“Güman edirəm ki, Ermənistan gələn il ərazi itkilərinə məruz qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Alen Gevondyan deyib.
“Təkcə Zəngəzur dəhlizinin açılması yox, bütün Zəngəzurun nəzarətdən çıxması baş verə bilər”, – deyə Gevondyan bildirib.
Ekspert qeyd edib ki, Ermənistanda hakimiyyətin reytinqlərinin itirilməsi və ictimai əhval-ruhiyyənin dəyişməsi fonunda repressiyalar davam edəcək.
“Maliyyə nöqteyi-nəzərindən ilin əvvəlində vəziyyət çətinləşəcək. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanın əldə etdiyi imtiyazlar azalacaq, qiymətlər və vergilər artacaq. emiqrasiya tempi daha da sürətlənəcək”, – deyə Gevondyan vurğulayıb.