COP29 Azərbaycanın nüfuzunun zirvə nöqtəsidir .....                     Arvadını boğaraq öldürən: .....                     Daha bir şirkət ölkədən VALYUTA ÇIXARIB .....                     2025-ci ildə yeni sülh pəncərəsi açılacaq .....                     Bakı və İrəvan üçün KRİTİK İL .....                     Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI .....                     `City Net`in müştərisisənsə... Salvador Dalinin əsərlərini də sevəcəksən... .....                     Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır .....                     "Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?" .....                     Tiktoker İlhamə də saxlanılıb? .....                     Lerik təhsilində savadlı kadr problemi .....                     BANK OF BAKU niyə narazılıq yaradır? .....                     “Azəriqaz”ın “ağıllı” sayğac siyasəti .....                     “Akkord”un adı ilə bağlı YEYİNTİ ŞÜBHƏSİ .....                     2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı .....                     Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! .....                     'Kargolux' müştərilərə problem yaradır .....                     “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” .....                     Kremlin duel təklifində iki məqsəd .....                     Keçmiş prezidentlərdən .....                     Paşinyan əl çəkmir .....                     O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? .....                     "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Qalib KOMANDAN... .....                     Azərbaycanda ilk dəfə: .....                     Bu bayramın İrəvanda qeyd olunması... .....                     Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? .....                     Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb .....                     Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Gözəlləşmək üçün həyatını riskə atanlar .....                     Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var .....                     Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                 

“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 01:34 | Çap et
“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...”
Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsində razılaşdırılmayan iki məsələni Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində açıqladı.

“Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də, zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir” – Azərbaycan Prezidenti müsahibədə deyib.

İlham Əliyev, həmçinin bildirib ki, digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə “Armenpress”ə müsahibəsində qeyd edib ki, delimitasiya prosesi başa çatdıqdan sonra orada üçüncü ölkələrin qüvvələrinin olmasına ehtiyac qalmayacaq: “Üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik. Çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, minimuma düşür. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”.

Ermənistan Baş nazirinin bu açıqlaması həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyində ikitirəlik yaradıb. Bir qism ekspertlər Paşinyanın dediklərini Azərbaycanın tələblərinin yerinə yetirilməsi hesab edir, digər qism isə hesab edir ki, bu, Ermənistanın zaman qazanaraq, manevr etmək cəhdidir. İkincilər düşünür ki, Paşinyan sülhə qədər bu tələbləri yerinə yetirməməsi hətta yeni müharibəyə də səbəb ola bilər.

Fərqli nəticələrə gələn ekspertlərdən hansılar haqlıdır?

Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin “məsafədən polemika”sının məzmunu hansı mətləblərdən xəbər verir? Paşinyan Əliyevin açıqlamalarına həm cavab verir, həm də tələbləri yerinə yetirməkdən yayınır? Yoxsa həmin tələblərin yerinə yetiriləcəyinə, lakin müqaviləni bundan asılı saxlamamağın lazım olduğuna işarə edir?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasına maneə olan əsas səbəblər Cənubi Qafqazda mövcud olan hazırkı geosiyasi qeyri-müəyyənlik və bölgədə dinc yanaşı yaşamaq üçün şərtlərin mövcud olmamasıdır: “Rusiya Cənubi Qafqaz üzərində iki yüz illik hakimiyyətini itirməkdədir. Bu proses tam başa çatmayıb. Cənubi Qafqazdakı geosiyasi qeyri-müəyyənlik bölgədəki bütün proseslərə təsir edir. Bölgə elə bir mərhələdən keçir ki, hətta sülh müqaviləsi də müharibə ehtimalını birmənalı aradan qaldırmır. Ona görə də eyforiyaya qapılmaq çox təhlükəli ola bilər”.

Xaqani Cəfərli deyir ki, üç il öncə dünyada çox böyük əksəriyyət Rusiyanın Ukraynaya müdaxilə ehtimalını ciddi qəbul etmirdi. Ancaq bu müdaxilə baş verdi və 34 aydır davam edən müharibəyə çevrildi. Ona görə də bizim üçün əsas məsələ sülh müqaviləsindən daha çox geosiyasi qeyri-müəyyənliyin bitdiyi zaman bölgədə güc nisbətinin necə olacağıdır: “Cənubi Qafqaz üzərində NATO və Avropa İttifaqının təsirinin güclənməsi, hətta tam nəzarət altına alınması ehtimalı istisna deyil. Ona görə də Ermənistanda bu gün Avropa İttifaqının və ya NATO-nun təmsilçilərinin olması əhəmiyyətli məsələ deyil. Beynəlxalq məhkəmələrdəki iddiaların qarşısının alınmasının ən yaxşı yolu dağıdılan şəhər və kəndlərimizə görə Ermənistana qarşı təzminat davasıdır. Bütün bunlar mənim fikirlərimi təsdiq edir ki, bölgədə dinc yanaşı yaşamaq üçün şərtlər tam mövcud deyil. Belə şərtlər tam mövcud olsa, bu məsələlər iki dövlət və xalq arasında öz həllini tapar”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında bildirib ki, indi tərəflər sülhə daha yaxındır: “Nikol Paşinyan ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı açıqlama verib. O bildirib ki, münaqişə bitibsə, onunla məşğul olan qurumlar ləğv edilməlidir. Bu da Azərbaycanın tələblərindən biridir. Yəni görünən odur ki, müəyyən kommunikasiyalar davam edir. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşması çox yaxındır”.

N.Cəfərli deyir ki, bütün dünyada hazırda bir gözlənti var ki ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra nə baş verəcək? Hazırda Türkiyə ilə Ermənistan arasında da intensiv danışıqlar gedir. Hətta kommunikasiyaların açılması ilə bağlı təkliflər paketi mövcuddur, bu istiqamətdə qarşılıqlı görüşlər olub. Azərbaycanla Türkiyə bütün addımlarını birgə atdığından, Ankara ilə İrəvan arasında olan danışıqlar da Bakının bilgisi daxilində baş verir: “Yaxın Şərqdə də qəliz proseslər gedir. Belə olan halda, ən asan və tez həll oluna bilən məsələ məhz Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsidir. Bu, eyni zamanda paralel olaraq, Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması deməkdir. Çünki Azərbaycanla Ermənistan arasında yaşananlar dünya ictimaiyyətinin yaddaşında problemli münaqişə kimi qalıb”.

Müsahibimizin fikrincə, 2025-ci il yanvarın sonu - fevralın əvvəlində sülhlə bağlı daha konkret bir mənzərə yaranacaq. Ola bilər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı razılaşmalar ABŞ-nin moderatorluğu ilə yaxın aylarda imzalansın. Bu da Trampın “dünyaya müharibə yox, sülh gətirəcəm” mesajının təsdiqi olacaq: “Erməni tərəfi konstitusiyanı tezliklə dəyişdirə bilməz. Ümumiyyətlə, bu, Azərbaycan tərəfindən irəli sürülən haqlı bir tələbdir. Amma bunun da bir proseduru var. Ermənistan Konstitusiyasında həmin müddəaların çıxarılması üçün referendum keçirilməlidir. Referendum üçün isə zaman lazımdır. Ən azından bunun üçün bir il müzakirələr aparılmalıdır. Qanunlar belə tələb edir. Qısa zamanda konstitusiya islahatlarına gedib, referendumla müddəaları aradan qaldırmaq mümkün görünmür. Ona görə də, tərəflərin razılığı ilə keçid dövr üçün çərçivə sazişi imzalamaq mümkündür. Bu sazişdə məhz konstitusiya dəyişikliyini Ermənistanın üzərinə öhdəlik kimi qoymaq olar”.

Digər müsahibimiz, hüquqşünas Fuad Ağayev saytımıza açıqlamasında bildirib ki, bununla bağlı ciddi rəy vermək çətin məsələdir, amma tərəflərin çıxışlarından başa düşülür ki, söhbət təkcə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddialardan getmir: “Söhbət həm də Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialardan da gedir. Yəni burada Ermənistan tərəfi nə əvvəllər, nə də indi öz iddialarını geri götürmək fikrində olduqlarını ifadə etməyib. Burada tələblərdən qarşılıqlı imtina olunmalıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 Azərbaycanın nüfuzunun zirvə nöqtəsidir -ŞƏRH
Bu gün, 09:27
Arvadını boğaraq öldürən: - "Telefonda başqa şəxslə danışanda tutdum"
Bu gün, 09:25
Daha bir şirkət ölkədən VALYUTA ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 09:24
2025-ci ildə yeni sülh pəncərəsi açılacaq - AKTUAL
Bu gün, 09:22
Bakı və İrəvan üçün KRİTİK İL - 2025-də elə bir QƏRAR olacaq ki...
Bu gün, 09:18
Bakını bürüyən pis qoxunun GÜNAHKARI TAPILDI - İLGİNC FAKT
Bu gün, 09:14
`City Net`in müştərisisənsə... Salvador Dalinin əsərlərini də sevəcəksən... - GİLEY
Bu gün, 09:07
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 09:01
"Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?" - ETİRAZ
Bu gün, 08:59
Tiktoker İlhamə də saxlanılıb?
Bu gün, 08:54
Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...
Bu gün, 08:50
BANK OF BAKU niyə narazılıq yaradır? - "QARA" XRONİKA...
Bu gün, 08:38
“Azəriqaz”ın “ağıllı” sayğac siyasəti - Əhali köhnə sistemin tətbiqindən narazıdır
Bu gün, 08:35
“Akkord”un adı ilə bağlı YEYİNTİ ŞÜBHƏSİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:33
2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı - İLGİNC
Bu gün, 07:33
Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! - Fransa
Bu gün, 07:29
'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39
“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34
Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31
Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26
Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23
O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05
Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04
Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02
Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11
Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58
Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55
Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru