Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                     Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri .....                     “Sülh üçün konstitusiyamızı dəyişməliyik” .....                     Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR .....                     Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ .....                     Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib .....                     Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi .....                     Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq .....                     Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq .....                     Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb .....                     Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                     AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü .....                     İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı .....                     Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb .....                     Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? .....                     Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül .....                     Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... .....                     AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? .....                 

Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR... - İLGİNC İDDİALAR...
Tarix: 24-12-2022, 09:39 | Çap et
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

Daha sonra müəllimlərin müraciətində deyilir:

Bu ilki 2-ci kurs magistrantların isə indi məlum olur ki, HƏLƏ HEÇ DİSSERTASİYA MÖVZULARI VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrədirlər, qarşıda yalnız bir semestr qalır. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilib, nə də elmi rəhbər təyin edilib.

İndi AzTU-da 2-ci kurs magistrantlar təlaş içindədirlər, əlləri də heç bir yerə çatmır. Onlar öz ixtisas kafedralarına müraciət edirlər, kafedralarda onlara cavab verirlər ki, biz hələ heç nə bilmirik, gözləyin. Tələbələr soruşurlar ki, nəyi gözləyək və nə vaxtacan gözləyək, niyə gözləyək? Sonra tələbələr magistratura və doktorantura şöbəsinə (indi bu şöbənin də adını rektor bir əndrəbadi adla - “Yüksək Təhsil İnstitutu” adı ilə adlandırıb, görəsən hansı “yüksək təhsildən” söhbət gedir?) müraciət edirlər. Orada da onlara deyirlər, “səbr edin, tələsməyin, hələ gözləyin”. Heç kimin – nə kafedra müdirlərinin, nə də “Yüksək Təhsil İnstitutu” “direktorunun” bunu rektordan soruşmağa cəsarətləri çatmır.

AzTU-da vəzifəli şəxslərin hamısı “mənim nəyimə gərək, məgər məndən başqa adam yoxdur?” prinsipi ilə işləyir. Sual olunur, rektor magistr dissertasiyaları ilə əlaqədar belə vəziyyəti niyə yaradır? Bəs rektor hələ yarım il bundan əvvəl deyirdi ki, magistr dissertasiyalarına real tədqiqat mövzuları vermək lazımdır, mövzular magistrantların işlədikləri müəssisənin iş xüsusiyyətləri ilə əlaqədar olmalıdırlar (əyani təhsildə nə iş yeri? Bunu da rektordan soruşmaq lazımdır), indi bir il yarımdır ki, onlara heç adi mövzu da verməyibmiş ki, dissertasiya üzərində işə başlasınlar.

Qeyd edək ki, bu “səhlənkarlıq” üçün eyni dərəcədə Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov da məsuliyyət daşıyırlar. Rektorun mövcud təlimatlardan bu dərəcədə də xəbərsiz olduğunu və magistrantların bu narahatçılığı haqqında məlumatların ona heç çatmadığını da güman etmək sadəlövhlük olardı. Bu sualın yalnız bir cavabı ola bilər – magistrantları vaxt çatışmazlığı şəraitində, magistraturanı bitirmək məqamında çıxılmaz vəziyyətə salmaq və bu vəziyyətdən öz korrupsiya məqsədləri üçün istifadə etmək, onlara dar macalda necə gəldi 4-5 nəfərə bir dissertasiya satmaqla gəlir götürmək. Elə buna görə də rektor son iki ildə magistraturaya qəbulu artıraraq, ildə 1000 nəfərə çatdırıb, halbuki, əvvəlki illərdə magistraturaya 250-300 tələbə qəbul edilirdi. İndi isə ildə 1000 nəfər, iki ildə cəmi 2000 magistranta elmi rəhbərlik etməyə də universitetdə elmi dərəcəsi olan müəllim kadrlar çatışmır. Təlimata görə isə hər elmi dərəcəli müəllim yalnız 2 magistr dissertasiyasına rəhbərlik edə bilər.

Bu qədər müəllim isə sadəcə olaraq yoxdur. Onu da nəzərə alaq ki, V.Vəliyev rektor olduğu 3 ildə AzTU-nun təcrübəli müəllim kadrlarının, əsasən də ixtisas kafedralarının kadrlarının təqribən 30-40 faizini müxtəlif vasitələrlə universitetdən uzaqlaşdırıb, pərən-pərən salıb. İndi bəzi fənlərdən dərs deməyə adam tapmırlar, nəinki, dissertasiya rəhbərliyinə. Müəllimlərlə əlaqədar V.Vəliyevin indi dillərə düşmüş bir deyimi var, o tez-tez təkrar edir: “Mənə nə kafedra lazımdır, nə də müəllim. Neynirəm kafedranı, müəllim lazım olsa, küçədən çağıraram, gəlib dərsini deyib, getsin.”

Bu isə əslində o deməkdir ki, ona təhsil lazım deyil. Bəs rektora nə lazımdır? O, elə bilir ki, Texniki Universitetdə tədris edilən bu qədər spesifik ixtisas fənlərindən dərs deyə bilən müəllimlər küçələrə tökülüb, gözləyirlər, çağıran kimi gələcəklər. Hal-hazırda bir çox fənlərdən müəllimlər doğrudan da çatışmır. Çatışmir, çatışmasın. Bu, heç onun vecinə də deyil. Yoxdur, olmasın. Məgər onu tədris keyfiyyəti maraqlandırır? Belə küçə düşüncəli adamdan da universitet rektoru olar? 2-ci kurs magistrantlar isə təlaş içindədirlər...

V.Vəliyev AzTU-ya rektor gələn gündən özü üçün xırda gəlir mənbəyi axtarmaqla məşğuldur. Ancaq arzulamaq azdır, onun bu işə də bacarığı çatmır. 3 ildir ki, o, universitetdə “AzTU taksi xidməti” açmaq arzusu ilə yaşayırdı, hətta bu haqda universitet elmi şurasında 3-4 dəfə qərar da qəbul etdirdi (biz hələ onu demirik ki, belə bir işlə məşğul olmaq universitetə yaraşmaz, universitet elmi şurası belə qərarları müzakirə etmək üçün deyil). O, elə bilirdi ki, qərar çıxarmaqla şirkət öz-özünə işə düşəcək. Şirkətə işçilər də təyin etdi. Biz əvvəlki yazılarımızın birində istehza ilə yazmışdıq ki, “AzTU taksi xidməti” “böyük müvəffəqiyyətlə fəaliyyət göstərir”. Əslində isə onun bu arzusu və planı da kağız üzərində qaldı və işləmədi. İndi taksi xidmətinin bir səsi-sorağı da yoxdur. Ona məsləhət görürük ki, universitetin həyətində avtomobil yumaq məntəqəsi açsın, bizcə, bu çox da çətin olmaz və səmərəli olar. Universitetin həyətində hər gün xeyli maşın dayanır, elə onları hərdən yusalar, kifayətdir, xeyli gəlir gətirər. Həm də V.Vəliyevin 3 ildə yaratdığı saysız-hesabsız yeni açılmış şöbələrə işə qəbul etdiyi qohum-qardaşının, yerlilərinin saysız-hesabsız cavan qızlarının hamısı işə öz maşınları ilə gəlirlər və onları həyətdə saxlamağa yer də çatmır. Onlar da hərdən maşınlarını elə iş vaxtındaca yudurdarlar.

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru