Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                     Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ .....                     Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... .....                     ABŞ dərdimizə ŞƏRİK OLDU .....                     Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR .....                     Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib .....                     AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb .....                     TƏYYARƏMİZİ RUSLAR VURUB! .....                     Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı .....                     Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI .....                     Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına .....                     "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb .....                     "Canlarını qoymağa yer tapmırlar dünəndən..." .....                     Paşinyan Bakıya başsağlığı verdi .....                     Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? .....                     Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib .....                     Kanal kimin olacaq? .....                     Direktor şagirdi formaya görə cəzalandıra bilər? .....                     BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb .....                     "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" .....                     Balaəli məhkəməyə verildi .....                     Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib .....                     “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” .....                     Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? .....                     "Ekipaj üzvləri əllərindən gələni etdilər" .....                     Daha iki "TikToker" həbs edildi .....                     NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb .....                     Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır .....                     Xalq sülhə səs versə... .....                     Paşinyan Sankt-Peterburqa müavinini göndərib .....                     Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar .....                 

Vergilər Nazirliyi “işsizlər ordusu” yaradır – Kimdir günahkar, nazir Mikayıl Cabbarov, yoxsa ətrafı?
Tarix: 24-09-2019, 08:38 | Çap et
Vergilər Nazirliyi “işsizlər ordusu” yaradır
Vergilər Nazirliyində müəmmalı hadisələr cərəyan etməkdədir. Nazir Mikayıl Cabbarovun komandası nazirliyin bütün strukturlarında ciddi narazılıqlar yaratmaqda davam edir.

Əslində, çoxdan müşahidə etdiyimiz bu mənzərə son vaxtlar açıq şəkildə özünü büruzə verməkdədir. Müxtəlif mənbələrdən aldığımız informasiyalar onu deməyə əsas verir ki, Mikayıl Cabbarovun etimad göstərərək Vergilər Nazirliyində yüksək postlara təyin etdiyi bir sıra şəxslər süni narazılıqlar yaratmaqla, naziri ustalıqla hədəfə gətirirlər.

Daxil olan məlumatlara görə, Vergilər Nazirliyindən olan şikayətlərin böyük əksəriyyəti aparılan kadr siyasəti ilə bağlıdır. Belə ki, keçmiş nazir Fazil Məmmədovun dövründən qalan kadrların bir qismi nazirlikdən uzaqlaşdırılsalar da, digər qismi müxtəlif vasitələrlə fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlikdə aparılan struktur dəyişiklikləri zamanı yüzlərlə təcrübəli vergi əməkdaşları da islahatların qurbanına çevrildilər. Yaranmış vəziyyətdən ustalıqla bəhrələnən bir sıra vəzifəli şəxslər vaxtilə aralarında narazılıqlar olan onlarla vergi əməkdaşının haqsız yerə işdən çıxarılmasına nail ola bildilər.

Maraqlı məqam orasıdır ki, bütün baş verən neqativ halların təqsirkarı kimi nazir Mikayıl Cabbarov önə çəkilir və təşəbbüsün onun tərəfindən həyata keçirildiyi iddia olunur. Əslində nə baş verir? Redaksiyamıza daxil olan məlumatların, yerlərdən gələn informasiyaların təhlili zamanı təzadlı məqamların şahidi oluruq. Təhlillər onu göstərir ki, aparılan kadr islahatlarının əksəriyyətindən nazir Mikayıl Cabbarovun sadəcə xəbəri belə yoxdur.

Onun etimad göstərərək ətrafına topladığı bir çox kadrlar şəxsi münasibətlər zəmnində ambisiyalarını boğa bilmirlər və haqlı narazılıqların yaranmasına zəmin yaradırlar. Əldə etdiyimiz məlumatlara görə bir çox bacarıqlı, cavan, peşəkar vergi işçiləri barəsində nazirə verilən şər və böhtan xarakterli, qərəzli, qeyri-dəqiq məlumatlar sonda həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib. Baş verən haqsızlıqlarla barışmayan və işlərini itirən vergi əməkdaşları məhkəmələrə və ölkə başçısına müraciət etməkdə davam edirlər. Son vaxtlar bu şikayətlərin daha da artması onu deməyə əsas verir ki, vəziyyət ciddi xarakter alıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə aparılan islahatların fonunda həyata keçirilən struktur dəyişiklikləri heç bir halda o qurumlarda çalışan işçilərin ixtisarı ilə nəticələnməməlidir. Islahatlar zamanı sərəncama götürülən kadrlar digər işlərlə təmin olunmalıdırlar. Bu məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, hər il Vergilər Nazirliyi vakant yerlərə işçi qəbulu ilə bağlı müsabiqələr həyata keçirir. Bu müsabiqələrdən keçən cavan kadrlar Vergilər Nazirliyinin müxtəlif strukturlarında müvafiq işlərlə təmin olunublar. Bu proses təqdirəlayiq hal hesab olunsa da, sərəncama götürülən və iş yerlərini itirən cavan, təcrübəli və peşəkar vergi işçilərinin kənarda qalması başadüşülən deyil. Görəsən bu ideyanı nazir Mikayıl Cabbarovun "qulağına pıçıldayan” və özünü "ağıllı” hesab edənlər kimlərdir?

Ölkədə ictimai-siyasi sabitliyin kifayət qədər həssas olduğu bir dönəmdə yüzlərlə vergi əməkdaşlarını işlərindən azad edərək "küçələrə tökmək”, onların ailələrini və uşaqlarını maddi sıxıntılarla üz-üzə qoymaq hansı beyinlərin "məhsulu”dur? Bu azmış kimi, iş yerlərini itirən peşəkar kadrların nazir Mikayıl Cabbarovla birbaşa görüşünə imkan verməyən və bunu əngəlləyən "kadr”lar kimin tapşırıqlarını yerinə yetirirlər?

Əldə etdiyimiz məlumatlara görə işlərindən haqsız yerə azad olunan bir qrup vergi əməkdaşı Prezident İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra onlar nazirliyə dəvət olunublar və müvafiq işlərlə təmin ediliblər. Bu nə deməkdir?...

Belə çıxır ki, müxtəlif formalarda hüquqları pozulan və haqsızlıqlara məruz qalan vətəndaşlar məcburiyyət qarşısında qalaraq, son çıxış yolu kimi dövlətin başında duranlara müraciət etməlidirlər. Əgər belədirsə, onda nazir Mikayıl Cabbarovun vəzifəsi yalnız vergi yığmaqdan ibarətdirmi?

Prezident İlham Əliyev və xanımı Bakı şəhəri də daxil olmaqla, ən ucqar regionlarda belə sadə vətəndaşlarla təmasdan yayınmırlar. Onlar vətəndaşlarla təmasa girərək problemləri yerindəcə həll edirlər.

Nazir Mikayıl Cabbarov isə müxtəlif adlar altında işlərini itirən keçmiş vergi əməkdaşlarını nəinki qəbul edərək dinləməyib, hətta peşəkar kadrların "soyqırım”ına şərait yaradıb. Biz iddia etmirik ki, yaranmış situasiyanın yeganə səbəbkarı məhz nazir Mikayıl Cabbarovdur.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu və ya digər formada narazılıqların ortaya çıxmasının təşəbbüskarları nazirin ətrafına yığdığı "məsləhətçiləri”dir. Bu barədə nazirliyin dəhlizlərində belə gedən söz-söhbətlərdən Mikayıl Cabbarovun xəbərsiz olması müəmmalıdır. Əgər doğrudan da onun baş verənlərdən xəbəri yoxdursa, biz qələmə aldığımız bu məqalə ilə nazir Mikayıl Cabbarovun diqqətini baş verən xoşagəlməz hadisələrə yönəltmək istəyirik.

Bir daha vurğulamaq istəyirik ki, hər bir Azərbaycan vətəndaşı kimi biz də Vergilər Nazirliyi tərəfindən həyata keçirilən islahatları dəstəkləyirik, sağlam və şəffaf vergi mühitinin formalaşmasının tərəfdarıyıq. O cümlədən, uzun illər vergi sistemində çalışaraq mənfi imic formalaşdıran, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan şəxslərin nəinki işindən azad olunmasını, hətta onların cəzalandırılmasını belə tələb edirik. Amma bu proseslər zamanı cavan və peşəkar kadrların səbəbsiz yerə işdən çıxarılması yolverilməzdir.

Ümid edirik ki, Vergilər Naziri Mikayıl Cabbarov bizim toxunduğumuz məqamlara diqqət edəcək və qiymətli vaxtından zaman ayıraraq onları qəbul edərək dinləyəcək, işlərini itirən şəxslərin hüquqlarını bərpa edəcək. Bu baş verərsə hazırki vəziyyətin yaranmasında birbaşa "xidmətləri” olan şəxslərin fəaliyyəti tam çılpaqlığı ilə özünü biruzə verəcək.

Mövzu kifayət qədər geniş olduğu üçün bu sahədə araşdırmalarımızı davam etdiririk. Növbəti yazılarımızda konkret faktlara müraciət edərək, nazir Mikayıl Cabbarovun diqqətini baş verənlərə yönəltməyə cəhd edəcəyik.

Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Stimulxəbər.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53
Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49
"Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25
Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22
Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16
BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14
"Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11
Balaəli məhkəməyə verildi
Bu gün, 16:08
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25
"Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18
Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14
Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02
Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00
Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09
Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07
Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01
Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44
Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42
Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34
"Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27
"Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru