Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                 

“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Tarix: Bu gün, 09:23 | Çap et
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib?
2023-cü il sentyabrın 19-da Naxçıvanda 1963-cü il təvəllüdlü Zümulə Həsən qızı Qafarovanın faciəvi şəkildə ölümündə 1977-ci il təvəllüdlü iş icraçısı Elbəy Rəhimov təqsirli bilinib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Naxçıvan Şəhər Prokurorluğu tərəfindən Elbəy Rəhimovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ititham elan edilib.

Cinayət işinin başlanmasına səbəb 19 sentyabr 2023-cü ildə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin Zümulə Qafarovanın üzərinə aşması, bir neçə saat sonra qadının ölməsi hadisəsi olub.

Naxçıvan şəhər Polis İdarəsi daxil olmuş məlumat əsasında cinayət işi açıb.

“Müqavilə küçədə bağlandı”

Naxçıvanda reklam lövhələrinin quraşdırılması layihəsini öz üzərinə götürən "Brend Media Group” şirkəti lövhələrin hazırlanması işini Rəhimov Elbəyi Akif oğluna tapşırıb. Bu, "Brend Media Group”la Elbəyi Rəhimov arasında ilk əməkdaşlıq deyilmiş.

Əslində "Brend Media Group” Naxçıvandakı işlərin görülməsini "Focus Media”ya tapşırıb. Elbəy Rəhimov da bu işi “Focus Media” MMC-dən müqavilə əsasında alıb.

MMC-nin məsul şəxsləri Yusif Bəylərli və İslam Qurbanovdur. Elbəy Rəhimov işi öz işçiləri Rövşən Əliyev və Mayis Əliyevlə birlikdə icra edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy Rəhimov özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə zamanı o özü Bakıda olub. İşi “Focus Media”dan götürübmüş, icraçı özüymüş: “Hadisədən heç bir məlumatım olmayıb. Olay baş verən zaman müqavilə bağladığımız şirkət orada olub. İşə başlanılması göstərişini mən verməmişəm.

İşi şirkət sahibi verib, onunla birlikdə işləmişik. Bizə nə deyirdilərsə, onu da edirdik. İstintaq zamanı işi mən götürdüyüm üçün özümü təqsirli bildim. Sonradan işi özüm götürsəm də, göstərişi mən vermədiyimi başa düşdüm. Göstərişim olmadan reklam lövhəsini quraşdırdılar, konstruksiyaların düzəldilməsini isə mən etmişdim. Yəni reklam lövhələrinin quraşdırmasını mən etməmişəm.

Müqavilədə quraşdırılma nəzərdə tutulsa da, onu mən icra etməmişəm. Betonun tökülməsi də bizim üzərimizdə olmayıb, müqavilədə bu barədə heç nə yazılmayıb. Onu da deyim ki, müqavilə küçədə bağlandı. Daha doğrusu, müqavilə Bakıda Nobel prospektində imzalandı. Eynəyim olmadığı üçün müqaviləni oxumadım”.

“Naxçıvana gəlməli oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, 30 il bu işlə məşğul olub, görəcəyi işləri həmişə şifahi danışıb: “Mən əvvəlcə Naxçıvanda iş görəcəyimizi bilməmişdim. İcraçı olduğum üçün məsuliyyəti üzərimə götürdüm. İslam Qurbanov Naxçıvanda şirkətin nümayəndəsi kimi təmsil olunub, reklam yerləşdirilməsi üçün çalaları o qazdırıb, betonu o gətirib. Bəlkə bu işi də ona başqası tapşırıb, yaxud məsləhət görüb.

Mən İslamı şirkətdən tanıyırdım. O bizə: “Mən gedirəm, siz özünüz buradasız” - dedi. Reklam lövhələrinin düzəldilməsinə görə pul verilirdi. Mənim anbardan gətirdiyim işçilər işləyirdi. Reklam lövhəsi mənim göstərişimlə taxılmalıydı. Amma beton tökdürmək, çala qazdırmaq mənim öhdəmdə deyildi.

30 ilə yaxın bu işlərlə məşğul olmuşam, “Focus Media” ilə isə ilk dəfə işləyirdim. Mən Naxçıvan şəhərində baş vermiş hadisədən sonra gəlməli oldum. Hətta müqaviləni də hadisədən sonra bağladıq. Bu iş üzrə müxtəlif müqavilələr bağlamalı olduq”.

“Şirkət nə tapşırıbsa, onu ediblər”

Elbəy Rəhimov bildirib ki, hadisə barədə ona işçisi Mayis Həsənov telefonda məlumat verib: “Xammalı Naxçıvana gətirib reklam lövhələri hazırladıq. Daşınması mümkün olmadığı üçün xammal hissə-hissə gətirilir və hazırlanırdı. Sentyabr ayının 19-da reklam quraşdırılması nəzərdə tutulmamışdı. Bu səbəbdən Bakıya qayıtdım.

İşi görənlər - Mayislə Rövşən mənə tabe idilər. İslam isə sifarişçi şirkətdən nümayəndə kimi iştirak edirdi. Sənəd üzrə icraçı mən idim, amma işi Mayislə Rövşən icra ediblər. Həmin vaxt onlara işə başlamaq tapşırığını şirkət verib. Şirkətdən nə deyilibsə, onu ediblər.

Mən məsuliyyətdən azad olunmağımı istəmirəm. Günahım varsa, cəzamı çəkəcəm. Mayis montajçı kimi mənim işçimiydi”.

“Qadının öldüyünü xəbər verdilər”

Elbəy Rəhimovun sözlərinə görə, Mayislə 1-2 dəfə görüşüb, işlə bağlı danışıblar: “Sentyabrın 19-na qədər qalan reklam lövhələrini Mayis, Rövşən və İslam hazırlayıblar, yəni prosesdə şirkət nümayəndəsi də iştirak edib.

Günorta ərəfəsində mənə zəng edib dedilər ki, güclü külək olub, lövhə qadının üzərinə aşıb. Bir saat sonra zəng edərək qadının öldüyünü xəbər verdilər.

Reklam qurğusu qoyulası yer qazılanda yerin səthindən asılı olaraq dəyişiklik edilib. Çala kvadrat şəklində olmalıydı. Bunlar isə yeri traktorla qazdırıblar. Bir kub yarım ton beton tökülməliydi. Amma nə qədər beton töküldüyünü bilmirəm. Mən Naxçıvana gələndə lövhəni aşmış vəziyyətdə gördüm”.

“Mən olan yerdə problem çıxmayıb”

Elbəy Rəhimov qeyd edib ki, “Focus Media”nın nümayəndəsi və Rəhman adlı şəxs onun sexinə gəliblər, 15 reklam lövhəsi sifariş veriblər, Naxçıvana aparılacağını deyiblər: “Mən özüm də Naxçıvana gedə biləcəyimi, ancaq bu halda qiymətin dəyişəcəyini söylədim.

Reklam lövhəsinin niyə aşdığını bilmirəm, təcrübəmə görə, ya küləyin gücü çox olanda, ya da betonun mayesi bərkiməyəndə bu hal baş verə bilər. Reklam quraşdırıldığı gün orada olsaydım, işə özüm nəzarət edəcəkdim, beton vurduqdan sonra fundamentin qurumağını gözləyəcəkdik.

Mən həmin vaxta kimi 12 reklam qurğusunun qurulmasında iştirak etmişəm, heç birində problem olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, şirkətin vəzifəli şəxslərinin sözü ilə beş-altı dəfə mərhumun evinə gediblər: “Onun ailəsinə kömək etdik, Quran oxutduq. Zərərçəkmiş şəxsin hüquqi varisinin niyə şikayətçi olduğunu bilmirəm. Şirkət dediyi üçün zərərçəkmişə yarı-yarıya pul da vermişəm.

Mən bir insan kimi əlimdən gələn yardımı etmişəm. Yusif mənə məsləhət gördü ki, zərərçəkmiş şəxsə kömək elə, özlərinin də köçürmə edəcəklərini dedi”.

“Sifarişçi Yusif olub”

Təqsirləndirilən şəxs deyib ki, Yusiflə müqaviləni göndərdiyi zaman əlaqə saxlayıb: “İlk gündən mənə hər şeyi Yusif deyib, reklamların ölçülərini o bildirib, yerləri də o tapıb. İş sahibi Yusif olduğu üçün işçilərimə “Yusif nə deyir, onu da edin” deyə tapşırmışdım.

İslamla mübahisə etdiyim üçün Mayis və Rövşənə iş sahibinin Yusif olduğunu söyləmişdim. Sifarişçi Yusif, podratçı mən idim.

İşçilərim olan Mayis və Rövşənə demişdim ki, sifarişçi, yəni şirkət nə deyirsə, onu etməlisiz. Betonu, kranı, fəhləni sifarişçi tapıb gətirmişdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, o, Naxçıvandan gedəndə hazırlanmamış 5 reklam lövhəsi qalıbmış: “Prezidentin gələcəyi, iş tez hazırlanmalı olduğu üçün işçilərə əlavə pul verdilər. Reklam lövhələri quraşdırılanda işçilər mənə zəng edərək bu barədə heç nə demədilər. Sonradan onların da pul alaraq belə etdiklərini söylədilər.

Mənim iki övladım ADA-da təhsil alır. Onların gələcəyinin bu məsələyə görə zədələnməsini istəmirəm. Barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm”.

"Anama görə 40 min ödədi"

Zərərçəkmiş məhrum Zümulə Qafarovanın hüquqi varisi qismində çıxış edən oğlu Kamal Qafarovun sözlərinə görə, hadisəni kameradan görüb. O, təqsirləndirilən şəxsin cəza almasını istəyib: “Ondan şikayətim var. Təqsirləndirilən şəxs yasa görə mənə 40 min manat pul ödəyib. Bütün pulu yas xərclərinə sərf etmişəm. Bu, xərcin yarısıdır, o, xərcin digər yarısını da ödəyəcəyini dedi”.

Hüquqi varis bildirib ki, hadisə baş verən gün ona zəng edib anasının xəstəxana qarşısında yıxıldığını deyiblər: "Mən ora gedəndə anam hələ sağ idi. Xəstəxanada reklam lövhəsinin anamın üzərinə düşdüyünü öyrəndim. Tələbim ondan ibarətdir ki, təqsirləndirilən şəxs kimdirsə, cəzasını çəksin.

İstintaq zamanı təqsirləndirilən şəxsdən şikayətimin olmaması ilə bağlı notarial qaydada ərizə yazmışam. Lakin məhkəmə prosesində eşitdiklərim istintaq zamanı olanlardan tamamilə fərqləndi. İstintaqda Elbəyin günahkar olduğu deyildi. Ancaq hazırda Rövşənin də günahkar olduğu aydınlaşıb. Elbəy Rövşəni cəzadan qoruyub”.

“Kimi nəzərdə tutduğunu bilmədim”

Kamal Qafarovun ifadəsinə görə, təqsirləndirilən Elbəy Rəhimov kredit götürüb və ona pul verdiyini deyib: “Yusif İslamla birlikdə xəstəxanaya gəlmişdi. Onlar “bizdən şikayət etmə, nə lazımdırsa edəcəyik” dedilər.

Onlara mənə heç nə lazım olmadığını, sadəcə anamın sağalmasını istədiyimi dedim. İslam mənə çölə çıxmağı təklif elədi. Yusif də məni qırağa çəkdi, “bizdən şikayət etmə” dedi. Amma onun “bizdən” deyəndə kimi nəzərdə tutduğunu bilmədim. Yusifi daha görmədim. Kiməsə nəsə sual verəcək vəziyyətdə deyildim”.

3 il cəza aldı, narazı qaldı

Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy Rəhimov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Vəkil müvəkkili barəsində olan hökmün ləğv edilməsini, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ona bəraət verilməsini istəyib.

Məsuliyyətdən kənarda qalanlar kimlədir?

Vəkil şikayətdə qeyd edib ki, müvəkkili işçiləri ilə birlikdə Yusif Bəylərlinin aldığı təyyarə biletləri ilə Naxçıvana uçub və onun təşkil etdiyi sexdə, cəlb etdiyi işçilərin köməyi ilə reklam konstruksiyalarının düzəldilməsinə başlayıblar:

“2023-cü ilin sentyabr ayının 14-də reklam lövhələrindən 4-5-i hazır olan zaman təqsirləndirilən şəxs Bakı şəhərinə getməli olub. O, Bakı şəhərindən qayıtdıqdan sonra reklam konstruksiyalarının düzəldilməsini başa çatdırmaq və Yusif Bəylərliyə təhvil vermək fikrində olub.

Təqsirləndirilən şəxs Bakıda olan vaxt Naxçıvanda dövlət tədbiri olacağından Yusif Bəylərli ona xəbər vermədən Naxçıvandakı işçisi Rövşən Əliyevə zəng vurub, ondan reklam konstruksiyalarını quraşdırmaq üçün kömək istəyib və qarşılığında 300 manat vəd edib.

Rövşən Əliyev razılaşıb və Elbəy Rəhimova xəbər vermədən Mayis Həsənovla birlikdə reklam konstruksiyalarının quraşdırılması üçün Yusif Bəylərliyə təhvil verib. Özləri də quraşdırılma yerinə gedərək müəyyən işlərin görülməsinə köməklik göstəriblər. Rövşən Əliyev qaynaq işlərini, Mayis Əliyev isə diklərin bərkidilməsi və reklam qurğularının rənglənməsini həyata keçirib.

İşə faktiki rəhbərliyi isə Yusif Bəylərli, o olmadıqda isə Qurbanov İslam Feyzulla oğlu həyata keçirib. 2 reklam konstruksiyası quraşdırılıb, sentyabr ayının 19-da 3-cü reklam konstruksiyası quraşdırılan zaman güclü külək başlayıb. Yusif və İslam əvvəl quraşdırılmış reklam konstruksiyalarını yoxlamaq üçün iş yerini tərk ediblər.

Həmin aralıqda reklam lövhəsi güclü küləyin təsiri altında Qafarova Zümulə Həsən qızının üzərinə aşıb və ona ağır xəsarət yetirib. Yusif təqsirləndirilən şəxslə əlaqə saxlayaraq işi qaydasına saldığını, heç bir problem olmayacağını bildirib. Lakin şirkətlə təqsirləndirilən şəxs arasındakı müqavilənin prokurorluğa təqdim edilməli olduğunu deyib. Yusif “Roşka” ləqəbli adamı ilə müqaviləni ona göndərib”.

Sonda cəza nə oldu?

Bu şikayətə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində baxılıb. Hakim Fərman Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara görə, şikayət qismən təmin edilib.

Elbəy Rəhimov 2 il 2 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Xətai rayonu ərazisini tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, cinayət işində adı keçən "Brend Media Group”un rəhbəri Elşən Məmmədovdur. Amma onun adı cinayət işində ifadələrin heç birində hallanmayıb.

Elşən Məmmədovun adı yalnız apellyasiya şikayətində çəkilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru