Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 20 nəfərin əfv edilməsi haqqında növbəti fərman imzalayıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, əfv edilənlərdən 11-i qadındır. Onlardan birinin dörd uşağı var. Bundan əlavə, siyahıya xroniki xəstəlikləri olan məhkumlar da daxildir.