“BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, .....                     Məşhur amerikalı yazıçı Tramp və Maskı .....                     Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi .....                     Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir .....                     “Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI... SƏRHƏD TANIMIR! .....                     Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir? .....                     Xalq artisti tarixi qalanı Bilgəhdəki bağında zəbt edib? .....                     Makrondan Putinə sərt sözlər: .....                     Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə... .....                     “Azinşaat Servis” ASC-yə sədr və üzvlər seçiləcək .....                     Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı .....                     Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilər .....                     İrəvan referenduma hazırlaşır; il ərzində keçirilərsə... .....                     BİZİ BELƏCƏ... BANKLARA KÖLƏ ETDİLƏR! .....                     Sabiq Ermənistan prezidentini Moskva önə çıxarır, yoxsa..? .....                     Nikolun Makrona arxalanmasının nəticəsi... .....                     KONTAKT HOME-da FAİZ YAĞIŞI... .....                     "Evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb..." .....                     "Bağlamamız var idi... axırı NƏ OLDU?" .....                     Rusiya qlobal nüvə dövlətidir, ABŞ onunla dialoq aparmalıdır .....                     ANA TƏBİƏTİMİZ QURBANDIR BU ƏRƏB OLİQARXA... .....                     "Başqa işə keçən zaman onu aldadıblar..." .....                     "Durmayın, soyun vətəndaşı, talayın..." .....                     İrəvanın “U” dönüşü .....                     "Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" .....                     Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? .....                     "Niyə bizdə müəllimlik bu hala gəldi?" .....                     Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur .....                     “Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” .....                     “Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” .....                     Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır .....                     Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? .....                     Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR .....                     Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                 

“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Tarix: 19-02-2025, 16:30 | Çap et
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır”
Lent.az-ın müsahibi Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.

- Anar müəllim, sosial şəbəkələrdən istifadə edirsiz?

- Yox, heç bir sosial şəbəkədən istifadə etmirəm.

- Bəs informasiyanı necə əldə edirsiz?

- Siyasətlə bağlı məlumatları AZTV, "Euronews" və müxtəlif Türkiyə televiziyalardan alıram. Ədəbiyyat məsələləri ilə bağlı yazıları, xəbərləri isə hər gün qəzetlərdən alıram.

- Bəzi xəbərlər, yazılar var ki, onlar ancaq sosial şəbəkələrdə və saytlarda olur. Onları necə izləyirsiz?

- Sosial şəbəkələrdə, saytlarda mənim əleyhimə yazılar çox olur. Çoxundan da heç xəbərim olmur. Lakin bəzi ağ yalanlar olur ki, onları çap edib mənə gətirirlər, elə oxuyuram. Lazım biləndə cavab verirəm, bəzən də heç əhəmiyyət vermirəm.

“Klassikləri təhqir edənlər AYB-ə üzvü ola bilməzlər”

- Sosial şəbəkələr demişkən, Əlisa Nicatın bu yaxınlarda Səməd Vurğunla bağlı dediyi fikirlər həm sosial şəbəkə, həm də mediada geniş müzakirə edildi. Ümumiyyətlə, hər dəfə bu cür mübahisəli şəxsiyyətlər gündəmə qalmaqalla gəlirlər. Bəlkə, arxivlər tam açılıb araşdırılmayıb, onlara həqiq tarixi qiymət verilməyib deyə belədir?

- Fikirləşirəm ki, əsas arxiv qəzetlərdir. O da Axundov kitabxanasındadır, gedib həmin illərdə kim nə yazıb, baxa bilərlər. Gizli arxivlərə gəlincə, lazım bilsələr, açacaqlar, bilməsələr, yox. Lakin bir şey demək istəyirəm ki, o dövrün yazıçılarını tənqid də etmək olar, onların gördüyü yaxşı işləri də, varsa, səhvlərini də yazmaq olar. Amma bunlar hamısı ədəb dairəsində olmalıdır. Söyüş, təhqir yaramazlıqdır. Xüsusən də, dünyasını dəyişmiş insanlar haqqında. Mən həmişə bunun əleyhinə olmuşam. Füzulinin, Səməd Vurğunun, Sabirin, Mirzə Cəlilin də əleyhinə yazanda müdafiə etmişəm. Buna görə də, başım həmişə ağrıyıb. Amma bundan sonra da belə edəcəyəm. Görəndə ki, bizim klassiklərimiz haqqında təhqiramiz sözlər deyilir, böhtanlar atılır, bunu cavabsız qoymayacağam. Mən Yazıçılar Birliyinin sədriyəm. AYB-in nizamnaməsində var ki, klassikləri təhqir edən adamlar AYB üzvü ola bilməzlər.

“Kimin yazıçı, kimin fırıldaqçı, yaramaz olduğunu tarix göstərəcək”

- Anar müəllim, niyə hər kəsə cavab verirsiz?

- Mən 100-dən birinə reaksiya verirəm. O da ağ yalan olanda. Məsələn, yazırlar ki, Anar yazıçı deyil. Cavab vermirəm. Düşünürəm ki, o da elə qanır. Başqa biri yazır ki, Anar yazılarını kimdənsə götürüb. Ona da fikir vermirəm. Amma yazanda ki, Anar təqaüdü övladlarına verir, onda mən yazmalıyam axı bu yalandır. Ya da yazırlar ki, Anar Əbdürrəhman Vəzirovdan ev alıb. Bu yalandır. Bunların yalan olduğunu yazmağa məcburam. Amma o ki, qaldı verdikləri qiymətə, ona tarix qiymət verəcək. Kimin yazıçı, kimin fırıldaqçı, yaramaz olduğunu tarix göstərəcək. Mətnlər hamısı qalır. Oxuyub qiymət verəcəklər. Hər kəs öz payını alacaq.

“Hamısı təqaüd, ev, fəxri ad almaq istəyir”

- Sizin haqqınızda bu qədər tənqidlər, hətta təhqirlər olur, yazılar yazılır. İstərdim, özünüz deyəsiz, sizdən nə istəyirlər?

- Mənim haqqımda yazılan məqalələrdən ibarət Tükiyədə və Rusiyada 2 kitab çıxıb. Onların 99 yox, 100 faizi müsbət yazılardır. O tənqidi yazılar ümumən mənim haqqımda yazılanların, bəlkə də, 1-2 faizidir. O ki qaldı məndən nə istədiklərinə, hamısı təqaüd, ev, fəxri ad almaq istəyir. Bu da mümkün deyil. İldə 50 nəfərə təqaüd verməliyik, lakin 200 adam ərizə yazır. Demək, 150 nəfər narazı qalır. Narazı qalanların bir hissəsi abırına bükülür, bir hissəsi isə başlayır böhtan atmağa, yalan danışmağa AYB-ni təhqir etməyə. Bu, təbiidir. Mənim yerimdə kim olsa, o hücumlara məruz qalacaq. Çünki hamını razı salmaq mümkün deyil. Mən sədr olduğum müddətdə 100 nəfərə ev vermişəm. Xüsusilə, bu çətin dövrlərdə. Sovet vaxtında bu daha asan idi. 200 nəfər də məndən narazıdır. Hamıya ev vermək mümkün deyil axı.

AYB-nin verdiyi evlər necə paylanır?

- Anar müəllim, 40 ilə yaxındır ki, AYB-nin sədrisiniz. Elə bu da tənqid olunan məqamlardan biridir. Digər bir məsələ isə qurumunuzun verdiyi evlərlə bağlıdır. Yazıçı Anar bu evləri yaxınında olanlara verir, ya demokratik bir bölgü keçirilir?

- Doğrudur, 37 ildir ki, AYB-nin rəhbəriyəm. Dediyim kimi, 100 adama ev vermişəm. Onların hamısı mənim adamım ola bilməz axı. Biz katiblərlə baxırıq ki, kimin ehtiyacı daha çoxdur, ona veririk. Ola bilər ki, səhvən ehtiyacı daha çox olan almayıb, amma ehtiyacı ondan az olan adam alıb. Bu, tək-tük hadisədir. Ümumiyyətlə isə, biz çalışırıq ki, hamını təmin edək. Özü də Yazıçılar İttifaqına Sosial Təminat Nazirliyi kimi baxmaq lazım deyil. AYB nizamnaməsində yazılmayıb ki, biz kiməsə ev verməliyik. Hər ölkədə yazıçılar təşkilatı var. Heç yerdə yazıçılara ev vermirlər.

- AYB-nin verdiyi evlər ancaq yazıçılar üçün nəzərdə tutulub. Lakin siz sürücünüzə də ev vermisiniz...

- Yüz adama ev vermişəm, o 100 nəfərdən biri mən ola bilmərəm? Özümə ala biləcəyim evi sürücümə vermişəm. Sürücü də insandır, 19 il mənimlə işləyib. İndi də Allah rəhmət eləsin, rəhmətə gedib. Onun ixtiyarı yox idi? Buradan ev almayıb, haradan alacaqdı? Bir nəfər sürücü alıb ev, qalan hamısı yazıçılar, şairlərdir. Bir nəfərə görə, AYB-ni tənbeh eləmək olmaz axı. Bunu deyənlər ədalətsiz hərəkət edir.

- Deyirsiz, evi ehtiyacı daha çox olanlara veririk. Bəs sizin, həqiqətən, ehtiyacınız var?

- Mənim ehtiyacım yoxdur, amma bir yazıçı kimi mən də iddia edə bilərəm. 100 ev vermişəm, 1 nəfər sürücüyə görə bizə ədalətsiz deyə bilərlər? Yenə deyirəm, o adam 19 il burada işləyib və etibarlı adamdır. 37 ildə mənim ən böyük günahım budursa, yaxşı, qəbul edirəm.

- Qeyd etmişdiz ki, sonuncu dəfə 230 nəfər ev üçün müraciət edib, ərizə yazıb. Onlardan 21 nəfərə ev vermisiz. Lakin sonra məlum oldu ki, onların 2-3 evi var, amma yenə alıblar. Siz də bildirmişdiz ki, hamısı deyir ki, evim yoxdur. O 230 nəfərin hamısı evi olmadığını deyir, bəs siz aralarından o 21 nəfəri necə seçdiz?

- Mən istəmirəm bu şeyləri açım, amma deyəcəyəm. Biz ev verdiyimiz 21 nəfərin bir qismi indi o evləri satır. Demək, onun evə ehtiyacı yoxdur. Alıb ki, satıb pul qazansın. Belələri də var. İndi biz nə edək? Əvvəldən nə bilək ki, bu nə cür davranacaq? Gəlib bizə deyir ki, ailəmin filan qədər üzvü var, neçə ildi birotaqlı evdə kirayə yaşayıram. Biz də evi veririk, lakin sonra məlum olur ki, bu evi bizdən alıb ki, satsın. Yazıçıların məişət problemləriylə məşğul olmaq AYB-nin işi deyil. Bu Sovet dövründən qalma bir təsəvvürdür. Sovet vaxtında AYB-nin ədəbiyyat fondu var idi. Bu fondun maddi vəsaiti çox idi. Evlər tikib paylayırdı. O şirə qalıb bunların ağzında.

İndi sovet vaxtı deyil, ədəbiyyat fondunun adı var, amma imkanları yoxdur. Biz haradan alaq? Hər dəfə gedib bir rəhbərdən, ya məsul işçidən xahiş edirəm, bir dəfə 7, bir dəfə 10 ev alıb paylayıram. Bu şəkildə 100 ev paylamışam. Onu da dəqiqləşdirmək istəyirəm, sonra yalanımı çıxarmasınlar. Bu 100 evin təxminən 30-u məndən əvvəl İsmayıl Şıxlının və Mirzə İbrahimovun vaxtında tikilən evlərdir. Lakin paylamaq mənim vaxtımda olub. Bütün o məsuliyyət yenə də mənim üzərimdə olub. Qalan 60-70 ev isə mənim dişimlə-dırnağımla alıb yazıçılara verdiyim evlərdir. Onların birindən də "sağ ol" eşitməmişəm. Almayanlar isə yalan, böhtan, ən iyrənc sözlər yazıblar. Özü də bunlar yazıçıdılar. Yazıçının gərək vicdanı olsun.

- Bu sual hələ də qaranlıq qaldı. O 230 nəfərdən 21-ni necə seçdiz? Bu ədalət prinsipi nəyə əsasən tarazlandı?

- İnanırıq da. Bu adam gəlib deyir ki, vəziyyətim ağırdı. Gərək biz iş-gücümüzü atıb gedək İcra Hakimiyyətinin işini görək. Bir-bir gedib tapaq ki, bunun evi var, ya yox. Bu da AYB-nin işi deyil. Bu, yaradıcı təşkilatdır, inzibati yox. Yenə deyirəm, bunlar alışıblar Sovet vaxtına. O vaxt Yazıçılar Birliyi özü ev tikirdi. Kimə də istəyirdi, paylayırdı. İndi özümüz tikmirik, gedib kimdənsə xahiş edirik. Yazıçılar Birliyinin 2000 üzvü var, hamısını evlə təmin edə bilmərəm axı.

“Həzrəti İsa gəlib burada otursa, o da hamını razı sala bilməz”

- İstərdim, suala qayıdaq, 230 nəfər içindən 21-i necə seçilir?

- İndi seçirik də. Kim daha yaxşı inandırırsa ki, mənim imkanım zəifdir, ona veririk. Almayanların içində çox layiqli adamlar var idi. Özü də hər işdə səhv də ola bilər. Hamını razı salmaq olmur. Sabah Həzrəti İsa gəlib burada otursa, o da hamını razı sala bilməz. Özü də təkcə ev deyil, təqaüd də istəyirlər. 50 nəfərə təqaüd veririk, 200 nəfər narazı qalır.

“2027-ci ildə qurultayda namizədliyimi verməyəcəm, gələn sədrə uğurlar”

- Əvvəl sizin haqqınızda həddən çox yazırdılar, tənqidlər olurdu. İndi, deyəsən, azalıb. Bunu sizin bu mübarizədə qələbəniz hesab etmək olar?

- Mənim qələbəm odur ki, həmişə ədalətin tərəfində olmuşam, düz işləmişəm. Heç kimin qarşısında gözüm kölgəli deyil. Şəxsim üçün heç nə etməmişəm. Nə etmişəmsə, yazıçılar üçün etmişəm. Məni istəməyən yalnız 5-6 adamdır, onlar bulandırırlar məsələni. Yalan danışırlar, onu ifşa edirsən, bu adam üzr istəmir, demir yalan danışmışam. Demək, bu adamın məqsədi ədalət deyil, məni zəhərləməkdir.

Bayaq dediz ki, 37 ildir sədrəm. 4 qurultayda yekdilliklə sədr seçilmişəm. Ancaq son qurultayda 2 nəfər əleyhimə olub. Onların hamısı yazıçılardır. Əgər belə bir nəticə varsa, demək, mən ədalətli işləmişəm. O ki qaldı çox işləməyə, elə adam olur ki, bir az üstünə gedən kimi 2-3 gurultulu söz deyib aradan çıxır. Mən onlardan deyiləm. Axıra qədər dözürəm. 2027-ci ildə qurultay olacaq, mən o qurultayda namizədliyimi verməyəcəm. Məndən sonra gələn sədrə uğurlar diləyirəm.

- Özünüzdən sonra AYB sədr postuna katib və müavinlərinizdən başqa kimi namizəd görürsünüz?

- Mən ad çəkə bilmərəm. Çünki ad çəksəm, düşəcəklər o yazığın üstünə ki, seçilməsin. Ona görə də, ad çəkmirəm. Qurultay kimi lazımdırsa, seçəcək, mən də ona səs verəcəm. Bir yox, bir neçə nəfər var ki, bu posta layiqdir. Hər şeyi zaman göstərəcək.

- Sizinlə bağlı tənqidlərdən bir hissəsi də budur ki, yazıçı Anar AYB-ni şəxsi əmlakı kimi idarə edir və onunla şəxsi ədavəti olan kimsə AYB-ə üzv ola, təqaüd, ev ala bilməz.

- Bu ağ yalandır. Mənə qarşı ən zəhərli sözləri yazan adamlar təqaüd alıblar. Ad çəkmək istəmirəm, özləri yəqin, bildilər kimi deyirəm. Mənə ən pis söz yazanlar bizim qəzet və jurnallarda gen-bol çap olunurlar.

Redaksiyalara tapşırmışam ki, mənə münasibətindən asılı olmayaraq layiqli əsər gətirirsə, çap edin, amma layiqsiz əsər gətirib sizi şantaj edirsə ki, yəqin, Anar qoymur, onda çap etməyin. Bəzən hətta katiblərim deyirlər ki, bu adam sənin haqqında bu qədər yazı yazıb, niyə onu təqaüdə təqdim edirsən, niyə yubileyini qeyd edirsən? Elə adamalar var ki, küçədə görsəm, salam vermərəm, amma burada yubileyinin keçirilməsinə narazı deyiləm.

- Elə bir adam var ki, sizə qarşı açıq tənqidi mövqedə olsun, amma AYB-dədir, təqaüd, ev alıb?

- Var, çoxdur. Mən ad çəkmirəm. Özləri bilirlər ki, mənim haqqımda nə böhtanlar yazan adama mən təqaüd vermişəm, "Ədəbiyyat" qəzeti və "Azərbaycan" jurnalında çap olunur.

“Elza Seyidcahanın yaxşı şeirləri də var”

- Növbəti sualım Elza Seyidcahanın AYB-ə qəbulu ilə bağlıdır. Elzanı həqiqətənmi şair, ədəbiyyat adamı hesab edirsiz?

- Ruhəngiz Qasımova bəstəkar idi, o da AYB üzvü idi. Niyə? Çünki pyesləri var idi. Fərhad Bədəlbəyli də bura üzv idi. Çünki şeir kitabı çıxmışdı. Elza Seyidcahanın da şeirləri var. Niyə Ruhəngiz, Fərhad üzv olanda heç kim heç nə demədi, amma Elzanı gündəmə gətirirlər. Demək, burada məsələ ona şəxsi münasibətdir. Məsələn, mən Kinomatoqrafçılar İttifaqının üzvüyəm.

- Sizin ssenariləriniz var axı...

- Məni rəssamlar ittifaqına da qəbul ediblər. Çünki rəssamlar haqqında xeyli məqalələrim var. Heç kim də demir ki, niyə belədir? Bircə Elza Seyidcahan problem olub.

- Bu adını çəkdikləriniz və sizin üzv olduğunuz birliklərlə bağlı yazılarınız, fəaliyyətiniz olub. Bəs Elza Seyidcahanın şeirlərini həqiqətənmi ədəbi nümunə hesab edirsiz? Ümumiyyətlə, onun yazdıqlarını oxumusuz?

- Bəzi şeirlərini oxumuşam.

- Necə qiymətləndirmisiz o şeirləri?

- Mən onu çağırdım, bacısı ilə birlikdə gəldi, Rəşad Məcidlə qəbul etdik. O vaxta qədər yazdıqlarını oxumamışdım, sadəcə sitatlar gətirmişdilər. Burada şeirlərini oxudu. Ona dedim ki, sən belə şeirlər yazma. Epotaj, yəni açıq saçıq şeirlərlə ədəbiyyatda qalmaq mümkün deyil. Bunlarla 1-2 gün diqqət çəkirsən, sonra unudulub gedəcək.

Bir vaxtlar AYO vardı, onun üzvlərinin elə misraları var ki, onları adam evdə oxuya bilməz. Onlarla heç kimin işi yoxdur. Əksinə, bizə misal çəkirdilər ki, baxın, ədəbiyyat budur. Onları biz yaxın buraxmırdıq, çünki biz əxlaqsız şeyləri özümüzə yaxın qoymurduq. İndi niyə Seyidcahandan yapışıblar? Çünki populyardır.

- Anar müəllim, amma AYO-çular ciddi əsərlər qoyurdular ortaya. Burada müqayisə doğru olmaz. Bəs Elzanın hansı əsəri var?

- Elza Seyidcahanın yaxşı şeirləri də var. Bəzi qəbul olunmaz şeirləri də var, onu özünə də demişəm. Südabə Şəfa adında bir qadın şair var idi. O da AYB-ə üzv olmaq istəyirdi, qəbul etmirdilər. Çünki elə də istedadlı adam deyildi. Mən həmin vaxt AYB rəyasət heyətinin üzvü idim. Katiblərdən biri Elçinlə mənə dedi ki, səs verəndə onun adını pozmayın, seçilsin. Bületenlər çıxanda məlum oldu ki, bircə Elçinlə mən pozmamışıq. AYB-ə üzv oldu. 1-2 ay sonra da ölüb getdi. Biz səhv etmişik? Məncə, yox. Dünyadan nisgilli getməkdənsə, qəbul olunsun da. Çox ədalətsiz işlər olur. Hamısı da mənim başımda çatlayır. Bizim katiblər arada deyirlər ki, filankəsi çıxaraq. Deyirəm ki, çıxaracağıq, yenə mənim başımda çartlayacaq.

AYB ilə AYO-nun problemi nə idi?

- Dediz ki, AYO-çuların şeirlərində nalayiq ifadələr olurdu, ona görə yaxın buraxmırdıq. Həqiqətən, bütün problem bu idi?

- Onlar ərizə verəndə biz qəbul edirdik. Amma onlar heç ərizə vermirdilər axı. Onlar deyirdilər ki, AYB-ni ələ keçirəcəyik, sizi qovacağıq və Yazıçılar Birliyi bizim olacaq. Onların içində istedadlı adamlar var idi. Bəziləri sonradan dərk etdilər ki, bir yol yoxdur və gəldilər, biz onları AYB-ə qəbul etdik. Məsələn, Azad Yaşar, Həmid Herisçi, Murad Köhnəqala. Yenə də qapımız açıqdır.

- AYO-çularla probleminiz nə idi bəs?

- Deyirdilər ki, qovacağıq onları. Piket keçirmək istəyirdilər. Piket də bilirsiz nə idi? Bir vaxt bizim ədəbiyyat fondunun rəhbəri vardı. Sonra fırıldaqlarına görə biz onu çıxardıq. O da bir neçə adam başına yığıb hərəsinin cibinə bir az pul qoydu və başladılar AYB əleyhinə piket keçirməyə. Deyirdilər, gəlib Anarı avtomatla qovacağıq, Yazıçılar Birliyini ələ keçirəcəyik. Sonra o adam qorxdu ki, məsuliyyətə cəlb olunar, qaçıb getdi. Onlara pul verən olmadı, dağılışdılar hərəsi bir yerə. İndi heç yadlarına düşmür ki, gəlib buranı ələ keçirmək istəyirdilər.

- Onların arasında kimi oxumusuz və istedadlı hesab etmisiz?

- Məsələn, Aqşin Yenisey. O bir dəfə kitabını mənə bağışlamışdı. Mən də oxudum, gördüm ki, yaxşı şeirləri var. Haradasa demişdim ki, Aqşinin yaxşı şeirləri var. O da bundan qorxmuşdu ki, Anar məni tərfləyib, birdən AYO-çuların yanında biabır olaram. Başladı hər yerdə mənim əleyhimə danışmağa. İndi özü bilər. Ona görə də, heç kimi tərifləmirəm ki, sonra pis vəziyyətdə qalar.

Yazıçı Anar gənc yazarlardan kimi bəyənir?

- Gənclərdən kimi oxuyursuz?

- Böyük bir hissəsini oxuyuram. Qisməti mən çox istedadlı şair sayıram. Çox təəssüf edirəm ki, Qismət kiməsə, nəyəsə uydu və Yazıçılar İttifaqından çıxdı.

- Niyə çıxdı?

- Biz kimisə çıxarmışdıq, o da guya ona protest olaraq çıxdı. Yenə də deyirəm, Qismət AYB-ə qayıtsa, çox məmnun olaram.

Başqa çox ad çəkməyəcəm, çünki onları pis vəziyyətdə qoymaq istəmirəm. Çünki mən tərifləsəm, başlayacaqlar onun üstünə düşməyə ki, Anar onu tərifləyir. Anar isə ədəbiyyatın düşmənidir. Biri yazmışdı ki, mən Zori Balayana Anardan çox hörmət edirəm. Belələri də var. İndi bilmirəm, Şuşa alınanda Zori Balayana başsağlığı göndərdi, ya yox? Dərd çoxdur, başım çox çəkib. Bir xalqın ki, Xalq Yazıçısına, ədəbiyyatında az-çox xidməti olmuş, AYB sədrinə, SSRİ deputatı olub Azərbaycanın mənafeyini qoruyan birinə yazsın ki, mən Zori Balayana daha çox hörmət edirəm. Bu adamlarla necə ünsiyyət qurum?

“Son kitabım Səməd Vurğuna olunan hücumlara qarşıdır”

- Son kitabınız nə haqdadı?

- Son kitabım elə bir növ Səməd Vurğuna olunan hücumlara qarşıdır. Kitabın adı belədir: "2=3+4 Yaxud iki ailədə 3 Xalq Yazıçısı, 4 Xalq şairi". 4 Xalq Şairi - Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu. 3 Xalq Yazıçısı isə Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və Anar. Kitab onların bir-biri haqqında yazdıqları müsbət əsas fikirlər haqqındadır.

Çünki, adətən, Səməd Vurğunla Rəsul Rzanı qarşı-qarşıya qoyurlar. Səməd Vurğunun Rəsul Rza haqqında çox gözəl fikirləri var. Rəsul Rza isə onun haqqında 3-4 məqalə yazıb və onu çox yüksək qiymətləndirib. Hələ mənim Vaqif, Yusif Səmədoğlu haqqında neçə yazım var. Kitab bu ailələrin bir-birinə olan qarşılıqlı münasibətlərindən ibarətdir. Bunları tarix üçün yazmışam ki, aranı vuranlar, təxribat salanlar oxuyub görsünlər ki, əslində, necə olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR
Bu gün, 10:05
Məşhur amerikalı yazıçı Tramp və Maskı Putinə pərəstiş edən satqınlar adlandırdı...
Bu gün, 09:59
Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:56
Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir - FOTO
Bu gün, 09:54
“Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI... SƏRHƏD TANIMIR! - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir? - "Sputnik Armeniya"
Bu gün, 09:43
Xalq artisti tarixi qalanı Bilgəhdəki bağında zəbt edib? -İDDİA
Bu gün, 09:42
Makrondan Putinə sərt sözlər: - “Rəqiblərini öldürür, seçkini saxtalaşdırırır...”
Bu gün, 09:39
Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə... - İLGİNC...
Bu gün, 09:34
“Azinşaat Servis” ASC-yə sədr və üzvlər seçiləcək - TOPLANTI
Bu gün, 09:28
Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı - BU FAKTDIR...
Bu gün, 09:22
Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilər - ŞƏRH
Bu gün, 09:17
İrəvan referenduma hazırlaşır; il ərzində keçirilərsə... - 2025-də sülh sazişi imzalana bilərmi?
Bu gün, 09:15
BİZİ BELƏCƏ... BANKLARA KÖLƏ ETDİLƏR! - "Kartlarımızdan pullarımızı oğurlayırlar…"
Bu gün, 09:12
Sabiq Ermənistan prezidentini Moskva önə çıxarır, yoxsa..? - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov
Bu gün, 09:05
KONTAKT HOME-da FAİZ YAĞIŞI... - BU, LAP AĞ OLDU...
Bu gün, 09:03
"Evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb..." - ÖZBAŞINALIQ!
Bu gün, 08:56
"Bağlamamız var idi... axırı NƏ OLDU?" - DƏLƏDUZLUQ...
Bu gün, 08:48
Rusiya qlobal nüvə dövlətidir, ABŞ onunla dialoq aparmalıdır - Rubio
Bu gün, 08:43
ANA TƏBİƏTİMİZ QURBANDIR BU ƏRƏB OLİQARXA... - Sözün əsl mənasında...
Bu gün, 08:38
"Başqa işə keçən zaman onu aldadıblar..." - Ekspert danışır...
Bu gün, 08:27
"Durmayın, soyun vətəndaşı, talayın..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:15
İrəvanın “U” dönüşü - İNCƏLƏMƏ
Bu gün, 08:11
"Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" - FOTO
Bu gün, 07:16
Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:12
"Niyə bizdə müəllimlik bu hala gəldi?" - AXI NİYƏ?..
Bu gün, 06:19
Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur - Ağ Ev
Bu gün, 06:12
“Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” – “Socis”
Bu gün, 06:09
“Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:05
Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 05:45
Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? - AKTUAL
Bu gün, 05:41
Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR - MAAŞLARIMIZ KƏSİLİB
Bu gün, 05:38
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru