Qəzaya uğrayan təyyarənin ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.
O bildirib ki, hazırda bu məsələ dərindən araşdırılır və qəzanın səbəbləri müəyyənləşdiriləcək.
***
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
"Report" xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi:
“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.
S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib: “Sağ qalan şəxslərin ölkəyə gətirməsi günü ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb. Qara qutunun oxunçası isə bağlı qanunvericiliyə uyğun proseslə hərəkət ediləcək”.