Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                     Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq .....                     Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub .....                     "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub .....                     Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır .....                     Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı .....                     Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: .....                     Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir .....                     Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi .....                     Dəniz piyada bölmələri ilə təlim keçirilib .....                     "Bu, məni çox həyəcanlandırır" .....                     “Hamısı gəlib qulağıma çatır” .....                     Lotu Quli ilə birgə ittiham olunmuşdu, .....                     "Global" Media Qrupuna haker hücumu olub .....                     Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA .....                     Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?.. .....                     Babək Rzayevə hökm oxundu .....                     Rasizadəyə verilən ordeni başqa kimlər alıb? .....                     Rusiya səfiri 2 saat Sarkisyanın ofisində oldu .....                     Masallı sakini silahdan açılan atəş nəticəsində ölüb .....                     Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub .....                     “Binəqədi Residence”in 813 min manata yaxın .....                     “Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir .....                     Azərbaycanlılara atəş açan deputata bu cəza verildi .....                     Yardımlıda məmurlar YAŞILLIĞA QƏNİM KƏSİLİB... .....                     Balakəndə sakinlər üçün SƏHİYYƏ TƏLƏSİ... .....                     Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib .....                     Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? .....                     İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü... .....                     Sosial Xidmətlər Agentliyinin 2.3 milyonluq tenderi ləğv edildi .....                     Paşinyan ermənilər üçün 14 bəndlik "resept" hazırlayıb .....                     DİN əməliyyat keçirib, .....                     Zaur Mikayılov Naxçıvanda BELƏ PROBLEM YARADIR... .....                     Bakıda pasiyentləri yerə yıxaraq, ağladan kimdir? .....                     “Əli Nur atamın ölüsünə, ailəmə dil uzatdı” .....                     Tramp hərbi xərcləri azaldır .....                     ÇƏTİRALTI SÖZ... .....                     “Prosesə ordu da cəlb olunacaq, Göyçədən başlayacaq” .....                     “AzTeleKom”da ƏRİYƏN BÜDCƏ PULLARI... .....                     Azərbaycanlı məşhur müğənni keçmiş prokurorun oğlu ilə .....                 

Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Tarix: 18-02-2025, 00:38 | Çap et
Universitetlər Bakıdan bu qaydada köçürüləcək
Son günlər universitetlərin köçürülməsi ilə bağlı müzakirələr gedir. Elm və təhsil naziri Emin Əmrullayev Bakının mərkəzində yerləşən universitetlərin kənar ərazilərə köçürülməsinin istisna olmadığını deyib. İlkin olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti, Pedoqoji Universitet və Azərbaycan Dillər Universitetinin kontingenti çox olduğu üçün onların köçürülməsi daha məqbul hesab olunur.
Bakıdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsi təhsilimiz üçün nə vəd edir? İlk perspektivdə hansı şəhərlər məqsədəuyğundur?
Mövzu ilə bağlı təhsil ekspert Kamran Əsədov Referans.az-ın suallarını cavablandırıb. Kamran Əsədov bildirib ki, Bakıdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsi ilə bağlı təklif Azərbaycan təhsil sistemində köklü dəyişikliklərə səbəb ola biləcək bir addımdır. Bu qərarın tətbiqi həm müsbət, həm də mənfi nəticələr doğura bilər və müxtəlif aspektlərdən qiymətləndirilməlidir. Əsas məqsəd Bakının mərkəzində yerləşən universitetlərin yaratdığı infrastruktur yüklənməsini azaltmaq və eyni zamanda regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir. Lakin bu proses təkcə universitetlərin fiziki olaraq köçürülməsi ilə məhdudlaşmamalı, həm də təhsil keyfiyyətini qorumaq və inkişaf etdirmək üçün sistemli yanaşma tələb etməlidir. Bu təşəbbüs ilk növbədə regionların inkişafı baxımından əhəmiyyətlidir. Universitetlərin regionlara köçürülməsi həmin şəhərlərdə sosial-iqtisadi canlanmaya səbəb ola bilər. Məsələn, tələbələrin və müəllim heyətinin bölgələrdə yaşaması və işləməsi həmin ərazilərdə yeni iş yerlərinin açılmasına, yerli biznesin inkişafına və infrastrukturun genişlənməsinə təkan verəcək.
Ekspert həmçinin diqqətə çatdırıb ki, dünyada da belə təcrübələr mövcuddur. Məsələn, Türkiyədə son 20 ildə bir çox universitetlər böyük şəhərlərdən orta və kiçik şəhərlərə köçürülüb və bu, həmin bölgələrin iqtisadi inkişafına ciddi təsir edib. Eyni yanaşma ABŞ və Almaniya kimi ölkələrdə də müşahidə olunur. Almaniyada bir çox universitetlər Berlin, Münhen və Hamburq kimi böyük şəhərlərdə deyil, daha kiçik şəhərlərdə yerləşir ki, bu da həmin ərazilərin iqtisadiyyatına müsbət təsir edir. Bununla belə, bu proses yalnız fiziki köçürmə ilə məhdudlaşmamalıdır. Əgər universitetlər sadəcə olaraq yeni binalara yerləşdirilərsə, lakin müəllim heyəti, infrastruktur və akademik mühit köhnə səviyyədə qalarsa, bu köçürülmə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Kamran Əsədov açıqlamasında onu da qeyd edib ki, hazırda Azərbaycanın regionlarındakı universitetlər Bakıda yerləşən ali təhsil müəssisələri ilə müqayisədə daha az elmi və akademik potensiala malikdir. Universitetlərin regionlara köçürülməsi onların elmi tədqiqat imkanlarının artırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün müasir təhsil şəraitinin yaradılması ilə müşayiət olunmalıdır. Əks halda, tələbələr və müəllimlər üçün bu, inkişaf yox, geri addım kimi görünəcək. Universitetlərin köçürülməsi tələbələrin həyat şəraitinə də ciddi təsir edəcək. Hazırda tələbələrin əksəriyyəti Bakıda yaşayır və təhsil alır. Onların regionlara köçməsi üçün həmin ərazilərdə yaşayış şəraiti, kirayə bazarı və nəqliyyat imkanları ciddi şəkildə inkişaf etdirilməlidir. Əgər tələbələr üçün yataqxanalar, ictimai nəqliyyat və digər sosial infrastruktur təmin edilməzsə, bu proses ciddi çətinliklər yaradacaq.
Ekspert onu da vurğulayıb ki, Türkiyədə universitetlərin bölgələrə köçürülməsi zamanı geniş tələbə yataqxanaları və yeni nəqliyyat şəbəkələri qurulub. Azərbaycanda da eyni model tətbiq edilməlidir. İlk perspektivdə hansı şəhərlərin bu köçürülmə üçün daha uyğun olduğunu müəyyən etmək vacibdir. Bu proses zamanı iqtisadi, coğrafi və sosial faktorlar nəzərə alınmalıdır. Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran və Quba kimi şəhərlər ilkin namizədlər arasında ola bilər. Gəncə artıq ikinci ən böyük şəhərdir və burada Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti fəaliyyət göstərir. Bu şəhər infrastrukturu və iqtisadi potensialı baxımından daha çox tələbə qəbul edə biləcək gücdədir. Sumqayıt isə Bakıya yaxın yerləşdiyi üçün tələbələr üçün daha əlverişli ola bilər. Mingəçevir sənaye şəhəri olduğu üçün mühəndislik və texniki sahələr üzrə universitetlər üçün daha uyğun ola bilər. Şəki və Lənkəran isə turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış universitetlər üçün əlverişli mühit yarada bilər. Bu prosesin uğurlu olması üçün uzunmüddətli planlaşdırma tələb olunur.
Kamran Əsədov hesab edir ki,Universitetlərin regionlara köçürülməsi yalnız bir infrastruktur layihəsi kimi deyil, həm də təhsil strategiyasının bir hissəsi kimi nəzərdən keçirilməlidir. Akademik kadrların bölgələrə yerləşdirilməsi, müəllimlərin maaşlarının artırılması və tələbələr üçün maliyyə dəstəyinin gücləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Əks halda, bu proses universitetlərin zəifləməsinə və tələbələrin təhsildən uzaqlaşmasına səbəb ola bilər. Bu təşəbbüsün həyata keçirilməsində əsas çətinliklərdən biri də tələbələrin və müəllimlərin yeni mühitə uyğunlaşması olacaq. Hazırda Bakıdakı universitetlər geniş laboratoriyalar, kitabxanalar və tədqiqat mərkəzləri ilə təchiz olunub. Əgər regionlarda bu imkanlar eyni səviyyədə təmin olunmazsa, tələbələr və müəllimlər üçün bu köçürülmə mənfi nəticələr doğura bilər.
Mütəxəssis bu mövzuda beynəlxalq təcrübədən misallar çəkib. O deyib ki, beynəlxalq təcrübədə də göstərilir ki, universitetlərin köçürülməsi zamanı onların elmi potensialı qorunmazsa, bu, akademik göstəricilərin zəifləməsinə səbəb olur. ABŞ və Almaniyada tətbiq olunan model göstərir ki, universitetlər regionlara köçürülərkən onların maliyyələşməsi artırılmalı, yeni laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmalıdır. Ümumiyyətlə, universitetlərin regionlara köçürülməsi ideyası diqqətlə və mərhələli şəkildə həyata keçirilməlidir.
Əgər bu proses yalnız inzibati qərarlarla aparılarsa və tələbələrin, müəllimlərin, infrastrukturun və akademik resursların uyğunlaşması nəzərə alınmazsa, təhsil sisteminə mənfi təsir göstərə bilər. Lakin doğru şəkildə icra olunarsa, bu təşəbbüs həm təhsilin keyfiyyətini yüksəldə, həm də Azərbaycanın regionlarının inkişafına töhfə verə bilər. "Gələcəkdə universitetlərin köçürülməsi ilə bağlı daha detallı strategiyalar hazırlanmalı və bu prosesin hər bir mərhələsi diqqətlə planlaşdırılmalıdır", - deyə ekspert əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
“Hamısı gəlib qulağıma çatır” – Nanə kimə SÖZ ATDI?
Bu gün, 12:51
Lotu Quli ilə birgə ittiham olunmuşdu, məhkəməsi başlayır
Bu gün, 12:40
"Global" Media Qrupuna haker hücumu olub - HƏDƏ YOLLADILAR...
Bu gün, 12:34
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA - FOTO
Bu gün, 12:28
Rusiya "FSB" əməkdaşları Ermənistanda polis bölməsinə basqın etdi?.. - TƏFƏRRÜAT
Bu gün, 12:24
Babək Rzayevə hökm oxundu - 3 il 6 ay
Bu gün, 12:18
Rasizadəyə verilən ordeni başqa kimlər alıb? – Siyahıda cəmi iki qadın var
Bu gün, 12:14
Rusiya səfiri 2 saat Sarkisyanın ofisində oldu - Ermənistanda nə baş verir?
Bu gün, 12:06
Masallı sakini silahdan açılan atəş nəticəsində ölüb
Bu gün, 12:03
Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub - FOTO
Bu gün, 12:01
“Binəqədi Residence”in 813 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:59
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
Bu gün, 11:53
Azərbaycanlılara atəş açan deputata bu cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 11:48
Yardımlıda məmurlar YAŞILLIĞA QƏNİM KƏSİLİB... - FOTOLAR
Bu gün, 11:44
Balakəndə sakinlər üçün SƏHİYYƏ TƏLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:41
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:34
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
Bu gün, 11:31
İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü... - FOTO
Bu gün, 11:25
Sosial Xidmətlər Agentliyinin 2.3 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:23
Paşinyan ermənilər üçün 14 bəndlik "resept" hazırlayıb - ŞƏRH
Bu gün, 11:21
DİN əməliyyat keçirib, 72 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bu gün, 11:18
Zaur Mikayılov Naxçıvanda BELƏ PROBLEM YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:15
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan kimdir? - TƏFƏRRÜAT
Bu gün, 11:08
“Əli Nur atamın ölüsünə, ailəmə dil uzatdı” - QALMAQAL
Bu gün, 10:47
Tramp hərbi xərcləri azaldır
Bu gün, 10:43
ÇƏTİRALTI SÖZ... - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
“Prosesə ordu da cəlb olunacaq, Göyçədən başlayacaq” - Erməni nəşri
Bu gün, 10:38
“AzTeleKom”da ƏRİYƏN BÜDCƏ PULLARI... - YE, MƏMMƏD, YE... DƏDƏ MALIDIR...
Bu gün, 10:20
Azərbaycanlı məşhur müğənni keçmiş prokurorun oğlu ilə həbsxanada GÖRÜŞÜRMÜŞ
Bu gün, 10:16
İran "3+3" platformasını tam dəstəkləyir - Qalibaf
Bu gün, 10:03
Casus missiyası delimitasiya olunmuş sərhəddə! - nə oldu, Paşinyan?
Bu gün, 09:56
Tanınmış aparıcıya yeni vəzifə verildi - NAXÇIVANDA...
Bu gün, 09:50
Ceyranbatan su anbarı ilə bağlı QORXUNC TƏHLÜKƏ - Antisanitar vəziyyətə nə zaman SON QOYULACAQ?
Bu gün, 09:48
Köçəryanın dili ilə mesajlar çatdırılır - deputat
Bu gün, 09:46
“Ayaz Salayevə Sovet Rusiyasının dilimizin başına açdığı oyunları təkrar-təkrar araşdırmağı və öyrənməyi məsləhət görərdim” - REAKSİYA
Bu gün, 09:44
Uşaq pornoqrafiyasını yayan gənc oğlan məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Bakı Metropoliteni"ndə yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:31
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 09:25
"Sun İnternational" - LƏĞV OLUNUR
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru