İşsiz qalan Abutalıbovun məşhur obyektləri - bazar, restoranlar və...
Tarix: 23-10-2019, 09:04 | Çap et
Bəzi yerli saytlar Hacıbala Abutalıbovun 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olduğunu iddia edib. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunub ki, Abutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib.
“Yeni Müsavat” bildirir ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş mərhum akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi: “Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi, bu, hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub...”(qaynarinfo.az)
1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olub. Onun karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib. 2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinatı alıb. 2018-ci ildən isə baş nazirin müavini idi.
AMEA-nın Fizika İnstitutu baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun institutda vəzifəsinin olduğunu təsdiq etməyib. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli virtualaz.org-a deyib ki, Abutalıbov həqiqətən “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri vəzifəsini tuturdu. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri təyin olunandan sonra həmin vəzifədən çıxıb və üstəlik laboratoriya da bağlanıb. “O vaxtdan bəri bizdə belə laboratoriya yoxdur, Hacıbala Abutalıbov da Fizika İnstitutunda hansısa vəzifə tutmur”,- deyə M.Əhmədli bildirib.
Mediada bu günlərdə yayılan iddiaya görə, “Yaşıl bazar” Hacıbala Abutalıbova məxsusdur.
Bazarın idarəçiliyini isə oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.
Unikal.org-a daxil olan məlumata görə, Abutalıbov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib. “Qış parkı”nda yerləşən “Zambaq”, “İnnab” və “Palıd” kafelərinin də sahibidir.
Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə “Ovçular” evinin yerində salınmış parkda “Özsüt” və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Sütiş” restoranlarının olduğu iddia olunur. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
• Koronaya yoluxduğu deyilən Paşinyan Aİ sammitinə qatılacaq... - BƏHANƏ İMİŞ...
Bu gün, 12:01 |
|
|
|
• Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Cahangir Hacıyevin səhhəti pisləşib - vəkilindən AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar - “Regnum”
Bu gün, 11:41 |
|
|
|
• Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir
Bu gün, 11:32 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azintelekom”la “alveri” baş tutmadı
Bu gün, 11:30 |
|
|
|
• "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..." - İTTİHAM VAR...
Bu gün, 11:26 |
|
|
|
• Ankara ilə İrəvan arasında dialoq... - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? – Mühüm plan işə düşür
Bu gün, 11:09 |
|
|
|
|