Ermənilər Fəxrəddin Abbasova dəstəyi gücləndirdi - Ermənistan Gürcüstan və Azərbaycanda separatizmi təbliğ edir
Tarix: 12-04-2019, 11:08 | Çap et
1918-ci ildə Çarlıq Rusiyasının çöküşündən sonra, Azərbaycan öz varlığını qorumaq üçün Xalq Cümhuriyyətini yaratdı. Dövlətimizin ömrünün qısa olması və cəmi 23 ay yaşamasının səbəblərindən biri də ermənilərin xarici dövlətlərin dəstəyi ilə apardıqları işğalçı siyasət idi. Çünki, ölkə daxilində etnik separatizm siyasəti bu prosesin önündə gedirdi. 1991-ci ildə bu dəfə keçmiş Sovet İttifaqı dağıldı və ermənilər əvvəllər olduğu kimi, etnik separatizm bəlasını işə salaraq Azərbaycana qarşı işğlaçılıq siyasətini gündəmə gətirdilər. Bununla yanaşı, onların yedəyində gedən bəzi kiçik qruplar azsaylı xalqların adından adından yararlanaraq, Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə dəstək verdiklərini nümayiş etdirdilər.
İrəvanda etnik bölücülərə petisiya dəstəyi
İrəvandakı “Ermənistan-Rusiya Universiteti”nin nəzdində fəaliyyət göstərən “Qafqaz və İran Şöbəsi”nin elmi əməkdaşları Azərbaycan Respublikasına qarşı qondarma “TMR” ideyası adı altında 25 ildən çoxdur etnik separatizm təbliğatlarını aparan, hal-hazırda həbsdə olan Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsinə başlayıblar. Viktoriya Arakelova, Anahit Hakopyan, Yelena Trufanyan, Georgi Xaçaturyan, Lilit Məliksetyan, Raisa Əmirbekyan, Rimma Manukyants, Tatyana Minasyan, Hrazdan Madoyan, Suren Petrosyan, Anna Keropyan, Olqa Asatryan, Hamlet Petrosyan, Artaşes Mikaelyan və digərləri F. Abbasovun hüquqlarının müdafiəsinə qalxıblar. “Change.org” sosial şəbəkəsində beynəlxalq müdafiəsi üçün imza kampaniyasına başladıblar (mənbə: https://www.change.org/p/european-parliament-free-fakhraddin-aboszoda-abbasov?fbclid=IwAR38mS8drGJO9saElL3smjigzEM8s8WluL1Ipfcu9koEQ9yvo7hj5I6f6TY. Bu qrupun iddia etdiyi əsas mənbə isə, Rusiya Federasiyası Baş Prokurorluğunun Fəxrəddin Abbasovla bağlı 28 mart 2019-cu il tarixdə imzaladığı sənəddir. Halbuki, onlar Baş Prokurorluğun “Beynəlxalq Hüquqi Əməkdaşlıq” şöbəsinin ekstradisiya məsələləri ilə bağlı prokuror A. E. Manerkinin imzaladığı sənədə istinad edirlər. Həmin sənəd Hollandiyada mühacir statusu ilə yaşayan, Azərbaycan Respublikasına qarşı etnik separatizm ideyalarını irəli sürən və qondarma “TMMH” adlı qurumun lideri kimi özünü dünyaya sırımağa çalışan Əlikram Hümbətovun sorğusuna verilən qanuni cavabdır. Bir yandan Ə. Hümbətovun, digər yandan isə ermənilərin F. Abbasovla bağlı nümayiş etdirdikləri “həyəcan”nın nədən ibarət olduğu elə bu təşəbbüslərdən aydın olur. “Petisiya” qrupunun ideoloji rəhbəri “Ermənistan-Rusiya Universiteti”nin Şərqşünaslıq kafedrasının “İranşünaslıq” şöbəsinin müdiri, “Talışstan Araşdırma Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasına qarşı etnik separatizmin körüklənməsi üzrə ixtisaslaşmış mütəxəssis kimi tanınan Qarnik Asatryandır. Q. Asatryan Fəxrəddin Abbasovun İrəvana səfərlərinin əsas təşkilatçısı kimi də tanınır. Q. Asatryan İrəvanda Azərbaycan dövlətinə qarşı ən çox qondarma “etnik separatizm” ideyalarını təbliğ edən “voskanapat.info” adlı sayta son müsahibəsinə bunları deyib: “Fəxrəddin Abbasov Ermənistanın fəxridir və bizim daşıdığımız ideyaların tanınmış mübarizlərindən biridir. Dağlıq Qarabağla bağlı biz ermənilərin maraqlarını daim müdafiə edibdir. İndi sıra bizimdir” (mənbə: http://voskanapat.info/?p=34807&l=ru&fbclid=IwAR0kC7oO_QDOK7ILjlX3rPTdacNfFe7HkeSLb9Q88eRVQe4PoXRV3r46poM).
“Caucaso – Caspica” üzərindən atılan bötanlar
İrəvanda ingilis dilində dərc olunan və “Caucaso-Caspica” (Qafqaz-Xəzər) jurnalının hər sayında “Qafqaz coğrafiyasında yaşayan xalqların etnik tərkibi, onların adət-ənənələri, yayılma arealı” məsələsini gündəmə gətirməklə bütün vasitələrlə azərbaycanlıları inkar hədəfləri irəli sürülür. Bu jurnalın sponsoru isə, İran Xarici İşlər nazirliyinə bağlı “Qafqaz Araşdırma Mərkəzi”dir. Hətta jurnalın çətiri altında hər il elmi konfranslar da keçirilir. Bu tədbirlərdə Fəxrəddin Abbasov dəfələrlə iştirak edib. Jurnalın ərafında birləşən erməni alimləri tərəfindən əsasən Xəzər dənizi sahilləri boyunca qondarma “Ləzgistan”, “Şirvan-Tat” və “Talışstan” muxtar regionlarının yaradılması ideyası irəli sürülür. Bu istiqamətdə erməni alimləri saxtakarlıq edərək beynəxalq elmi ictimaiyyəti çaşdırmaq hədəflərini də ortaya qoyurlar. XV-XX əsrlərdə Avropada dəbdə olan “türk xalqlarını inkar” siyasəti demək olar ki, indi heç nəyə yaramır. Ona görə ki, ötənlərdə Avropanın bir sıra dövlətləri dünyada kolonial siyasət yürüdükləri üçün bu taktikadan istifadə etməklə yanaşı, həm də öz hədəflərinə mümkün qədər “elmi” don geyindirməyə çalışırdılar. İndi bütün bunlar Avropada mənasız bir anlam daşıyır. Ona görə ki, tarix və zaman dəyişib. Azərbaycan xalqı öz iradəsinə söykənərək dövlətinə sahibdir. 28 ildir dövlət müstəqilliyimizi qoruyub saxlamağı və həm də inkişaf etdirməyi bacardıq. Yəni Ermənistan kimi “banan ölkə”yə çevrilmədik. “Caucaso-Caspica” jurnalının redaksiya heyətinin üzvləri və digər erməni alimləri hər il İranın Gilan vilayətinin Rəşt, Masal, Rizvanşəhr, Rudbar, Əmləş, Rudsər, Ləngərud və Şəft rayonlarında keçirilən konfranslarda iştirak edirlər. Həmin konfranslara “beynəlxalq tədbir” statusunun verilməsində ermənilərin müstəsna xidmətləri vardır. Bu tədbirlərə qatılan alimlər Xəzər dənizi sahilləri və Qafqaz regionu üzrə yaşayan xalqları bəhanə edərək Azərbaycan Respublikasını mümkün qədər inkar etmək, milli azlıqların hüquqlarını qabartmaq, “aborigen xalqlar” ideyasına bağlı mövzuların həyata keçirilməsi proyektlərini müzakirə edirlər (mənbə: orient.rau.am/…/4…/files/CAUCASO-CASPICA-2-3.pdf…). Fəxrəddin Abbasovun 25 ildir apardığı təbliğatların arxa baxçası məhz bu konsepsiyaya söykənirdi.
Məryəm Ağayan və “CivilNet TV”
10 mart 2019-cu il tarixdən etibarən İrəvanda fəaliyyət göstərən “CivilNet TV” kanlı hər gün Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi ilə təbliğatlar aparır, informasiyalar yayır. Kanalın müxbiri Məryəm Ağayan faktiki olaraq F. Abbasovla bağlı sorumlu sayılır. Həmin proqramlarda F. Abbasov və məsləkdaşlarının ideyaları təbliğ edilir. Onun istinad mənbəyi “F. Abbasovun hüquqlarının müdafiə komitəsi”nin sədri, “tolishpress.org” saytının təsisçisi və baş redaktoru Kahin Mirzəlizadədir (ov). K. Mirzəlizadə gündəlik informasiyaları toplayaraq, rəhbəri olduğu saytda yerləşdirir və M. Ağayan da bunları öz proqramında geniş şəkildə yorumlayır. Hətta F. Abbasovun erməni dostları olan alimləri efirə mütəxəssis qismində dəvət edərək onların fikirlərini işıqlandırır. (mənbə: http://tolishpress.org/news/5529.html?fbclid=IwAR0xU9slwK2JFeG4TqWLJkygEeAF5BjdcdckOTIQYstfJLMK6xb2MNwhNkk). Məryəm Ağayanın verilişlərinin ən çox qonağı və “mütəxəssis” statusu ilə iştirak edənlər 2012-ci ildə Ermənistanın Tsaxkadzor rayonunda keçirilən ilk “Beynəlxalq talışşünaslıq elmi konfransı”nın iştirakçılardır. Onların arasında Samvel Markaryan, Harnik Asatryan, Vaha Boyacyan və Viktoriya Arakelova daha fəladırlar. Bundan əlavə, Dağlıq Qarabağın mərkəzi Xankəndində fəaliyyət göstərən və Azərbaycan Respublikasına qarşı digər xalqların etnik separatizm meyillərinə qoşulma siyasətini təbliğ edən “Ozodə Tolişstoni Sədo” radiosunun (Ermənistana məxsus AM – 9677 radio dalğası) şərhçisi Zahirəddin İbrahimi (ov) faktiki olaraq gündə bir neçə dəfə Fəxrəddin Abbasovla bağlı proqramlar yayınlayır. Daha sonra isə, həmin proqramlar facebook.com sosial şəbəkəsi vasitəsilə Azərbaycan Respublikasına qarşı qondarma etnik separatizm ideyalarını təbliğ edənlər tərəfindən yayılır (mənbə: https://www.facebook.com/watch/?v=2318719431707689). İrəvandakı “shanttv” televiziya kanalı da Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi məsələsində son günlər aktiv fəaliyyətə keçibdir.
Ermənistan nə üçün Gürcüstan və Azərbaycanda separatizmi təbliğ edir?
Gürcüstanda son illərdə hakimiyyətlər seçkilər yolu ilə dəfələrlə dəyişsə də, dəyişməyən təkcə ölkənin etnik separatizm meylindən qorumaq ideyasıdır. Ermənilərin irəli sürdüyü “Erməni Cevaxk Muxtar Respublikası” ideyası tamamilə iflasa uğrayıbdır. Abxaziya və Cənubi Osetiya məsələsində rəsmi Tiflis dövlətin iradəsi ilə hərəkət edir. Azərbaycan Respublikası Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların geri qaytarılması üçün faktiki olaraq həm də beynəlxalq birliyi bu prosesə cəlb edibdir. İndi “Qarabağ Problemi” ötən 25 ildən fərqli məcrada ədalətli şəkildə öz axarı ilə həll olunmaq prosesindədir. Bu həm də ölkəmizin beynəlxalq imicinin irəli getməsi ilə bağlıdır. Artıq böyük dövlətlər də dərk edirlər ki, “ermənilərin nazı ilə oynamağın zamanı çatmışdır”. Ermənistan və ona dolayı yolla dəstək verən bəzi ölkələr isə, Azərbaycana qarşı digər “etnik separatizm” ideyalarını pərçimləmək yolunu tutublar. Əslində ermənilərin “dilini uzadan” həmin xarici güclərdir. Sülh danışıqlarının bəzən dalan dirənməsinin pərdəarxasında süni şəkildə yaradılan problemlər də məhz bu faktora söykənir. Mövcud etnik separatizm ideyaları haradasa 2015-ci ilə qədər beynəlxalq səviyyədə “qlobalizm” ideyasının tərəfdarlarının maraq dairəsində idisə, indi bütün bunlar arxada qalıb. İraq, Suriya, Misir və digər Yaxın Şərq ölkələrinin bir neçə süni dövlətə bölünməsi ideyaları o zaman “qlobalist cərəyanlar” tərəfindən zamanın ən yaxşı ideyası kimi dəstəklənirdi. Tərəqqipərvər bəşəriyyət onu da dərk etdi ki, hər hansı bir dövlətin bir neçə yerə parçalanması bəşəri faciələrə yol açan bir düsturdur. Xalqlararası ədavətin illərlə, bəzən də yüzillərə kimi davam etməsi region xalqlarına heç nə yaxşı vəd etmir. Ona görə də belə bir yanaşımdan imtina olundu. Halbuki Azərbaycan bir dövlət olaraq, 25 ildir yorulmadan bu faktı qabartmağa çalışırdı. Gürcütanla Azərbaycanın vahid mövqedən çıxış etməsi həm də ermənilərin 1980-ci illərdə başlatdıqları “Qafqazda xristian-islam qarşıdurması”, “Türk-erməni müharibəsi” və digər uydurma sterotipləri darmadağın etmişdir. Ermənistan və erməni xalqı bayağı şəkildə keçmiş yalnışlıqlarından əl çəkmək fikrində olmadığına görə Azərbaycana və Gürcüstana qarşı apardığı təbliğatlarının mənasızlığını dərk edə bilmirlər. Onan görə də nəinki Qafqazda, dünyanın hansı bölgəsində “etnik separatizm” meyli varsa, ermənilər dərhal onlara dəstək verirlər. Yaşadığımız XXI əsrin standartlarını XV əsrin məcrasına doğru yönəltmək heç bir xalqa fayda verməyib. Dünyanın ən geridə qalmış xaqları bunu dərk etsə də, təkcə bunu anlamayan ermənilər və Ermənistandır. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|