Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                 

"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Tarix: Bu gün, 14:02 | Çap et
"Son zəng"in səsini heç kim eşitmək istəmir:
Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.
Halbuki təhsil müəssisələri kommersiya deyil, ictimai dəyərin formalaşdığı məkanlardır. Burada istənilən məcburi pul yığımı istər valideynlər, istərsə də şagirdlər üçün əlavə sosial təzyiq yaradır, bərabərsizliyi dərinləşdirir və təhsilə olan ictimai inamı sarsıdır. Bu baxımdan Dövlət Agentliyinin məsələ ilə bağlı araşdırma apararaq konkret tədbir görməsi – direktorun vəzifəsindən azad edilməsi – cəmiyyətə və təhsil ictimaiyyətinə verilən ciddi bir mesajdır: istənilən qanunsuz və qeyri-etik davranış cavabsız qalmayacaq. Bu hadisə eyni zamanda maarifləndirici xarakter daşımalıdır. Təhsil işçiləri bu kimi hallardan nəticə çıxararaq, fəaliyyətlərini daha şəffaf, ədalətli və humanist prinsiplər əsasında qurmalıdırlar.
Yeri gəlmişkən, “Son zəng”lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb: "Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yük yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".

Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında problemin fərdi yox, struktur səviyyəsində olduğunu deyib:

“207 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yayılan son səs yazısı və onun ardınca verilən cəzalandırma tədbiri – vəzifədən azad olunma – Azərbaycan təhsil sistemində təəssüf ki, artıq klassikləşmiş bir döngənin daha bir nümunəsidir: qanunsuz davranış, ictimai qınaq, vəzifədən azadetmə, lakin davam edən oxşar hallar. Problemin mənbəyi fərdi pozuntularda yox, məktəb idarəçiliyində sistemli və inzibati boşluqlardadır. Direktorların bu qədər tez-tez qanunsuzluğa yol verməsi, ödənişli “Son zəng”, forma pulu, təmir və sair bəhanələrlə valideynlərdən vəsait toplanması, bunun fonunda isə real cəzasızlıq və ardıcıllıqla görülməyən tədbirlər sistemin içindəki struktur nasazlığın sübutudur. İlk əsas problem ondan ibarətdir ki, məktəb direktorlarının fəaliyyəti üzərində müstəqil və davamlı nəzarət mexanizmi mövcud deyil. Onların davranışları yalnız ciddi ictimai qalmaqal baş verdikdə, media və sosial şəbəkələr məsələni gündəmə gətirdikdə araşdırılır. Halbuki bu nəzarət sistemli və preventiv olmalıdır. Hər məktəbdə təhsilalanların və valideynlərin iştirakı ilə formalaşan Məktəb Şurası institutu yaradılmalı, bu şura məktəbin illik fəaliyyəti, maliyyə şəffaflığı və idarəçilik qərarları üzrə real hesabat hüququna malik olmalıdır. Məktəbin daxili işlərinin yalnız dövlət agentliyi tərəfindən yox, həm də ictimai nümayəndələr vasitəsilə monitorinqi direktorun davranış məsuliyyətini artırar. İkinci problem budur ki, məktəb direktorlarının vəzifə məsuliyyəti və hüquqi statusu barədə normativ aktlar zəifdir və praktik tətbiqə yönəlik deyil. Məsələn, “Təhsil haqqında” Qanunun 22-ci maddəsində məktəb rəhbərlərinin təyin olunması və vəzifə öhdəlikləri barədə ümumi müddəalar var, lakin konkret hüquqi məsuliyyət, maddi və ya inzibati sanksiya mexanizmləri, etik pozuntu hallarında tətbiq ediləcək disiplin tədbirləri dəqiq göstərilmir. Bu isə direktorun özbaşınalığı zamanı ona hüquqi əsasla nəzarət imkanlarını məhdudlaşdırır. Bunun qarşısını almaq üçün Direktorların Etik Davranış Kodeksi müstəqil sənəd kimi qəbul edilməli və bu sənədin pozulması avtomatik hüquqi məsuliyyətə səbəb olmalıdır”.

K.Əsədovun sözlərinə görə, digər məsələ direktorların seçimi və fəaliyyətə başlaması ilə bağlı tətbiq olunan sistemin yalnız test əsaslı olmasıdır. Ekspert hesab edir ki, test imtahanı yalnız biliyin ölçüsünü göstərir, amma rəhbərlik etikası, şəffaflıq prinsiplərinə sadiqlik, liderlik davranışı və sosial məsuliyyət hissini əks etdirmir:
“Direktor vəzifəsinə təyin olunmaq üçün çoxpilləli seçim sistemi tətbiq olunmalıdır: test mərhələsindən sonra simulyasiya, ictimai rəyin sorğulanması, psixoloji sabitlik testi və ən əsası etik qərarvermə bacarığının ölçülməsi mərhələləri olmalıdır. Bu şəkildə direktor vəzifəsinə yalnız peşəkar yox, eyni zamanda əxlaqi dəyərləri olan şəxslər təyin olunacaq. Məktəblərdə maliyyə şəffaflığının olmaması da mövcud problemlərə yol açır. Məktəblərdə ən çox sui-istifadə hallarına səbəb olan məqamlar qeyri-rəsmi pul yığımlarından doğur. Bunun üçün hər bir məktəbin illik fəaliyyət büdcəsi və ianə rejimi onlayn şəkildə ictimaiyyətə açıq olmalıdır. Valideynlərdən pul toplanmasına tam qadağa qoyulmalı və bu məsələ inzibati məsuliyyət daşımalıdır. Eyni zamanda, məktəbin bəzi ehtiyacları dövlət büdcəsində nəzərə alınmadığı üçün direktorlar bəzən bu ödənişləri “zəruri” hesab edirlər. Bu problemin özəyini aradan qaldırmaq üçün məktəblərin ehtiyaclarına dair ehtiyat fondu yaradılmalı, məktəb səviyyəsində bu cür xərcləri qarşılayan əlavə resurslar təmin edilməlidir”.

İctimai təbliğat və maarifləndirmə mexanizmlərinə diqqət çəkən təhsil eksperti hesab edir ki, cəmiyyət ödənişli tədbirləri “adi hal” kimi qəbul etdikcə, direktorlar öz davranışlarını dəyişməyəcək:
“Valideynlərin və şagirdlərin hüquqi maarifləndirilməsi gücləndirilməli, onların ödəniş etməmə hüququ, təzyiqə qarşı mübarizə vasitələri, şikayət mexanizmləri sadə və açıq şəkildə təqdim olunmalıdır. Təhsil Nazirliyi bu istiqamətdə konkret hüquqi qaydaları videoçarx, broşura və sosial media vasitəsilə sistemli şəkildə yaymalıdır. Əgər bu tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilməzsə, biz hər il bir direktorun “günah keçisi” olaraq işdən azad edildiyini görəcək, lakin onlarla digər direktorun eyni praktikanı davam etdirdiyinə şahid olacağıq. Bizə tək-tək direktorları yox, direktorluq institutunu təmizləyəcək yeni idarəçilik modeli lazımdır: şəffaf, hesabatlı, ictimaiyyətə açıq, etik və qanuni çərçivələrlə idarə olunan. Əks halda məktəb idarəetməsi bir cəmiyyətin tərbiyə məkanı yox, güc və nəzarət aparatına çevriləcək. Bu isə nə pedaqogikadır, nə də maarifçilik. Bu, sadəcə sistemli idarəçilik böhranının nəticəsidir və onu yalnız radikal struktur islahatı ilə aradan qaldırmaq mümkündür”.

Təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, nazirlik “Son zəng" tədbirinə ciddi nəzarət etməli və məktəblərə təlimat göndərməlidir ki, tədbir zamanı şagirdlər məktəbli formasında olsunlar, musiqi yalnız milli musiqilərdən seçilməlidir, rəqslər milli musiqilərə uyğun olmalıdır:

“Çünki təkcə 207 nömrəli məktəbdə deyil, bütün məktəblərdə problem var. "Son zəng" günü istənilən şəhər məktəbinə yaxınlaşıb görmək olar ki, dekorasiya 1000 manatdan yuxarıdır. Hardandır? Təbii ki, pul uşaqlardan yığılıb. Xüsusi geyimlərin, bəzən yarıçılpaq geyimlərin olması, yaşa uyğun olmayan makiyajlardan istifadə edilməsi, müəllimlərə, direktorlara xüsusi hədiyyələrin alınması daha nələr, nələr. Bir çox hallarda təşəbbüsü valideynlər və məktəb rəhbərləri qaldırır. Nəticədə bu biabırçılıqlar yaşanır. "Son zəng" “soyğunçu” bir günə çevrilir. Məsələn, bilirəm ki, elə adamlar var ki, "Son zəng" tədbirinə uşağı üçün xərclədiyi vəsaitin bir neçə ay borcunu vermək məcburiyyətində qalır. 207 nömrəli məktəbin direktorunun işdən azad olması nəyi həll etdi? Heç nəyi həll etmədi. Bilərəkdən bu şərait yaradılır və bilərəkdən məktəblər, müəllimlər qınaq obyektinə çevrilir. Bu qədər çətindir ki, 10 cümləlik təlimat göndərəsən məktəblərə ki, "Son zəng" başlayandan bitənə qədər tədbir bu formada olacaq? Bununla da, bütün problem həll olunacaq. Məsələ odur ki, problemi həll etmək istəmirlər. Nəticədə cəmiyyətdə bu kimi neqativ hallar ortaya çıxır. Məktəb və müəllim mənfi mənada müzakirə olunur və nüfuz aşağı düşür. Cəmiyyətdə ciddi mənəvi boşluqlar yaranır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru