Azərbaycan orta dəhlizin əsas açar ölkələrindən biridir - FAKT BUDUR!
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə və vacib daxili məsələləri həll etməklə mühüm siyasi uğurlar nümayiş etdirib. Ötən ilin ən mühüm uğurlarından biri ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisə sayəsində 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşması prosesi yeni səviyyəyə çıxdı və iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Azərbaycanın müasir tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda prezident və parlament seçkiləri keçirildi. Həmin seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu. Fransa, Hindistan və hətta ABŞ-nin regionda öz geosiyasi maraqlarına görə Ermənistanı silahlandırmağa davam etmələrinə baxmayaraq, Azərbaycan hərbi üstünlüyünü qoruyub saxlayır. Ölkə Silahlı Qüvvələrini fəal şəkildə modernləşdirir, ən son sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini tətbiq edir ki, bu da ordunun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırır. Bakı çox yaxşı bilir ki, bəzi ölkələr Azərbaycanın 2020-ci ildə qazandığı Qələbədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir. Paris, Vaşinqton, Brüssel və dünya siyasətinin bir sıra digər oyunçularının Qafqazın iki respublikası arasında sülhü dəstəkləmək barədə rəsmi bəyanatları bəzən onların hərəkətləri ilə üst-üstə düşmür. Buna birbaşa nümunə Aİ-nin "mülki missiya" adı altında Ermənistandakı xarici nümayəndələrin Azərbaycanla sərhəddə yerləşdirilməsi, hazırda isə ondan hərbi mövcudluğun genişləndirilməsi üçün istifadə olunmasıdır. Buna baxmayaraq, dövlət başçısı İlham Əliyevin qonşularla, o cümlədən Ermənistanla danışıqlara peşəkar yanaşması, eləcə də regionda sülhün qorunması istiqamətində aktiv fəaliyyəti Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edib. Dövlət başçısının 2024-cü ildəki siyasi strategiyası da, bəzən meydana çıxan siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq tərəfdaşlarla əlaqələrin fəal şəkildə möhkəmləndirilməsini özündə ehtiva edib. İqtisadi və enerji layihələrinin genişləndirilməsi mühüm addım olub. Bunlar iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanın Avropanın enerji xəritəsində mühüm oyunçu kimi mövqeyinin möhkəmlənməsinə töhfə verib. Bundan əlavə, 2024-cü ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük Qayıdış prosesi davam etdirilib. Ölkənin bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində uğurlarından danışarkən qeyd etmək lazımdır ki, COP29 iqlim konfransı Azərbaycanda uğurla keçirilib. Bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə mühüm addım olub. Tədbir dünyanın aparıcı ekspertlərini, alimlərini, ekoloqlarını, siyasətçiləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsi və davamlı inkişaf strategiyalarının hazırlanması üçün platforma təqdim edib. Azərbaycan konfransın ev sahibi kimi Cənubi Qafqazda ekoloji təhlükəsizliyin və iqlim dəyişikliyinə uyğunlaşmanın vacibliyinə diqqət yetirərək qlobal iqlim təşəbbüslərində fəal rolunu nümayiş etdirdi.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz hədəflərinə uğurla çatmaqdadır. Deputatın sözlərinə görə, uzun illərdir işğal altında olan torpaqlarımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq işğaldan azad edilib və 2023-cü ilin sentyabr ayının 20-də suverenliyimiz tam olaraq bərpa olunub:
"Ölkə rəhbərinin yaratdığı yeni reallıqlar isə Azərbaycanın gücünə güc qatır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər gün yeni bir zirvəni fəth edir. Azərbaycan 90-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdə həmin zamankı səriştəsiz, idarəetmə və ölkəni ağır vəziyyətdən çıxarmaq iqtidarında olmayan siyasi-hərbi rəhbərlik Azərbaycanı daha çətin vəziyyətə saldı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi, istəyi ilə təkrarən hakimiyyətə qayıtmasından sonra biz müstəqilliyimizi ömürlük və daimi edə bildik. Ona görə də məhz müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə Azərbaycan ordusu yenidən formalaşdırıldı. İqtisadiyyatı yenidən quruldu. Azərbaycanın regionlarının sosial, iqtisadi inkişafı ilə əlaqədar xüsusi dövlət proqramları həyata keçirildi. Bakı şəhəri və digər rayon və şəhərlərimiz arasındakı fərq aradan qaldırıldı. Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması üçün yeni layihələr həyata keçirildi. Xüsusilə Azərbaycanın klassik enerji resurslarını ixrac edən bir dövlət statusunu daha da inkişaf etdirərək yaşıl enerjiyə keçidi məhz cənab Prezident İlham Əliyev təmin edə bildi”.
Deputat söyləyib ki, Azərbaycanın regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi, dünya dövlətləri sırasında öz layiqli yerini tutması birbaşa olaraq cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır: “İkinci Qarabağ savaşından sonra əldə etdiyimiz zəfərin bizə verdiyi imkanları doğru-düzgün dəyərləndirərək, Azərbaycan həm regionda uzunmüddətli və dayanıqlı sülhə nail olub, həm də Ermənistanla şərti sərhəd ərazilərində delimitasiya və demarkasiya işlərində irəliləyiş əldə edə bilib. Eyni zamanda Azərbaycan artıq beynəlxalq təşkilatlarda öz layiqli yerini tutur və nüfuzlu təşkilatlarda daimi üzvlük və müşahidəçi üzv qismində iştirakını günü-gündən artırır. Azərbaycan orta dəhlizin əsas açar ölkələrindən biridir. Çindən Avropaya uzanan orta dəhlizin inkişaf etdirilməsi və gücləndirilməsi üçün Azərbaycan bu günə qədər öz ərazisində böyük nəqliyyat şəbəkəsini formalaşdıra bilib. Həm Şimal-Cənub, həm Qərb-Şərq dəhlizi Azərbaycanın öz gücü hesabına regionumuzda gücləndirilir. Eyni zamanda, yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın yükdaşıma potensialını və imkanlarını daha da artıracaqdır. Azərbaycanın Gürcüstan dəniz limanlarına, portlarına qoyduğu sərmayə və yeni limanların tikilməsini həyata keçirməsi bu yükdaşıma gücünü daha da artırmış olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də sərnişinlərimiz üçün istifadəyə veriləcək. Digər tərəfdən, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yeni beynəlxalq hava limanlarının tikilməsi bu nəqliyyat şəbəkəsini daha da şaxələndirməkdədir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərinin sürətlə həyata keçirilməsi, Böyük Qayıdışın reallaşması, uzun illərdir vətən həsrətini çəkən soydaşlarımızın nəhayət ki, öz doğma yurdlarına qayıdaraq orada yaşamaları məhz, cənab Prezident İlham Əliyevin liderliyi, uzaqgörənliyi sayəsində mümkün olub. Bu gün biz Qarabağ və Şərqi Zəngəzurda tikinti işlərinə şahidlik edirik və bu ərazilər minalardan təmizlənir, paralel olaraq şəhərlər, qəsəbələr, kəndlər salınır. Həmçinin yararlı ərazilərdə məhz əkin işləri həyata keçirilir, yeni meşə massivləri salınır. Bir sözlə, bu ərazilər bir növ cənnət məkana çevrilir. Bütün bu ərazilərin yaşıl ərazi elan edilməsi də gələcəyə doğru atılmış bir addımdır. Biz yalnız bu günün deyil, uzaq gələcəyin də tələblərinə cavab verə biləcək tikinti, quruculuq və bərpa işlərini həyata keçiririk ki, gələcəkdə də bu ərazilər öz mövqeyini daima qoruyub saxlasın. Xüsusilə də Xankəndidə Qarabağ Universitetinin əsasının qoyulması orada tələbələrin qəbul edilməsi, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağ Universitetinin açılışının həyata keçirilməsi məhz Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş uğurlu işlərdən biridir. Bu gün bütün sərhəd boyu ərazilərdə Azərbaycan ordusu möhkəmlənir və yeni ordu sisteminə komanda tipli hərbi birliklər sisteminə keçidi həyata keçirilir. Digər tərəfdən, professional hərbiçilərdən ibarət ordu qurulur və ən müasir texnikalar Azərbaycan ordusunun inventarına daxil edilir. Azərbaycan sosialyönümlü siyasət həyata keçirilən bir dövlətdir və hərbi büdcəmizi daha da artırmışıq. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğura doğru irəliləyir və Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Bu gün, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Bu gün, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
|