Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                 

Gənclər və İdman Nazirliyi “qara zolaqda” – korrupsiya həbsləri ola bilər
Tarix: 19-02-2021, 09:18 | Çap et
Gənclər və İdman Nazirliyi “qara zolaqda”
Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicəsini davam etdirir. Xəstəxanada olduğu müddət ərzində Azad Rəhimovu 1-ci müavini İsmayıl İsmayılov əvəz edirdi. Amma iki gün əvvəl həm də Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində də problem yaranıb. Belə xəbərlər var ki, İsmayıl İsmayılov yıxılaraq xəsarət alıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ABŞ-da müalicə alan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı suala “Azad müəllimin nə vaxt vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq” cavabını verib.

Yada salaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib. Həmin dövrdə ölkədə idman-konsert komplekslərinin tikintisi aparılırdı və bir çox obyektlər Azad Rəhimovla əlaqəli şirkətlər tərəfindən tikilir, təmir olunurdu. Ölkədə dövlət sifarişli təmir-tikinti işlərinin böyük korrupsiya əməlləri ilə gerçəkləşməsi kimsəyə sirr deyil. Azad Rəhimovun adına bağlı şirkətlərin də adı korrupsiyada hallanırdı. Məlumatlara görə, nazirlikdə xeyli pozuntular, maliyyə maxinasiyaları var. Azad Rəhimovun nazirliyə biznesdən gəldiyi sirr deyil. Onun və oğlunun həm ölkə daxilində, həm xaricdə müxtəlif profilli şirkətləri olduğu da məlumdur. Mədəniyyət Nazirliyindən sonra burada da həbslər olacağı haqda mediada iddialar vardı, amma müharibə başladı və bəzi məsələlər ikinci plana keçdi. İddialar var ki, nazirin müalicəsini başa vurub qayıtmasını gözləyirlər. Onun uzun müddətdir xəstə olmasına baxmayaraq, istefa barədə ərizə verməməsinin səbəbi də budur.

Vətən müharibəsindən əvvəl üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Azad Rəhimov və ailəsinə yaxın şirkətlərə dövlət büdcəsindən üst-üstə 100 milyon manatdan artıq vəsait köçürülüb. Həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mütəxəssis adı ilə ölkəyə dəvət edilən əcnəbilərin qul kimi işlədilməsi və s. hallar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) araşdırmalarında da yer alıb. Yayılan məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aid idi.

Bir neçə hissədən ibarət araşdırma müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor “SerbAz” şirkətinin fəaliyyətindən bəhs olunur.

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi “Buta Palace” sarayının və “Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib. “Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir. Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. Araşdırma göstərib ki, “SerbAz”ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

“SerbAz”ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan “İtalDizain”lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü “İtalDizain”in direktoru olub. 2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün “SerbAz”la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb. Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin “mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş “müasir materiallar” lazım olması, buna görə “bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib. Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl “SerbAz” mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar. İlk yenidənqurmadan sonra “SerbAz” Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb.

O, bu məktubda rəhbərlik etdiyi nazirliyin “SerbAz”la əməkdaşlığının səbəblərini izah edir. 2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər – bərpasına 20,9 milyon dollar ayrılan “Səadət Sarayı”nın, tikintisinə 38,8 milyon dollar ayrılan Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihəyə cəlb olunublar. SerbAz-ın digər layihələri arasında “Buta Palace”, “Baku Expo” sərgi mərkəzi və “28 Mall” olub. Azad Rəhimovun “SerbAz”la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda o, “SerbAz Design and Construction” adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan “Acora Business” firmasına məxsusdur. Digər “SerbAz” Niderlandda “SerbAz Property” kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın “Creacon Constructioan” şirkətinin “SerbAz”dan tikinti işlərini aldığını müəyyən ediblər. 2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən “Creacon”un iki səhmdarından biri “İtalDizain Group”dur. “İtalDizain” bu gün böyük holdinqə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə “Cartier”dən “Baccarat”a qədər premium sinfi butiklər daxildir. Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv “İtalDizain” saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin “SerbAz”ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il “SerbAz” işçilərinə qarşı amansız rəftardan bəhs edilib. Jurnalistlər korporativ hesabatlar vasitəsilə “İtalDizain”ın Lüksemburqun “Argulux” şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur. “SerbAz”ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq “SerbAz”ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb. 2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən “SerbAz”ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çamadanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb. Eyni zamanda, ofşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib. Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da “SerbAz”a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 milyon dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 milyon dollar ödəyib. OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin “SerbAz”a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib. Göründüyü kimi Azad Rəhimov rəhbərlik etdiyi nazirlikdə də bu günə qədər istintaqçıların baş çəkdiyi nazirliklərdə olduğu kimi böyük korrupsiya var. Gələn məlumatlar onu deməyə əsas verir ki, araşdırmalarla ortalığa çıxarılan korrupsiya əməlləri tezliklə ittiham aktlarında yer ala bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru