Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
"Müasir dövrdə milli təhlükəsizliklə bağlı çağırışların siyahısı kifayət qədər genişlənib".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisinin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli söyləyib.
Onun sözlərinə görə, hibrid informasiya müharibələrinin hədəfləri maddi dəyərlərlə, iqtisadi potensial və siyasi sabitliklə yekinlaşmır:
"Bütün bu amilləri, xüsusilə də xalqın və onun yaratdığı dövlətin mövcudluğunu, inkişafını, özünümüdafiə imkanlarını təmin edən mənəvi faktorlar – milli təssübkeşlik, qürur, ləyaqət, dil, milli mədəniyyət də qlobal və virtual şahmat taxtasının üzərinə yatırılır. İndi dünyaya hökm etmək üçün bu və ya digər qitəyə, dünya ökeanına sahiblənmək də yetərli deyil. Dövlətlərin geosiyasi potensialı təkcə maddi resurslarla məhdudlaşmır, həm də onların mənəvi gücünün, milli və dövlətçilik ruhunun sərhədlərinin genişliyi ilə ölçülür. Bu gün bu və ya digər dövlətin gücünü zəiflətmək üçün onun maddi resurlarının hədəfə alınmasına bir çox hallarda ehtiyac qalmır. Transmilli media və çağdaş informasiya və kommunikasiya vasitələrindən yararlanmaqla milli mədəniyyətin, dilin, mənəvi dəyərlərin sıradan çıxarılması əslində elə dövlətin özünümüdafiə mexanizmlərinin məhv edilməsi deməkdir. Lakin qeyd etmək lazımdır ki, media, sosial şəbəkələr və geosiyasi alət kimi klassik hesab edilməyən digər yeni mexanizmlər tarix boyu mövcud olan siyasi texnologiyaların yenilənmiş və daha çevik şəkildə tətbiq edilməsi mümkün olan nümunələridir. Əgər bir neçə yüz il əvvəl səlib yürüşlərindən öncə qəsb edilməsi nəzərdə tutulan ərazilərə missionerlər göndərilirdisə, indi artıq bunun üçün dənizləri aşmağa, səhraları keçməyə ehtiyac qalmır".
Parlamentari deyib ki, hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması və yaxud idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə yekunlaşmır: "Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər. Müasir dövrdə “yumşaq güc” və “yumşaq təhlükə” anlayışları özünün klassik təqdimatlarından kifayət qədər fərqlənir. İndi “yumşaq güc” anlayışı özünün ənənəvi istifadə alətlərininin - “nüfuz müvəkkilləri”, yaxud “beşinci kolon” adlandırdığımız şəbəkələrin sabotaj xarakterli fəaliyyətindən daha çox yeni texnologiyaların iştirakı ilə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni proseslərdə büruzə verir. Yeni texnologiyalar dünya siyasətinin ənənəvi mahiyyətini dəyişir, siyasi oyunçular arasındakı klassik ierarxiya münasibətləri öz yerini şəbəkə strukturlarına verir. Hazırda “yumşaq güc”ün tətbiqi prosesində qlobal oyunçulardan daha çox potensial və manevr imkanları tələb edən 5 əsas istiqamət nəzərə çarpır: Birinci istiqamət xarici siyasətdir – buraya mədəni və ictimai diplomatiyanı daxil etmək olar. İkinci istiqamət şəbəkə strukturları, üçüncüsü media, dördüncüsü internet və sosial şəbəkələr, beşincisi isə dini təsisatlardır. Müasir informasiya və texnologiya vasitələrinin inkişafı isə bu istiqamətlər arasından internet və sosial şəbəkələri daha ön plana çıxarır və sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir. Sosial şəbəkələr həm də kommunikasiya vasitəsidir. Bu səbəbdən də daha geniş kütlələrin əhatə olunmasına imkan yaradır və onların şüuru ilə manipulyasiya imkanlarını dəfələrlə artırır. Artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna təsir etmək mümkündür. Bu isə ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir. Kiberməkanın unikallığı ondadır ki, burada virtial proseslərlə real proseslər iç-içədir, onları bir araya gətirmək, istiqamətləndirmək isə an məsələsidir. Real və kiber geosiyasi məkanın yeni mexanizmləri hansısa virtual şüur vasitəsilə idarə olunmurlar. Onları idarə edən, istiqamətləndirən beyin mərkəzləri və “yumşaq güc” texnologiyasının əvəzedilməz oyunçuları olan, “demokratiya”, “insan hüquq və azadlıqları”, “mətbuat, söz və fikir azadlığı” kimi fundamental dəyərlərin arxasında gizlədilmiş beynəlxalq hüquq-müdafiə təşkilatlarıdır. Qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan cəsus şəbəkələrinin iştirakı ilə yaradılır".
Elçin Mirzəbəyli əlavə edib ki, yeni çağırışlara cavab vermək üçün real geosiyasi məkanda olduğu kimi kibirməkanda da təhlükəsizliyimizin təmin olunması qarşımızda dayanan ən önəmli vəzifələrdən biridir: "Transmilli medianın, sosial şəbəkələrin, beynəlxalq bəhanə təşkilatlarının yaratdığı idarə olunan xaotik informasiya mühitində milli maraqlarımızın qorunmasının yolu informasiya təhlükəsizliyimizə konseptual yanaşmaqdan və real alternativlərin yaradılmasından keçir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Bu gün, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Bu gün, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Bu gün, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Bu gün, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Bu gün, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Bu gün, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Bu gün, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
|