“Nəqşicahan MED” rəhbərliyi ƏNDİŞƏ İÇİNDƏ... - NƏ BAŞ VERİR?
Tarix: 17-12-2022, 08:41 | Çap et
Dünən səhər tezdən Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırovun DTX-ya aparılması xəbərindən sonra “Nəqşicahan med” və “Nəqşicahan” firmalarının satınalma bölmələrinin müdürləri bir-birlərinə dəyiblər.
DİA.AZ bildirir ki, Ovqat.com-un “Nəqşicahan”dakı etibarlı mənbədən aldığı məlumata görə, adı çəkilən firmalarda bu narahatlığın yaranması səbəbsiz deyil:
“Nəqşicahana aid olan bu 2 şirkətin əsas işi Zəbur Bağırovdan və Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovdan keçir. Çünki Naxçıvanda dərman monopolyasına nəzarət “Nəqşicahan MED”in əlindədir. Muxtar Respublikada bütün nə qədər əczaxana varsa hamısı dərmanı məcburən onların təyin etdiyi qiymətdən almalı və onların təyin etdiyi qiymətdən də satmalıdır. Deməli, bu şirkətlərin alış-satış sistemində yoxlamalar başlasa, məlum olacaq ki, 2019-cu ildən bu yana heç bir gömrük rəsmiləşməsi olmadan və rüsum ödəmədən külli miqdarda (ildə milyonlarla manatdan söhbət gedir) istədikləri qədər dərmanı xarici ölkələrdən gətirib sataraq Naxçıvanda özləri üçün imperiya qurublar. İndi isə firma yetkililərinin hamısının canına vəlvələ düşüb ki, ay aman, birdən Zəbur bunlar haqqında nəsə pıçıldayar.
Nə təsadüfdürsə, Naxçıvanda nə qədər səhiyyə ocağı varsa bütün hamısının təchizatlarının alınmasında keçirilən tenderləri “Nəqşicahan satınalma” qazanır. Firma isə öz növbəsində 2019-cu ildən bu yana xaricdən ölkəyə gətirilən avadanlıqlara görə heç bir gömrük rüsumu ödəməyib (Söhbət ciddi məbləğlərdən gedir). “Nəqşicahan satınalma”nın fəaliyyətində ciddi vergi pozuntularına da rast gəlmək olar.
Bu vergi-gömrük qaçaqçılığı proseslərinin aparıcı şəxsləri holdinqin rəhbəri Rıfat Mahmudov ( Sədərək gömrüyündə məhşurlaşan Nicat Mahmudovun qardaşı), holdinqin baş mühasibi Mirziyəddin, onun köməkçisi Qafar, “Nəqşicahan MED”in müdiri Ayaz, onun mühasibi Zeynalabdin və Nəqşicahan satınalmanın müdiri Nazimdir. Onlar vergi və gömrük qaçaqçılığında, həmçinin Naxçıvanda dərman inhirsarçılığının qurulmasında birbaşa məsuliyyət daşıyır”, - qaynağımız bildirir.
Mənbəmizin sözlərinə görə, Naxçıvanda DTX əməliyyatlara başlayandan sonra bir çox sahələrdə ciddi dəyişikliklər nəzərə çarpsa da, dərman inhisarçılığına toxunulmayıb: “Nəqşicahan” holding rəhbərliyi hələ də öz saxtakar ampluasındadır. Hələ də müxtəlif yollarla Naxçıvana başqalarının xaricdən dərman pereparatları gətirmələrinin qarşısı alınır. Hələ də Naxçıvanda dərmanların qiyməti Azərbaycanın digər rayonlarından 2-3 dəfə fərqlənir. Üstəlik, dərmanlar da keyfiyyətli deyil”.
İddialara görə, Naxçıvanın dərman monopolistləri öz işçilərini də rəsmi qeydiyyata almayıblar: “Düzdür, yoxlamalar başlayandan tələm-tələsik holdinqdəki bütün işçilərin 40 faizini rəsmiləşdirib və onlara Naxçıvanbank kartı paylayıbla. Geri qalan 60 faizi isə əvvəlki qaydada sənətsiz-sübutsuz işlədirlər. Və işçilər haqlı olaraq bu vəziyyətdən narazıdırlar. Ama işdən qovulma təhlükəsini gözə alaraq ya “səbr deyib” həyatlarına davam edir və bu zülmün bir gün bitəcəyinə inanırlar. “Nəqşicahan”ın bütün işçiləri səbrsizliklə DTX-nın onların da qapısını döyəcəyi günü gözləyirlər”.
Qeyd edək ki, yazıda adı keçən “Nəqşicahan MED” MMC “Nəqşicahan” Holdinq Şirkətlər qrupuna daxildir. MMC təkcə Naxçıvanın dərman inhisarçılığına baxmır. O, bu ildən başlayaraq Muxtar Respublikanın bəzi səhiyyə ocaqlarını da alıb öz təsərrüfatına qatmağa çalışır. Muxtar Respublikada DTX əməliyyatları başlamamışdan əvvəl Naxçıvan Diaqnostika Mərkəzinin gizli tenderlə “Nəqşicahan MED”-yə satıldığı ilə bağlı iddialar yayılmışdır. Bildirilirdi ki, sentyabr ayında tibb müəssisəsinin təhvil-təslim işləri gizli şəkildə başa çatdırılmış və SOCAR tərəfindən on milyonlarla manata tikilən Diaqnostika mərkəzi cəmi 100 min manata “Nəqşicahan MED”-ın balansına keçmişdi. Naxçıvan Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması prosesi 2018-ci ildə başlayıb, bu ilin sentyabr ayında tamamlanıb. Vasif Talıbovun 24 may 2018-ci il tarixli sərəncamı ilə sözügedən tibb mərkəzinin Nəqşicahan MED-ə ötürülməsi üçün hüquqi baza yaradılması məqsədilə qəbul olunduğu bildirilir.
Qeyd edək ki, Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır.
Diaqnostika Mərkəzini alan “Nəqşicahan MED” MMC yerli hakim ailə Talıbovların nəzarətindədir. Maraqlıdır ki, Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması 2018-ci ildən başlasa da, bu proses 4 ildən sonra 2022-ci ilin sentyabrında tamamlanıb. Özü də tələm-tələsik. Təxminlərə görə, Diaqnostika Mərkəzinin özəlləşdirilməsinin bu qədər yubanması, rəsmiləşdirmənin qarşısında dayanan əngəllərlə bağlı olub. Görünür, dövlət maliyyəsi hesabına başa gələn mərkəzin mənimsənilməsinin hüquqi bazası tam hazır deyilmiş və bir neçə aydan sonra Naxçıvanda əməliyyatların keçiriləcəyindən duyuq düşən Talıbovlar onun necə gəldi özəlləşdirilməsinə qərar veriblər. Sözsüz ki, bu tələskənlik Diaqnostika Mərkəzinin maliyyə maxinasiyalarını dövlətin nəzarətindən çıxarmağa və özəl təşəbbüskarların daxili işinə çevirməyə hesablanmış ola bilər.
MR Diaqnostika Mərkəzinin yeni sahibi Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən “0200728171 “NƏXŞİCAHAN MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” adıyla AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18 ünvanında rəsmi qeydiyyata alınıb. Şirkətin maliyyə hesabatlarına bu zamana qədər Azərbaycan Vergilər Nazirliyinin nəzarət etmək imkanlarının olmadığı bildirilir. Çünki Naxçıvan hakimiyyəti özünün muxtar hüquqlarından istifadə edib iqtisadi fəaliyyətinə girişi Bakının üzünə bağlayıb. Ümidvarıq ki, DTX-nın Naxçıvan Muxtar Respublikasında başlatdığı əməliyyatlar bu qıfılları qırıb və yəqin ki, yaxın günlərdə “qaramaskalılar”ın “Nəqşicahan”a təşrif buyuracağı xəbərlərini alacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30 |
|
|
|
• Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22 |
|
|
|
• İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14 |
|
|
|
• Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09 |
|
|
|
• Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06 |
|
|
|
• Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02 |
|
|
|
• Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50 |
|
|
|
• “Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42 |
|
|
|
• Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36 |
|
|
|
• Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33 |
|
|
|
• Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30 |
|
|
|
• Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26 |
|
|
|
• Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24 |
|
|
|
• Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23 |
|
|
|
• Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20 |
|
|
|
• Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18 |
|
|
|
• AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06 |
|
|
|
• Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00 |
|
|
|
• Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55 |
|
|
|
• AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50 |
|
|
|
• Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45 |
|
|
|
• Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32 |
|
|
|
• Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27 |
|
|
|
• “TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24 |
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
• Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14 |
|
|
|
• Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10 |
|
|
|
• Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49 |
|
|
|
• AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45 |
|
|
|
|