
İraqın Kərbəla şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənib.
"DİA-AZ" xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yenilənmiş sinə daşında onun Azərbaycan şairi olmasına işarə edən ifadə də öz əksini tapıb.
Belə ki, şairin məzarının sinə daşında ərəbcə “Bu məzar şair Məhəmməd Füzuli Əl-Bağdadi Əl-Azərinindir” ifadəsi həkk olunub.
Səfirlikdən də sayta bildirilib ki, İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın İraqdakı səfirliyi Məhəmməd Füzulinin məzarının yeni sinə daşı ilə əvəzlənməsinə dair razılıq əldə edildiyini açıqlamışdı.
Xatıladaq ki, əvvəllər sinə daşında ərəbcə “Şair Məhəmməd Füzuli Əl-Bağdadinin məzarı” ifadəsi yazılmışdı.