`Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                 

Texniki Universitetdə Vilayət Vəliyevin “regional təmizləmə” əməliyyatı - İLGİNC FAKTLAR
Tarix: 11-03-2022, 08:43 | Çap et
Texniki Universitetdə Vilayət Vəliyevin “regional təmizləmə” əməliyyatı
DİA.AZ: - "Keçən yazılarımızın birində, məqalənin sonunda yazmışdıq ki, “Hər şeyi demişik, daha nə qalır?”. Hər dəfə biz, müəllimlər Azərbaycan Texniki Universitetində (AzTU) son illərdə rektor Vilayət Vəliyevin “fəaliyyəti” nəticəsində yaranmış acınacaqlı vəziyyət haqqında ictimaiyyətə məlumat verəndə və rəhbər şəxslərə və təşkilatlara müraciət edəndə elə fikirləşirik ki, bu bizim son yazımızdır və rektor V.Vəliyev universitetin dağıdılması istiqamətində daha nə edə bilər ki, yenə də yazaq? Ancaq, rektor V.Vəliyev necə deyərlər, bizi (elə oxucuları da) darıxmağa qoymur və öz “yaradıcı” təxəyyülünü dağıdıcılıq istiqamətində tətbiq etməkdə davam edir. Bu dəfə də təəssüf ki, yenə belə oldu". Bu barədə DİA.AZ-a Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra bildirir: "İndi AzTU-nun əməkdaşları, elə eşitdiyimizə görə V.Vəliyevin öz adamları da, hər səhər işə başlayanda əvvəlcə bu saytı açıb, baxırlar ki, görsünlər, onun haqqında yenə yazı dərc olunubmu. Bu sayt indi AzTU əməkdaşları arasında ən populyar saytdır. Ancaq, nə faydası, deyirlər “dəyirman üyütdüyünü üyüdür, çaxçax da əbəs yerə öz başını ağrıdır”.

Bəli, nə qədər yazılsa da, deyilsə də, Vilayət Vəliyev öz işindədir, daim axtarışdadır və necə deyərlər, əlləri giyişir ki, görəsən daha nəyi dağıdım? Bu dəfə isə AzTU-nun mətbəəsi onun zavalına tuş gəldi, yaddan çıxıb qalmış bir mətbəə idi ki, o da yada düşdü. AzTU-nun mətbəəsi bizim yadımıza gələni, bəlkə 45-50 il idi ki, əvvəllər köhnə texnologiya ilə, son 15-20 ildə isə müasir, kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş. İndi AzTU-da bir mətbəənin yeni təyin edilmiş müdiri, qalıb, öz otağında oturur, bir də qapısında ingilis dilində də (???) “Mətbəə” yazılmış boş otaqlar qalıb. İki aydır ki, AzTU-da mətbəə də belə vilayətsayağı “reformaya” məruz qaldı. İndi yeni mətbəə müdiri niyə oturub və nə işlə məşğuldur, yəqin ki, bunu bir özü bilir, bir də Vilayət Vəliyev. Budur Vilayət Vəliyevin yenidənqurması. “Yenidənqurmaların” isə nə ilə nəticələndiyini bizim nəsil öz uzaq olmayan tarixindən yaxşı bilir.

“Mətbəə reforması” ilə əlaqədar kiçik bir məsələ haqqında da danışmaq maraqlı olardı. Neçə illər idi ki, Texniki Universitetin bütün tədris binalarında 1-ci mərtəbələrdə surət çıxaran cihazlar – kserokslar qoyulmuşdu və onları adətən kimsə işlədirdi. Tələbələr, bəzən elə müəllimlər də nəyinsə surətini çıxarmaq lazım gələndə oraya yaxınlaşırdılar və 5-10 qəpik verməklə, uzağa getmədən surət çıxartdırırdılar. Belə işlərə isə tələbələrin tez-tez ehtiyacı olur. Məsələn, müəllim tələbələrə tədrislə əlaqədar nə isə sxem, şəkil, tapşırıq mətni, laboratoriya işi mətni və s. verdikdə, onu əl ilə köçürməkdənsə, surətini çıxarıb, müəllimə qaytarmaq daha tez, dəqiq və rahat olur. 5-6 ay bundan əvvəl rektor göstəriş verdi ki, bütün kseroks aparatları yığışdırılsın. Bundan sonra kseroks yalnız bir yerdə, 2-ci tədris binasında, mətbəədə olacaq və o da onun nəzarəti altında olacaq, yəni gəliri ona məxsus olacaq. Biz burada işlədiyimiz 30-40 ildə çox rektorlar görmüşük, anacaq onların hamısı alicənab adamlar olublar, qəpik-quruşa bu qədər tamah salan rektoru isə birinci dəfədir ki, görürük. Həm də rektorun dediyi kseroks aparatı 5-6 aydır ki, olmayan mətbəədə hələ də yoxdur və olanda da bütün tələbələr bir-birindən kifayət

qədər uzaqda yerləşən binalardan düşüb, 2-ci binaya getməli və orada uzun növbəyə dayanmalı olacaqlar. İndi isə onlar bir vərəq kağızın surətini çıxarmaq üçün universitet ərazisindən küçəyə çıxmalı və prospektdə surətçıxaran axtarmalıdırlar. Əlbəttə, universitet üçün bu, kiçik bir məsələdir, ancaq, V.Vəliyevin nə simada insan olduğunu və onun “biz universitetdə sahibkarlıq mühiti yaratmalıyıq” dedikdə, nələri nəzərdə tutduğunu göstərmək üçün kifayətdir.

V.Vəliyevin “reformalarının” universitet üçün ən ağrılı və dağıdıcısı isə keçən il onun kafedraları ağına-bozuna baxmadan ləğv etməsi və birləşdirməsi oldu. Biz təhlil apararaq, V.Vəliyevin kafedraları hansı kriteriyalara əsaslanaraq ləğv etməsi və ya digər kafedralarla birləşdirməsi məntiqini başa düşməyə çalışdıq və çox qəribə bir nəticəyə gəldik. Aydın oldu ki, burada heç bir ağlasığan məntiq yoxdur. Daha doğrusu, inanmazsınız, məntiq və kriteriya kafedraların harada yerləşməsi və onların yerləşdiyi yerə V.Vəliyevin gözünün düşməsindən asılı olub. Yəni, kafedranın yerləşdiyi ərazi rektora onun müəyyən biznes məqsədləri üçün lazımdırsa, həmin kafedra ləğv olunacaq və ya başqa kafedra ilə birləşdirilərək, öz yerindən köçürüləcək. Normal adam üçün qəribə və məntiqsiz bir məntiqdir, deyilmi? Bunu konkret bir misal gətirməklə sübut edək.

AzTU-nun 72 il bundan əvvəl yarandığı gündən onun ən fundamental, əsaslı kafedralarından biri əvvəlcə "Metallar texnologiyası", sonralar isə "Materiallar texnologiyası" adı ilə fəaliyyət göstərən kafedra olmuşdur. Adından da göründüyü kimi, bu kafedra demək olar ki, AzTU-nun bütün ixtisaslarında dərs aparır və dərs yükü çatışmazlığı da hiss etmirdi. Kafedranın potensialını göstərmək üçün təkcə onu demək kifayətdir ki, bu kafedrada 3 elmlər doktoru, professor fəaliyyət göstərirdi, halbuki, elə kafedralar var ki, bir professoru da yoxdur. Kafedra müdiri, professor Arif Məmmədovun elə təkcə 40-dan artıq ixtira patenti olduğunu demək kifayətdir. Kafedranın digər bir professoru Azərbaycanın Əməkdar Elm xadimidir. Kafedra başqa bir kafedra ilə birləşdirildi və rektorun əmri ilə dosent Aqil Babayev kafedra müdiri təyin edildi. Kafedra öz ərazisindən digər kafedranın ərazisinə köçürüldü və "Materiallar texnologiyası" kafedrasının əvvəlki ərazisi və laboratoriyaları boşaldıldı, birləşmiş kafedrada isə müəllimlər və professorların oturduğu otaqlar sıxlaşdırıldı, laboratoriya avadanlıqları və cihazları anbardakı kimi bir birinin üstünə yığıldı. Əvvəllər "Materiallar texnologiyası" kafedrasının 30-35 əməkdaşının işlədiyi ərazidə isə indi cəmi 3 nəfər oturub, onların da nə işlə məşğul olduqları məlum deyil (bütün günü "milçək tuturlar"). Dillərdə əzbər olmuş məşhur "AzTU taksi xidməti" (???) də bu ərazidə yerləşdirilib. Həmin 3 nəfərdən biri "AzTU taksi xidmətini" "idarə edir". Yaxşı, bəs bunun səbəbi nə imiş? Səbəbi isə o imiş ki, həmin kafedra tədris binasının 1-ci mərtəbəsində yerləşirdi və mərtəbənin yarısını tutmuşdu. Vilayət Vəliyevin gələcək biznes planlarını ödəmək üçün birinci mərtəbədə yerləşən və küçəyə birbaşa çıxışı olan ərazilər çox böyük əhəmiyyət kəsb edirmiş. Çünki, indi yol kənarında yerləşən şəhər binalarının bir çoxunda olduğu kimi, belə otaqlardan küçəyə çıxış açaraq, müxtəlif ofislər, xidmətlər və s. yerləşdirmək olar. Həmin kafedranın başına da bədbəxtlik bu səbəbdən gəlib. Kafedra həmin tədris binası tikilən gündən 60 il idi ki, bu otaqlarda yerləşirdi. Rektor Vilayət Vəliyev tez-tez müxtəlif tədris binalarını gəzir, onların əsasən 1-ci mərtəbələrinin boşaldılması planlarını cızır. Yazıqlar o kafedra və şöbələrin halına ki, 1-ci mərtəbələrdə yerləşirlər.

İndi məsələnin digər tərəfinə baxaq. Niyə həmin kafedrada tam iş qabiliyyətli və yüksək səviyyəli 3 elmlər doktoru, professor ola-ola, birləşmiş kafedraya həmin professorlardan biri yox, onlara nisbətən çox da cavan olmayan bir dosent müdir təyin edildi? Bunun da səbəbi göz qabağındadır. Müdir təyin edilən dosent Aqil Babayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşıdır.

Bu gün Azərbaycanda hər kəs, o cümlədən, siyasətdən uzaq adamlar da etnik təmizləmənin nə olduğunu və bugünkü dünya durumunda bunun ən böyük cinayətlərdən biri hesab edildiyini yaxşı bilir. Çünki, son yüz ildə Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bizim əzəli torpaqlarımız bu cinayətə məruz qalıb. Etnik təmizləmə – etnik, milli əlamətə görə insanların

müəyyən ərazilərdən kənarlaşdırılması, köçürülməsi və məhv edilməsidir. Soruşa bilərsiniz ki, bunun Texniki Universitetə nə dəxli var? Bəs insanların öz regional mənşəyinə görə, müəyyən regiona məxsus olub-olmaması əlamətinə görə təmizlənməsinə nə ad vermək olar? “Regionçuluq təmizlənməsi”, yoxsa buna daha uyğun ad tapmaq olar? Rektor Vilayət Vəliyev Texniki Universitetə gələn gündən məhz belə bir təmizləməni özü üçün əsas hədəf seçib (öz təşəbbüsü ilə, ya onun məxsus olduğu regional klanın tapşırığı ilə, bilmirik, bunun elə bir fərqi də yoxdur) və bu yolda öz fəaliyyətini gündən günə sərtləşdirməkdə və qəddarlaşdırmaqdadır. Biz əvvəlki yazılarımızda Vilayət Vəliyevin təsir göstərmə imkanına görə Azərbaycanın 2-ci sayıla bilən regional klanının nümayəndəsi olması haqqında ətraflı məlumat vermişdik. “Rektorumuzun” bütün əndazələri aşmış “struktur dəyişiklikləri” haqqında və bu dəyişikliklərin ağlasığmaz forma və həddə çatdırılaraq, artıq 4-cü, 5-ci dövrə üzrə keçirilməsini yazmışdıq. Nəticədə universitetin idarəetmə strukturu, müxtəlif şöbələr, sektorlar, tədris-köməkçi heyəti həddən artıq şişirdilərək, əcaib forma almış və nəhəng ölçülərə çatmışdır. İndi universitetdə bu strukturlarda işləyənlərin sayı bəlkə pedaqoji heyətin sayından da çox olmuşdur. Məlumdur ki, bunların hamısına aylıq məvacib verilməlidir. V.Vəliyev də yeni təsis etdiyi strukturlara qəbul etdiyi saysız-hesabsız öz regionundan olan adamlara çox yüksək maaşlar təyin edir. Hər hansı şöbədə işləyən heç bir elmi dərəcəsi olmayan sıravi işçiyə 1000 manat maaş verir, halbuki elmlər doktoru, professorun maaşı 1200 manatdır. Eyni səviyyəli vəzifədə işləyən köhnə işçilər isə əvvəlki kimi 350-400 manat maaş alırlar. Artıq hamıya məlumdur ki, rektorun qaynının qızı, hüquq sektorunun müdiri, bakalavr təhsili almış Pərvanə Allahverdiyeva isə prorektorlar səviyyəsində, yəni 2500 manat maaş alır. Bunlar Azərbaycan Respublikasının Hesablama Palatasına məlumdurmu? Məlum deyilsə, gəlib yoxlama aparsınlar və görsünlər. V.Vəliyev bu yaxınlarda iclasların birində deyib ki, özünümaliyyələşdirmə sistemi ilə işləyən universitetdə işçilərə maaş vermək üçün vəsait çatmır, universitet büdcəsinin 90%-dən çoxu maaş verməyə sərf olunur və artıq vəsait qalmır, işçilərin ixtisarını aparmaq lazımdır. Yeri gəlmişkən qeyd edək ki, Texniki Universitetə gəldiyi bu iki il yarımda o, universitetin hərhansı bir kafedrasının laboratoriyası üçün bir çöp də almayıb. “İqtisad elmləri doktoru” (???) olan V.Vəliyev başa düşmürdümü ki, yeni, mənasız strukturlar yaradanda və ora öz qohum-qardaşını, öz regionundan olanları, yetim-yesiri qəbul edəndə və onlara yüksək maaş təyin edəndə universitetin büdcəsi buna davam gətirməyəcək? Əlbəttə başa düşürdü, bunun üçün nə iqtisadçı olmaq lazımdır, nə də “elmlər doktoru”. O, əlbəttə nəzərdə tuturdu ki, ixtisar apardıqda universitetin köhnə işçiləri, onun regionundan olmayanlar ixtisar olunmalıdırlar. İndi V.Vəliyev tez-tez universitetin kafedralarını gəzir, qəflətən daxil olaraq, orada tədris-köməkçi heyət işçilərinə, laborantlara, kafedra işçilərinə, əsasən qadınlara deyir, “niyə oturmusunuz, nə işlə məşğulsuz, ərizənizi yazın, gedin buradan”. Əlbəttə ki, heç kim ona cavab vermir və ərizə də yazmırlar. Yaxşı bilirlər ki, bu yolla onlara ərizə yazdıra bilməyəcək. Rektor, əsasən qadınların üstünə düşür və soruşur, “neçə ildir burada işləyirsiniz, niyə bu vaxta qədər dissertasiya müdafiə etməmisiz? Burada niyə işləyirsiniz?”. Qəribə sualdır, deyilmi? Adam nə üçün işləyər (hələ bu sualı belə demək mümkünsə, “iqtisadçı alim” verir)? Yəni rektor başa düşmür ki, bu qadınlar burada 350-400 manat maaş üçün işləyirlər ki, bu vəsait ailə büdcələrinə kömək olsun? Həm də bu sualı, yuxarıda qeyd etdiyimiz kimi, universitetdə bir neçə adamın kseroksda surət çıxarmaq üçün qazandıqları qəpik-quruşa tamah salan rektor, elmlər doktoru, professor, əməkdar elm xadimi, nə bilək, daha nə...nə... deyir?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru