Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                 

Yardımlı rabitə sistemində OYUNBAZLIQ... - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur?
Tarix: 29-07-2021, 09:09 | Çap et
Yardımlı rabitə sistemində OYUNBAZLIQ...
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin xüsusi göstərişilə “Aztelekom” MMC-nin Yardımlı filialında aparılan yoxlamalar yekunlaşıb. İllərdir ki, qovşaqda baş verən özbaşınalıqlar və irimiqyaslı talama halları, eləcə də mənimsəmə və israfetmə, qovşaq rəisi olmuş Fərail Ağayevin işlərin təşkilindəki ağlasığmaz nöqsanları bir daha öz rəsmi təsdiqini tapıb.

"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, “Aztelekom” MMC-nin Yardımlı filialında yoxlama aparan işçi heyəti qovşaqdakı çatışmazlıqlar barədə şəxsən nazir cənab Rəşad Nəbiyevə məruzələr ediblər. Xüsusilə də, yoxlamada rabitəçi kimi qeydlər aparan və yekunda rəy bildirən Nəriman Salmanov (Hazırda Sumqayıt TKQ-nın rəisi-red) ucqar rayonda rabitəsizliyə yol açan səbəblər, eləcə də Yardımlı TKQ-dakı kadr çatışmazlıqlar barədə nazirliyə məlumatlar verib.

Əldə etdiyimiz məlumata görə, nazirin yekun qərarından sonra Yardımlı TKQ-dakı yoxlamalar üzrə toplanmış sənədlərin hüquqi qiymət verilməsi, idarənin yarıtmaz rəhbərliyinə cinayət işi açılması və cəzalandırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi istisna deyil. Mənbənin sözlərinə görə, Rabitə sahəsində aparılan islahatlar fonunda Yardımlı rayon TKQ-da qeydə alınan nöqsanlar dövlətin uğurlu siyasətinə kölgə salmaqla bərabər, eyni zamanda dövlət əmlakına qarşı küllü miqdarda zərərlə müşahidə edilir.

"Demokratik.Az" olaraq qürurla xatırladırıq ki, yoxlamadan öncə sözügedən ünvanda konkret faktlar üzrə sadalanan nöqsanların aradan qaldırılması məqsədilə tənqidi məqalələrlə çıxış etmişik, eləcə də nazir cənab Rəşad Nəbiyevdən yoxlama aparılmasını xahiş etmişik. Müstəqil media olaraq səsimizə dərhal səs verən cənab nazirə minnətdarlığımızı bildiririk, lakin, “Aztelekom “MMC-nin Yardımlı filialının qaranlıqdan aydınlıığa çıxmasını istəyən əməkdaşı Aydın Abdullayevin də vətəndaşlıq mövqeyini, müsbət rolunu unutmaq olmaz. Çünki, “Aztelekom” MMC-nin Yardımlı Filialında Əməyin Mühafizəsi və TT mühəndisi Abdullayev Aydın Piriş oğlu keçmiş rəis Fərail Ağayevin rəis işlədiyi dövrdə idarənin mal-materialını istədiyi kimi satışa qoymasını, xidmət idarəsi olaraq abunəçilərə xidmətin gündən-günə keyfiyyətinin aşağı düşməsini, idarə rəhbərliyi ilə işçi heyətin arasında münasibətlərin pisləşməsini və digər mühüm amillərin ifşasını reallaşdıran vicdanlı və məsuliyyətli bir rabitəçidir.

Təəssüf hissilə bildiririk ki, Aztelekom MMC-nin başbilənləri "sağol" əvəzinə, hazırda hər vəchlə Aydın Abdullayevin işdən çıxarılmasına çalışırlar. Təmənnasız "ədalət carçısı"na qarşı çirkin niyyətlərin arxasında isə xüsusilə "MTN olayları" zamanı ad çıxarmış Nəriman Salmanov və onun yaxını, Yardımlı TKQ-ya yeni təyin olunmuş içraçı rəhbər Xəzər Nuriyev dayanır. Aydın Abdullayev ya işdənçıxma ərizəsi yazacağı, ya da ləkələnərək işdən qovulacağı ilə hədələnir. Öz işlədiyi təşkilatı dağılmaqdan, talanmaqdan qorumağa çalışan və bunlar barədə səhih məlumatlar verən bir işçinin hədəfə alınmasının heç bir məntiqli açıqlaması yoxdur.

Özünün bildirdiyinə görə, ona qarşı təyziqlər 23 iyul 2021-ci il tarixdən başlayıb. Belə ki, “Aztelekom” MMC-nin Yardımlı Filialına rəhbər gətirilən Xəzər Nuriyev həmin gün Aydın Abdullayevlə qışqır-bağırla danışıb, ondan işdən çıxmasını tələb edib, nəticədə sonuncunun qan təzyiqi yüksəlib, 24.07.2021-ci il tarixdə evinə təcili yardım çağrılıb. Özünün saytımıza bildirdiyinə görə, hətta bugünlərdə infarkt səviyyəsinə gəlib. Baş verənlər barədə Yardımlı Rayon Prokurorluğuna 26 .07.2021-ci il tarixdə şikayət də edib. Ardınca isə, növbəti iş günlərində işinə belə buraxılmayıb.

Baş verənlərdən yalnız bunu şərh etmək olar ki, Yardımlı TKQ-da sular durulmur. Və görünür birbaşa nazirin etibar etdiyi Nəriman Salmanov öz yaxını Xəzər Nuriyevi dağılıb şikəst olmuş, az qala ləğv edilib Masallıya birləşmək təhlükəsi olan bir rabitə qovşağına rəis qoydurmaqla şəffaflığa deyil, sabiqlər kimi talançılığa və maxinasiyalara qulluq etmək istəyirlər?! Yoxsa, bu yenilikçilər, bu islahatçılar nədən narahat olub Aydın Abdullayev kimi ayıq-sayıq işçini qovmağa çalışsınlar ki?! Əgər, X.Nuriyev və havadarları Yardımlı TKQ-dakı iqtisadi geriləmələri və yerli əhalinin rabitə problemlərini aradan qaldırmaq istəyirlərsə bunu hər kəsin gözü qarşısında və şəffaf üsullarla etməlidirlər. Aydın Abdullayev kimi şəxslərin qovulmasında maraqlı olmaq yalnız Fərail Ağayev kimi əməllərin gələcəkdə gizlədilməsi ola bilər. Faydalı məlumatlar verdiyinə görə A.Abdullayev əslində "Aztelekom" rəhbərliyi tərəfindən mükafatlandırılmaq əvəzinə, qovulmaqla hədələnməsi bəlkə də Nəriman Salmanovun zamanında Çovdarovçu-MTN-çilərdən öyrəndiyi metodologiyadır!

Əlavə məlumat üçün bildirək ki, "Aztelekom" MMC-də bir tüstü çıxanda digər rayonlara da nədənsə Nəriman Salmanov göndərilir və o özünü həm də çalışdığı sahə üzrə nazirliyin ştatdankənar "otdelkadr"ı kimi aparır. İmranovun özü barədə ictimaiyyətdə yaratdığı mənfi reputasiyalı zəngin rəy, oliqarx həyat tərzi isə heç bir halda Yardımlı TKQ-ya da şəffaflıq ovqatı bəxş eləmir.

Aydın Abdullayevin "Demokratik.Az"-a göndərdiyi videomüraciətdən də görünür ki, məsələ xeyli ciddidir.
İnanırıq ki, nöqsanlarla mücadilə edən hörmətli rabitə naziri cənab Rəşad Nəbiyev "sağol" yerinə, "Aztelekom" MMC tərəfindən hansısa vicdanlı rabitəçinin işdən qovulmasına imkan verməyəcək. Azından, bütün ölkənin rabitə sahəsinə qənim kəsilmiş "hörümçək toru" şəbəkəsi Yardımlıda təmizlənəcək...
(mövzu diqqətimizdədir)

Demokratik.Az












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru