Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
Tarix: 23-01-2021, 11:30 | Çap et
Bugünlərdə, daha dəqiq desək, yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad edilib. Bu barədə AMEA-nın yaydığı məlumatda deyilir ki, aparılan yoxlama zamanı Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.
Bu arada, onu da nəzərinizə çatdıraq ki, bu il Azərbaycan Milli Elmlər Akademiyasına 117 milyon manat vəsaitin ayrıldığını vurğulayan AMEA-nın akademik-katibi Adil Qəribovun sözlərinə görə, 10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır: “Qeyd olunan vəsaitin 81-82 faizi institutların işçilərinin əmək haqqına ayrılıb. Qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq. Belə getsə, akademiyanın gələcək inkişafından söhbət etmək çox çətin olar. Son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb. Bunlarla müxtəlif cihazlar alınıb. Bu cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır. 10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır. Bunun ölkənin iqtisadi və ya digər heç bir durumu ilə əlaqəsi yoxdur”. Hazırda institutlarda gənclərin faizlə sayının 10-20 faizdən çox olmadığını deyən AMEA-nın akademik-katibi əlavə edib ki, elmin təşkilində də boşluqlar var: “Buna görə akademiyanın elmin normativ hüquqi bazası yenilənməsinə böyük ehtiyac var. İndi akademiyada islahatlar həyata keçirilir”.
Gördüyünüz kimi, məhz bu məlumatlar onu deməyə əsas verir ki, AMEA-nın nəzdində fəaliyyət göstərən institutlarda vəziyyət heç də ürəkaçan deyil, korrupsiya və maxinasiya hallarına yol verilir, ayrılan vəsaitlər və qrantlar təyinatı üzrə xərclənmir. Odur ki, bugünkü sayımızda dəfələrlə bu mövzuda tənqidi çıxışlar edən, Azərbaycan Milli Elmlər Akademiyasında çoxsaylı problemlərin olduğunu və onların hələ də həll edilmədiyini qeyd edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasovla söhbətləşdik.
“Aydın olur ki, ayrılan vəsaitlər elmin inkişafına situmul verməyib, əksinə dövlətin elm potensialına zərbə vurub”
– İdris bəy, AMEA-nın akademik-katibi Adil Qəribov bir neçə gün öncə keçirilən mətbuat konfransında qeyd edib ki, son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb və bunlarla müxtəlif cihazlar alınıb. Lakin həmin cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Onun sözlərinə görə, bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır. Təbii ki, bu da öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi yeyintiyə yol verildiyini sübut edir. Sizcə, ayrılan qrantlar hara və kimlər tərəfindən xərclənib?
– İlk öncə, onu bildirim ki, Adil Qəribov bir müddət əvvəl AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib. Lakin bu gün AMEA-nın akademik-katibi vəzifəsində çalışır. Adil Qəribovun sözügedən mətbuat konfransında səsləndirdiyi fikirlərdən də aydın görünür ki, o, Milli Elmlər Akademiyasına ayrılan 50 milyonluq qranta heç bir iş görülmədiyini etiraf edir. Elə danışır ki, sanki büdcədən ayrılan vəsait, dövlətin pulu heç bir şey, ələ keçirilmiş qənimətdir və istədikləri kimi xərcləyə bilərlər. Adil Qəribovun özündən soruşmaq lazımdır ki, siz bu sistemdə olmusunuz, Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmisiniz, məgər, bu qədər vəsaitin hara xərclənməsi haqda məlumatınız olmayıb?! Aydın olur ki, ayrılan vəsaitlər elmin inkişafına situmul verməyib, əksinə dövlətin elm potensialına zərbə vurub. Unutmaq lazım deyil ki, Milli Elmlər Akademiyasına ayrılan vəsaitlərin düzgün xərclənmədiyini, alınan cihazların səmərəsiz olduğunu deyən şəxs AMEA-nın akademik-katibidir. Bu isə heç də kiçik vəzifə deyil. Söhbət 5-10 manatdan yox, 50 milyonluq böyük bir məbləğdən gedir. Əslində, Adil Qəribovun dediyi fikirlər özü-özünü ittiham etməkdir. Məgər, o, akademiyaya yeni gəlib? Onun indiyə qədər olub-bitənlərdən məlumatsız olması inandırıcı deyil. Axı, Adil Qəribov köhnə rəhbərliyin dövründə də Milli Elmlər Akademiyasında məsul vəzifədə çalışıb, uzun müddət direktor olub. O, akademiyanın köhnə rəhbərliyi ilə çox isti münasibətdə olub. İndi onun belə bir açıqlama verməsi, özü-özünü ittihamdan başqa bir şey deyil. AMEA-nın akademik-katibinin etirafları, hüquq-mühafizə orqanlarının Milli Elmlər Akademiyasında total araşdırma, ciddi yoxlamalar aparmalarına əsas verir. Düşünürəm ki, bu zaman bir sıra dövlət əhəmiyyətli məsələlər üzə çıxarıla bilər. Çünki burda söhbət dövlət əmlakının talan edilməsindən, ayrılan vəsaitlərin göyə sovrulmasından gedir. Əgər AMEA-nın akademik-katibi özü bunları etiraf edirsə, o zaman mütləq məsələyə hüquqi qiymət verilməlidir. Aidiyyatı orqanlar hökmən buna müdaxilə etməlidir. Axı, hüquq-mühafizə orqanlarının müdaxiləsi üçün daha nəyi gözləmək lazımdır?!
“Ümumi ab-havaya nəzər saldıqda, görünür ki, akademiyada ciddi çatışmazlıqlar, nöqsanlar və böyük yeyintilər var”
– Adil Qəribov onu da bildirib ki, 10 ilin nəticələrinə görə, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmayıb. Konkret hansı institutlar nəzərdə tutulur? Elmi tədqiqat işləri aparmayan institutlar nəyə lazımdır?
– Bunu Adil Qəribov deyirsə, təbii ki, konkret hansı institutları nəzərdə tutduğunu da özü bilir. Lakin mənim fikrimcə, bu bir həqiqətdir ki, gözə kül üfürmək üçün, göstəriş xatirinə tədqiqat aparılır. Adil Qəribovun uzun müddət Radiasiya Problemləri İnstitutuna rəhbərlik etdiyini nəzərə alsaq, o, həmin institutda hansı tədqiqatların aparılmasına da aydınlıq gətirə bilər. Hər halda ilk öncə özündən başlasa daha yaxşı olar.
– AMEA-nın akademik-katibi institutlarda gənclərin faizlə sayının 10-20 faizdən çox olmadığını da vurğulayıb. Bunun günahı kimdədir? Gənclərin elm sahəsinə maraq göstərməməsinə görə kim məsuliyyət daşıyır?
– Hesab edirəm ki, bu işdə, yəni institutlarda gənclərin sayının az olmasında Adil Qəribov daxil olmaqla, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, bütün institut direktorları və digər rəhbər şəxslər günahkardır. Axı, günahı ayrı harda və kimdə axtarmaq olar?!
– Bir qədər əvvəl qeyd etdiniz ki, Adil Qəribov əvvəllər AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru olub. Onun o zamankı fəaliyyəti haqqında hansısa məlumatınız varmı? İnstitut rəhbəri olduğu dönəmdə elmin inkişafı istiqamətində nəzərəçarpan iş görüb?
– Mən Dilçilik İnstitutunda şöbə müdiri olduğum üçün başqa institutlarla maraqlanmaq, onlar haqda bilgiyə sahib olmaq imkanım yoxdur. Lakin ümumi ab-havaya nəzər saldıqda, görünür ki, akademiyada ciddi çatışmazlıqlar, nöqsanlar və böyük yeyintilər var. Bir neçə gün öncə Fizika İnstitutunun direktoru Nazim Məmmədov və həmin institutun digər məsul şəxslərinin işdən azad olunmaları da bunu bir daha təsdiqləyir.
“Dilçilik İnstitutuna ayrılan 2 milyon manat aidiyyatı üzrə xərclənmədiyindən institutda vəziyyət acınacaqlı olaraq qalmaqdadır”
– Dilçilik İnstitutundan söz düşmüşkən, bu yaxınlarda “facebook” hesabınızda sözügedən institutda da yeyinti faktlarının olduğunu və ayrılan 2 milyon manatın mənimsənildiyini qeyd edibsiniz. Bu barədə daha ətraflı məlumat verə bilərsiniz? Həmin vəsait nə zaman ayrılıb və hansı işlər görülüb?
– Qeyd edim ki, ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar, ölkədə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 milyon manat ayrılıb. Lakin bu vəsait aidiyyəti üzrə xərclənməyib. Bu barədə ətraflı məlumat verməzdən öncə, nəzərinizə çatdırım ki, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu humanitar bölməyə daxildir. Bu bölməyə isə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli rəhbərlik edir. Dilçilik İnstitutu da məhz onun kurasiyasındadır. Mən bu institutda 2014-cü ildə işə başlamışam. Bu müddət ərzində institutda bir sıra ciddi nöqsanlarla qarşılaşmışam və dərhal bu haqda institut direktoru Möhsün Nağısoyluya şifahi, həmçinin yazılı məlumat vermişəm. O isə qəti olaraq, dedi ki, mən belə işlərə baxmıram, əsəblərimi pozmayın. Sonra başa düşmüşəm ki, cəhdlərim əbəsdir. Çünki bunlar artıq şəbəkələşmiş şəkildə fəaliyyət göstərirlər. Bu səbəbdən də Dilçilik İnstitutunda dövlət əhəmiyyətli əsərlərin çapına 1 manat da olsun vəsait ayrılmadığı halda, mənasız və elmi mahiyyətdən uzaq olan kitablar nəşr olunub. O cümlədən, bu vəsaitlə instituta maqnitafon, ucuz kompyuter alıblar və onları baha qiymətə sənədləşdiriblər. Sonradan öyrəndim ki, bu kimi əməllər ayrılan 2 milyon manatın yemək üsullarıydı. Odur ki, ayrılan həmin vəsait aidiyyatı üzrə xərclənməyib. Bu səbəbdən də institutda vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Qeyd edim ki, institutda baş verən nəqsanlarla bağlı 2018-ci ildə akademiyanın vitse-prezidenti İsa Həbibbəyliyə müraciət etdim. Hətta Milli Elmlər Akademiyasının professoru kimi Rəyasət Heyətində illik yığıncaqda iştirak edərkən belə, öz iradlarımı bildirdim. Məhz bundan sonra mənə qarşı hücumlar başladı, Elmi Şurada çox kobudluq etdilər. O zaman mənə qarşı kobudluq edənləri, İsa Həbibbəylini müdafiə edənləri, o, dəstəklədi və hətta sonradan onlara müəyyən vəzifələr də verdi. Beləliklə, gördüm ki, onlar şəxsi maraqları dövlət maraqlarından üstün tuturlar və müəyyən vasitələrlə mənimlə maksimum sövdələşməyə, hətta susdurmağa çalışırlar. Təsəvvür edin ki, o zaman sayta ərəb dilində yazıları mən yerləşdirirdim və ordan qonarar alırdım. Amma “İsa Həbibbəyli bizim ağsaqqalımızdır, ona söz demək, tənqid etmək olmaz” deyib məni həmin qonarardan da məhrum etdilər. Buna baxmayaraq, mən yenə də yolumdan dönmədim, Dilçilik İnstitutunda yaşanan nöqsanları daim ictimaiyyətin diqqətinə çatdırdım və bu gün də çatdırıram. İnstututda əsas iki möhtəşəm iş görülüb, onların da heç birinə vəsait ayrılmayıb. Onlardan biri Mirzə Kazım bəyin 180 il əvvəl yazdığı “Türk tatar dilinin qrammatikası” və 400 il bundan qabaq yazılan, Vatikan kitabxanasında saxlanan “Azərbaycan dilinin orijinal qrammatikası”dır. Qeyd edim ki, “Azərbaycan dilinin orijinal qrammatikası” ilə bağlı işi 2020-ci ildə iki nəfərlə görmüşük, lakin akademiyada buna biganə yanaşılıb. Bu kimi hallar onu təsdiqləyir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər yeyintiyə məruz qalıb. Buna görə də onların milli təəssübkeşliyinə şübhə edirəm. Baxın, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev o vaxtkı kitablarından 3-nü İtaliyada çap etdirib. Halbuki, ölkə başçısı Ramiz Mehdiyevin həmin 3 kitabda demək istədiyini 44 günlük müharibə dövründə bir çıxışıyla dünyaya çatdırdı, tam hədəfi vurdu.
Ümumiyyətlə, Ramiz Mehdiyev, İsa Həbibbəyli və Möhsün Nağısoylu dövlət əhəmiyyətli əsərlərin çapına önəm vermir, tamam başqa işlərlə məşğuldurlar. Əgər siz milli adamsınızsa, onda niyə ölkəmiz, dövlətimiz üçün əhəmiyyətli olan əsərlərin çapına diqqət ayırmırsınız?! Bunlar nə qanun tanıyır nə də ictimai qınaq qəbul edirlər. Yəqin, deyirlər ki, tərif edib, stolumuzun üstünə bayraq, başımızın üstünə isə ümummilli liderin portretini asıb aldada-aldada gedəcəyik və axırda da bu dövləti yıxacağıq. Yəqin ki, onların fikri budur. Bunun başqa izahı yoxdur.
– İdris bəy, Ramiz Mehdiyevin gəlişindən sonra Milli Elmlər Akademiyasında müsbətə doğru dəyişikliklər olub?
– Heç bir dəyişiklik olmayıb, müsbət heç bir şeydən danışmaq olmaz. Dəyişikliklər ancaq iclaslarda ola bilər. Belə ki, çəkilişlər daha yaxşı, rəngli kameralarla aparılır. Yenilik ancaq bu, ola bilər. Başqa heç bir yenilik yoxdur. Nə qədər vaxtdır ki, Dilçilik İnstitutunda nöqsanlara yol verildiyini, yeyintilərin olduğunu, ədəbi oğurluğun, plagiatçılığın baş alıb getdiyini deyirəm, ancaq buna əhəmiyyət verən yoxdur. Bu isə onu göstərir ki, Ramiz Mehdiyevin akademiyaya gəlişi elm sahəsində heç nəyi dəyişməyib, irəliləyiş əldə olunmayıb. //hurriyyet.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
• AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31 |
|
|
|
• “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14 |
|
|
|
• Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
• “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08 |
|
|
|
• Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04 |
|
|
|
• Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00 |
|
|
|
• Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59 |
|
|
|
• Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57 |
|
|
|
• Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56 |
|
|
|
• Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55 |
|
|
|
• Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54 |
|
|
|
• Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51 |
|
|
|
• Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46 |
|
|
|
• Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42 |
|
|
|
• Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40 |
|
|
|
• Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39 |
|
|
|
• Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37 |
|
|
|
• Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15 |
|
|
|
• Tanınmış vəkilin hesabları ələ keçirildi: Onun adından pullar yığılır - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - İLGİNC...
Bu gün, 10:02 |
|
|
|
• "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 09:53 |
|
|
|
|