
Keçən həftə adı yerli KİV-də xaotik tikintilərə rəvac verən və hətta ölkə rəhbərliyinin belə göstərişlərini qulaqardına vurduğu iddia olunan Nərimanov rayonunun icra başçısı Elgün Həbibullayevin görəcəkləri hələ irəlidədir.
Bu barədə "DİA-AZ"ay məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, bu həftə Həbibullayevin fəaliyyəti xüsusi nəzarətə götürüləcək. Mənbə iddia edir:
"Eyni zamanda araşdırma aparılacaq. Bunlar da boşuna deyil. Həbibullayev mütləq cəzalanacaq".
Onun vəzifədən azad edilməsi üçün də addımlar atıla bilər deyən mənbəyə görə hər şey gedişatdan və cənab başçının hansı formada müdafiə olunacağından birbaşa asılıdır.
Qeyd edək ki, E.Həbibullayev kurasiya baxımından Bakı meri Eldar Əzizova tabe hesab olunur.