Heydər Əsədovun şübhəli "Ramko MMC" sevgisi" - İDDİA
Tarix: 11-01-2017, 08:22 | Çap et
İkimininci illərin ortalarından başlayaraq dövlət büdcəsinə daxil olan güclü maliyyə axını ölkənin tikinti sahəsinin inkişafına ciddi təkan verdi.
Respublikanın bütün regionlarında aparılan abadlıq-quruculuq işləri yeni tikinti şirkətlərinin yaranmasına səbəb oldu. Düzdür, son bir il yarımda iqtisadi böhrana görə, tikinti sahəsi əhəmiyyətli dərəcədə tənəzzülə uğrayıb. Və buna görə də xeyli tikinti şirkətləri fəaliyyətini dondurub. İndi ancaq o tikinti şirkətləri fəaliyyət göstərir ki, onların ölkənin rəhbər vəzifələrində ciddi dayaqları var. "Yuxarı”larda bu cür ciddi dayaqları olan tikinti şirkətləri milyonlarla manat dəyəri olan dövlət sifarişlərini əldə etməklə böyük qazanclar əldə edirlər. Qlobal.az-ın internet üzərindən apardığı araşdırma zamanı məlum oldu ki, dövlətin sifarişi ilə böyük həcmdə tikinti layihələrini həyata keçirən şirkətlərdən biri də "RAMKO” MMC-dir. Əldə etdiyimiz məlumata görə, fəaliyyətində qeyri-şəffaflıq elementləri olan "RAMKO” MMC əsasən sosial-iqtisadi yönümlü sifarişləri həyata keçirir. Öncə onu qeyd edək ki, milyonlarla dəyərində layihələr həyata keçirən "RAMKO” MMC-nin şirkət olaraq prinsipləri, gördüyü işlər haqqında bilgi verən saytı yoxdur. Bütün dünyada milyonlarla (hətta çox kiçik şirkətlərin də) dövriyyəsi olan ciddi şirkətlərin web-saytları var, sosial şəbəkələrdə mövcuddurlar. Məsələn, hansısa şəxsə və yaxud jurnalistə hər hansı bir dövlət qurumu, ya da tenderlərdə iştirak edən bir şirkət haqqında məlumatlar lazım olanda təbii ki, ilk növbədə internet axtarış sistemlərinə üz tutulur. Ciddi şirkətlərin ünvanı, telefonu, nə işlə məşğul olduğu, fəaliyyətinə dair məlumatlar, hətta hesabatlar saytlarında açıq- aydın yazılır. Milyonluq layihələr həyata keçirən və fəaliyyəti ilə bağlı informasiya əks etdirən saytı olmayan şirkətlər əsasən kağız üzərində "işləməyə" üstünlük verirlər. Qarşılaşdığımız reallıq "RAMKO” MMC-nin məhz sonunculardan- kağız üzərində fəaliyyət göstərən şirkətlərdən olduğunu göstərir.
Araşdırmalarımız zamanı məlum oldu ki, uzun illərdən bəri ölkənin müxtəlif rayonlarında su çəkilişlərini həyata keçirən "RAMKO” MMC-nin qalib olduğu tenderlərdə müxtəlif maxinasiyalar olduğuna dair şübhələr var. Belə ki, milyonlarla smetası olan bu cür dövlət layihəsini həyata keçirən "RAMKO” MMC-nin müqavilələrinə, gördüyü işlərə google axtarış sistemində qətiyyən rast gəlinmir. Əlavə olaraq isə qalib olduğu tenderlərin qiymət göstəricilərinə də heç bir yerdə rast gəlmək mümkün deyil. Əlbəttə ki, bu cür fəaliyyət böyük həcmdə dövlət pullarının qaranlıq taleyindən xəər verir. Apardığımız araşdırmalar zamanı o da müəyyən edildi ki, 2012-ci ildə Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasını və tikintisini Fransanın "SADE” şirkəti ilə birgə həyata keçirən "RAMKO” MMC burada da ciddi maxinasiyalara yol verib. Qeyd edək ki, "SADE” şirkəti layihənin gen- podratçısı "RAMKO” MMC isə tikinti- quraşdırma işlərinin icraçısı olmuşdur. 90 kilometrə yaxın müxtəlif diametrli su şəbəkəsi və 70 kilometrə yaxın kanalizasiya şəbəkəsinin çəkilişi sifariş olunsa da məlumata görə, "RAMKO” MMC sifarişi sonacan yerinə yetirməyib. Bundan başqa layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı etmək üçün ümumilikdə 2700 kubmetr həcmində 3 müxtəlif nöqtələrdə inşa olunan su anbarlarının tikintisi zamanı da qanunsuzluqlara yol verildiyi deyilir. Deyilənlərə görə, bu anbarların tikintisi zamanı istifadə olunan armatur və betonun tərkibi heç də müqavilələrdə göstərilən keyfiyyətdə olmayıb. Digər məlumata görə, "RAMKO” MMC-nin özünə məxsus iş prinsipi olduğu kimi özünəməsxsus da iş təhvil vermə "metodu” var. İddiaya görə, şirkətin inşa etdiyi hər bir layihənin təhvil-təslimi zamanı işi qəbul edən nazirliyin nümayəndələri, yerli RİH-nin aidiyyatı şəxsləri əsl "bayram" ab-havasında olurlar.
Qeyd edək ki, hal-hazırda "RAMKO” MMC Bərdə rayonunun Xamtorpaq ərazisində 50 hektara yaxın ərazidə və eləcə də digər rayonlarda böyük həcmli tikinti layihələrini həyata keçirir. Bu tip milyonluq layihələrdən biri də- Süni Mayalanma Mərkəzi şirkət tərəfindən Göygöl rayonunda inşa edilir.
Bundan əlavə olaraq şirkətin fəaliyyət trayektoriyası əldə etdiyimiz məlumata görə hətta qonşu Gürcüstana qədər gedib çıxır. Daha bir məlumata görə, "RAMKO” MMC-nin çalışdırdığı usta və fəhlələrin heç biri ilə əmək müqaviləsi yoxdur. Çalışdırdığı işçilərin böyük əksəriyyəti sığorta olunmayıb. Şirkətin apardığı tikinti işlərində təhlükəsizlik qaydaları kobud formada pozulur. Ustaları və fəhlələri ilə əmək müqaviləsi bağlamayan şirkət bu əməli ilə dövlət büdcəsinə ödəməli olduğu verginin həcmini əhəmiyyətli dərəcədə kiçildir.
Onu da nəzərinizə çatrdıraq ki, "RAMKO” MMC-nin maxinasiyalarından bəzi dövlət strukturlarının da xəbəri var. Şirkət yol verdiyi qanunsuzluğa görə, dəfələrlə müxtəlif dövlət müəssisələri tərəfindən məhkəməyə verilib. Buna misal olaraq ötən ilin sentyabr ayında Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti "RAMKO” MMC-ni şirkətin siyahıya alınmış əmlakının açıq hərracda satılmasının təmin olunması tələbi ilə məhkəməyə vermişdi. O zaman bu işin icraatı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi məşğul oldu. Ondan bir il əvvəl- 2014-cü ildə Azəriqaz İB-i "RAMKO” MMC-ni öhdəliyini yerinə yetirmədiyinə görə, pul tələbi ilə məhkəməyə vermişdi. Bu iddiaya isə 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsində baxıldı.
Göründüyü kimi, "RAMKO” MMC kifayət qədər müəmmalı fəaliyyət göstərən tikinti şirkətlərindəndir. Mətbuatın gözündən məharətlə gizlənməyi bacarmış bu tikinti şirkətinin cari fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəf də mövqeyini bildirə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
• İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02 |
|
|
|
• “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10 |
|
|
|
• İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58 |
|
|
|
• Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02 |
|
|
|
• İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01 |
|
|
|
• İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00 |
|
|
|
• Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58 |
|
|
|
• ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53 |
|
|
|
• Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50 |
|
|
|
• Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42 |
|
|
|
• Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39 |
|
|
|
• Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35 |
|
|
|
• Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27 |
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
|