"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." .....                     BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... .....                     Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... .....                     Ceyhun Bayramov Serbiyaya səfər edib .....                     `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... .....                     Makronun BATIRDIĞI FRANSA... .....                     İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… .....                     "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" .....                     Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı .....                     "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                 

Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları - onların həbsi mümkündürmü...
Tarix: 18-02-2021, 09:05 | Çap et
Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.

Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov, keçmiş baş prokuror Zakir Qaralovun adı ön sırada çəkilir. Məsələ burasındadır ki, iri neft gəlirlərinin axını başlanan 2000-ci illərdə Azərbaycanda avtomobil yollarının tikintisi və yenidənqurulmasına külli miqdarda vəsait sərf olunub. Yol layihələrinin böyük bir hissəsi dövlət büdcəsi, qalanı isə dövlət zəmanəti ilə alınan xarici kreditlər hesabına icra olunub. Bir neçə gün əvvəl italyan dizaynerin “Gənclik” metro stansiyası ətrafında inşa edilən yeraltı tunelin tikintisinə sərf olunan vəsaitlə bağlı açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb oldu. “Italian Design” holdinqin rəhbəri Franco Rizzat həmin tunelin tikintisinə 512 milyon dollar xərcləndiyini qeyd edib. Maraqlıdır ki, cəmiyyətin indiki təəccübünün özü iqtisadçı-ekspertlərə təəccüblü gəldi: onlar həmin tunelin tikintisinə həddindən çox vəsaitin xərcləndiyini elə tikinti gedən illərdə açıqladıqlarını bildirirlər. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2011-ci ildə indi böyük təəccüb yaradan “Gənclik” tunelinə həmin dövrə qədər 407 milyon dollar (305 milyon manat) xərclənməsinə dair məlumatı paylaşmışdı: “Sonrakı bir ildə tikinti davam etdi və əlavə 100 milyon manat da xərcləndi. Həmin illərdə biz büdcədən tikinti layihələrinə yüz milyonlarla vəsaitin ayrılmasına dair məlumatları dəfələrlə ictimaiyyətə açıqlamışıq, lakin heç kimdə indiki təəccüb yaranmadı”.

İqtisadçı-alim Qubad İbadoğlu isə Z.Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: “Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? “Azpolitikainfo” bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: “Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da “şərikliyi” var.

İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır!

Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” - Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin"?

Qeyd edək ki, “Gənclik”dəki tunel Məmmədov-Qaralov “əməkdaşlığının” ilk məhsulu deyil. Belə ki, bu cütlüyün birgə fəaliyyəti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində də qeydə alınıb. Özü də “Gənclik”dəki tuneldən fərqli olaraq bu layihə faktiki olaraq batırılmış sayılır. Belə ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi hesab olunan bu yolun yenidənqurulmasına 2006-cı ildən başlanıb, 2008-ci ildə istifadəyə verilib. Yolun xeyli hissəsi beton örtüklə üzlənmişdi - iritonnajlı avtomobillərlə yükdaşımaların həcminin artması pesrpsektivi nəzərə alınmışdı. Yolun beton örtüklü hissəsini bütünlüklə “Akkord” şirkəti inşa etmişdi. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər vəsait xərcləndi. Üstündən 10 il keçməmiş yol elə vəziyyətə düşdü ki, dövlət onu yenidən çəkmək qərarına gəldi!

Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb. Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb.

Göründüyü kimi, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu halda, batırılmış, yaxud şişirdilmiş layihələrin yenidən araşdırılması, hər iki sabiq məmurun həbsə alınması mümkündürmü? Hüquqşünas-ekspertlərin qənaətincə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol layihələrindəki mənimsəmə faktlarına görə həbsinə asanlıqla əsas tapmaq olar: “Yalnız Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində deyil, Bakı-Gürcüstan dövlət sərhədi yolunun tikintisində də böyük mənimsəmələr, şişirtmələrə yol verilib. Təsəvvür edin, iş o yerə çatmışdı ki, yol layihələri texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmadan icra olunurdu. Nəticədə başlanğıcda 10 milyona başa gələcəyi elan olunan tikintiyə sonunda 100-150 milyon manat xərclənirdi. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolu yükdaşımaların həcminə görə Rusiya sərhədi yolundan daha intensivdir. Bu yolu Ziya Məmmədovun dövründə ikicərgəli tikdilər, özü də külli miqdarda dövlət və kredit vəsaitləri hesabına. İndi başlayıblar onun 4 və 6 cərgəyə genişləndirilməsinə. Halbuki bu yolla hərəkət intensivliyinin sürətlə artması perspektivi nəzərə alınmaqla, ilk mərhələdəncə 4-6 cərgəli çəkilməsi lazım idi.

O zamanlar həyata keçirilmiş istənilən yol layihəsi üzrə araşdırmalar aparılsa, Ziya Məmmədovun həbsi üçün kifayət qədər əsaslar tapmaq olar. Hesablama Palatasının bir yoxlaması kifayətdir yüz milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlanması üçün. Lakin bunun üçün yüksək səviyyədə qərar verilməlidir. Düşünürəm ki, Səlim Müslümovla bağlı belə qərar oldu deyə cəmiyyətdə digər məmurlara yanaşmada da eyni münasibətin sərgilənməsi gözləntiləri yaranıb. Amma burada qərarın yüksək səviyyədən verilməsi lazımdır".

Keçmiş baş prokuror Zakir Qaralovun yol tikintisi layihələrinə görə həbs ehtimalını ekspert yüksək qiymətləndirmir: “Yol layihələrinin icrasında iştirak edən ”Akkord" şirkətinin Zakir Qaralova bağlılığına dair məlumatlar mətbuatda çox yazılıb. Amma bunu hüquqi cəhətdən sübut etmək çox çətin, indiki halda mümkünsüzdür. Əvvəla, Zakir Qaralovun o şirkətə birbaşa bağlılığını təsdiqləyən rəsmi sənədlər heç vaxt mövcud olmayıb - baş prokuror vəzifəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Digər tərəfdən, yenə də mətbuatda yayılan məlumatlara görə, şirkət artıq Zakir Qaralova bağlı deyil. Eyni zamanda Z.Qaralovu vəzifədə olarkən yol tikintilərindəki korrupsiyalara görə fəaliyyətsizlikdə də ittiham etmək çətindir. Bunun üçün Baş Prokurorluğa müvafiq qurumlardan - Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası tərəfindən rəsmi müraciətlərin olması, Baş Prokurorluğun isə onları araşdırmaması faktları olmalıdır. Düşünmürəm ki, həmin qurumlardan belə müraciətlər olub və nəticəsiz qalıb. Belə götürdükdə, Zakir Qaralovu rəhbəri olduğu qurumun özündə mövcud olmuş korrupsiyaya görə də həbs etmək mümkündür. Sadəcə, qeyd etdiyim kimi, bununla bağlı qərar olmalıdır"...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35
BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31
Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19
Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17
`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15
İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11
"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17
"Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru