
Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda instaqram hesabında açıqlama verib.
Hüseyn vergi borcunun olmadığını deyib:
“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”.
O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.
Xatırladaq ki, H. Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.
Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.