buna baxmayaraq, hələ də paytaxtın bir neçə küçə və prospekti, həmçinin magistral yollar bərbad vəziyyətdədir.

Belə ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları, əsasən də "Azəryolservis" ASC tərəfindən qismən də olsa yamanan yollar qısa müddətdən sonra həm piyadaların, həm də avtomobillərin hərəkəti üçün yararsız hala düşür, dağılır. Bunun məsuliyyəti isə nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, "Azəryolservis" ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədovun üzərinə düşür. Çünki məhz onlar ölkədə yolların çəkilməsi prosesini həyata keçirirlər. Lakin görünən odur ki, bu proses zamanı dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə ayrılan külli miqdarda vəsait əbəs yerə xərclənir, yəni batır. Mövzu ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin ümumi istifadədə olan yol infrastrukturunda təmir və yenidənqurma işləri aparılsa da, aidiyyəti qurumların diqqətindən kənarda qalan magistral yolların sayı kifayət qədərdir. Ən qəribəsi odur ki, diqqətdən kənarda qalan yolların bir çoxu respublika əhəmiyyətli magistraldır. Məhz bu, onu deməyə əsas verir ki, bu gün Azərbaycan yolları komadadır. Bu sözü əbəs yerə demədik. Diqqət yetirsəniz görərsiniz ki, hazırda paytaxtın əksər küçə və prospektlərində avtomobil yolları ya yenidən qurulur, ya da həmin yollarda cari və əsaslı təmir işləri aparılır. Bu isə öz növbəsində, uzun müddətli tıxacların yaranmasına, insanların əsəb gərginliyi keçirməsinə səbəb olur. Elə bu səbəbdən də Bakıda yaşayan, avtomobili olan və ya olmayan hər kəsin bir ortaq problemi var ki, bu da tıxacdır. Maraqlı fakt ondan ibarətdir ki, paytaxtın əsas küçə və prospektlərində tıxaclar yalnız mərkəzdə və pik saatlada deyil, şəhərin istənilən yerində, istənilən saatlarda müşahidə olunur. Odur ki, tıxac problemi insanları vəziyyətdən çıxmaq üçün yeni üsullara əl atmağa vadar edir. Məsələn, kimisi şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyə, kimisi də metrodan istifadəyə üstünlük verir. Amma təbii ki, bu problemin həlli deyil. Tıxacların yaranma səbəblərini araşdırdıqda məlum olur ki, bu işdə də Nəqliyyat Nazirliyi ilə yanaşı, "Azəryolservis" ASC-nin üzərinə böyük məsuliyyət düşür. Çünki Ziya Məmmədov və Saleh Məmmədov vəzifələrini lazımi səviyyədə icra etmədiklərindən hər salınan yeni yol qısa müddətdən sonra yararsız hala düşür və nəticədə həmin yol yenidən təmirə bağlanır. Bakıda yolun təmirə bağlanması isə saatlarla çəkən tıxacın yaranması ilə nəticələnir. Halbuki yollar bağlanarkən dislokasiya qorunmalı, alternativ yollar öncədən hesablanmalı və bu barədə vətəndaşlara ətraflı məlumat verilməlidir. Əslində müvafiq qanunvericilikdə bu, öz əksini tapıb. Məsələn, ötən ilin sonlarında Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nı təsdiq edib. Həmin qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir: yenidən qurulma və təmir; dövlət tədbirlər keçirilərkən və qəzalar baş verərkən. Gördüyünüz kimi, qanunvericiliyə görə, Nəqliyyat Nazirliyi bağlı yollarla bağlı vətəndaşları dərhal məlumatlandırmalıdır. Lakin hələ də bu tələbə əməl olunmur. Elə buna görə də insanlar qızmar yay aylarında saatlarla tıxacda qalmağa məcbur olurlar. Bu isə Ziya Məmmədovun piyada və sürücüləri infarkt həddinə çatdırması anlamına gəlir. Bəlkə səhv deyirik?..

Bu arada, ekspertlər də qeyd edirlər ki, əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işləri aparması tıxacın yaranmasına səbəb olur. Ən böyük problem də elə budur. Çünki həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi pozulur. Sözügedən problemin həlli üçün mütləq yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Nəqliyyat Nazirliyi isə bunu etmir. Ziya Məmmədov sadəcə yolları bağlatdırır və bununla da işini bitmiş hesab edir. Yolların yararsız vəziyyətə düşməsinə gəlincə, mütəxəssislərin fikrincə, paytaxtın mərkəzi küçələrində yollar ona görə tez-tez yararsız vəziyyətə düşür ki, həmin yollarda asfalt-beton örtüyü keyfiyyətsiz salınır. Bundan başqa, hər hansı küçədə və ya prospektdə avtomobil yolu salınarkən və ya təmir edilərkən aidiyyətı qurumlarla məsləhətləşmələr aparılmır. Yəni Nəqliyyat Nazirliyi, eləcə də "Azəryolservis" avtomobil yolu salınmazdan əvvəl kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq orqanlarla birlikdə işləməlidir. Ziya Məmmədov və Saleh Məmmədov isə bu cür önəmli məsələyə laqeyd yanaşdıqları üçün sonda ziyan yenə də sadə vətəndaşlara dəyir. Təxminən, bu mövqedən çıxış edən ekspertlər hesab edirlər ki, Bakının, eləcə də ölkənin digər şəhər və rayonlarının avtomobil yollarının keyfiyyətsiz olması yolların standartlara uyğun, keyfiyyətli şəkildə çəkilməməsi, yolların salınması zamanı texniki qaydalara düzgün əməl olunmaması ilə bağlıdır.

Bundan başqa, əksər mütəxəssislər bu qənaətdədirlər ki, yolların çəkilişinə əsasən payız və qış aylarında başlanılması büdcədən ayrılmış vəsaitləri tez-tələsik ilin sonuna kimi işlətmək naminə edilir. Qeyd edək ki, bu həm də yolun keyfiyyətsiz çəkilişinə səbəb olur. Çünki payız və qış aylarında yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Araşdırmalar da göstərir ki, əsas problem asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçün isə asfalt zavoddan 160 dərəcə altında çıxmalıdır. Bu, yolun gələcəkdə həm yüksək yüklənməyə, həm də yüksək şaxtalara dözümünü təmin edir. Hazırda bəzi ölkələrdə 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir ki, bunun şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Bizdə isə bahalı olduğundan bu texnologiyadan yollarda tətbiq edilmir. Hələ bu, harasıdır. Bakıda şəhərdaxili yollar çəkilərkən ucuz asfaltdan istifadə olunması hallarına da rast gəlmək mümkündür. Ekspertlər iddia edirlər ki, bu cür asfaltda parafinin səviyyəsi yüksək olur. Sovet illərində tərkibində parafin yüksək olan bitum asfalt üçün yararsız sayılırdı və Bakının Balaxanı kəndinin yaxınlığında çalaya tökülürdü. Çünki təbii bitumu parafindən təmizləmək xüsusi texnologiya tələb edən bir prosesdir və bitumun qiymətini artırır. SSRİ-də belə texnologiya yox idi və asfalt parafinsiz bitumdan hazırlanırdı. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra məsələyə fikir verən olmadı və Balaxanı yaxınlığındakı çökəklikdən tullantı bitum daşınaraq asfalt düzəldildi. Nəticədə, bu ucuz asfaltla çəkilən yollar şaxtaya, qızmar günəşə dözmür və qısa müddətdə dağılır.

Bir qədər öncə də qeyd etdiyimiz kimi, artıq Bakının mərkəzi küçələrində hərəkətin təmirlə bağlı dayandırılması adi hala çevrilib. Avtomobillərin intensiv hərəkət etdiyi yolların bağlanması isə müəyyən problemlər yaradır, narazılıqlara səbəb olur. Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən yollara hər il asfalt döşəndiyi halda, şəhərkənarı yollar, xüsusilə də qəsəbə yolları bərbat vəziyyətdədir. Bu yolların çala-çuxur olmasına baxmayaraq, onların nə vaxt təmir olunacağı məlum deyil. Bu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yolların tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir: "Bu sərvət xalqındır və düzgün xərcləyə bilmirsinizsə, başqa işlə məşğul olun. Sovet dövründə dövlət əmlakını külli miqdarda mənimsəyənləri məhkəmənin qərarı ilə güllələyirdilər. Bunu real olaraq bərpa etmək lazımdır. Mənimsəmək deyəndə söhbət təkcə pulu saxta sənədlərlə özünküləşdirməkdən getmir. Dövlət büdcəsinin pulu səmərəli xərclənməlidir. Yol tikinti materiallarının öz standartı var, onlara riayət etmək lazımdır. Məsələn, yol çəkilərkən ən çox işlədilən asfalt-beton qarışığı yüksək keyfiyyətdə olmalıdır. Dünyadakı müasir texnologiyalardan istifadə edilməklə hazırlanmalıdır ki, nəzərdə tutulmuş müddətdə dözsün. Onu tətbiq etməyin də standartı var. İşin standartı isə mürəkkəb deyil. Yəni özündən nə isə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, işin hansı qaydada görülməsini bilmək lazımdır. Əgər yolun dözümlülüyü standartlara uyğun olarsa, niyə dağılsın ki? Kimsə yolu dağıtmır. Yol maşın təkərləri altında dağılır. Bu necə yoldur? Demək ki, yol hazırlanarkən bütün standartlar nəzərə alınmır və ona görə də tez sıradan çıxır. Yol elədir ki, bir hissəsində nə isə problem olursa, təbəqə-təbəqə dağılma gedir. Ona görə də yolu çəkməyə məsul şəxslər və ya şirkətlər məsuliyyət daşımalı, keyfiyətsiz işə görə cavab verməlidirlər". Ekspertin sözlərinə görə, yolun təmirində şəhərin mərkəzi və kənar hissəsi arasında fərq qoyulmamalıdır: "Yolların hamısı normal vəziyyətdə olmalıdır və bunun üçün yaxşı vəsait də ayrılır. Vəsaitlər müxtəlif istiqamətdə ayrılır. Əsaslı tikintidirsə, dövlət büdcəsindən ayrıca maddələrlə pul ayrılır. Azərbaycanda avtomobil yolları üçün büdcənin tərkibində ayrıca fond da var. Hər il onun tərkibində 200 milyon manata yaxın vəsait toplanır. Həmin o pullar cari təmir üçündür. Məsələn, yolun hansısa hissəsində problem yaranıbsa, aradan qaldırılmalıdır. Pullardan səmərəli istifadə olunsa, şəhərdaxili və şəhər kənarında olan yollar normal vəziyyətdə saxlanıla bilər. Şəhərin hər bir yerində yol normal olmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bacarırsınızsa, Ukrayna dronları ilə baş edin... - ŞƏRƏFSİZ YIĞINI...
Bu gün, 11:37
Azərbaycan təyyarəsi BELƏ vurulub – ŞOK DETALLAR
Bu gün, 11:32
300 saylı məktəbdə də BAZAR AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:28
BU QƏDƏR SADƏ: Hər şagird 10 manatdan gətirsin... şənbə-bazar evdə qalsın! - Daha bir TƏHSİL PİŞTAXTASI...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Bu gün, 11:12
“Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:11
"COVİD" bəhanəsilə Putinin yanına getməyən Paşinyandan PAYLAŞIM... - "İşə gedirik"
Bu gün, 11:04
Türkiyəli məşhur astroloq təyyarəmizin vurulacağını DEYİBMİŞ... - Həm də bir neçə saat əvvəl
Bu gün, 11:00
Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi
Bu gün, 10:57
Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45
Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39
İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23
"Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09
Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00
`ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50
Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45
Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42
ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru