"Bu gün sabiq Naxçıvan xanı Vasif Talıbovun "qulağı kəsilərək" vəzifədən uzaqlaşdırılmasının 2 ili tamam olur..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Fərəməz Novruzoğlu qeyd edib.
"Əfsuslar olsun ki, xan və yaxın çevrəsi indiyə qədər haqq etdikləri cəzanı almayıblar" deyə etiraz edən, əslən Naxçıvandan olan jurnalist daha sonra əlavə edib:
"Bu quldur dəstəsinin üzvləri vəzifələrdən azad edilsələr də, barələrində başqa cəza tədbirlərinin alınmaması 27 illik Talıbov istibdadının cinayət əməllərinə adekvat cavab deyil.
Halbuki iqtidar sahibləri çox gözəl bilir ki, Talıbov rejimi 27 il ərzində Naxçıvana necə zülm edib, milyardlarla vəsaiti necə mənimsəyib..."