
Bakı Apellyasiya Məhkəməsində uşaq pornoqrafiyasının dövriyyəsində təqsirləndirilən Malik Zəfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttiham aktına görə, 2006-cı il təvəllüdlü Malik Zəfərov 16 sentyabr 2022-ci il tarixdə isə mobil telefonunda olan uşaq pornoqrafiyasını tanışına göndərək yayıb.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 2 ay 21 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb. Hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayətləri verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.