Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                 

"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Tarix: 28-12-2024, 19:04 | Çap et
"Heç bir güzəştdən söhbət gedə bilməz"
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin TNS-ə müsahibəsi.

- Arzuxan bəy, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə sizə təşəkkür edirik. Söhbətimizə bu yaxınlarda ABŞ-yə səfərinizdən başlayaq. ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (IDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş “IDU Forum-2024”ə qatılmısınız. Beynəlxalq tədbirə necə dəvət olunmuşdunuz, orada iştirakınızı uğurlu hesab edirsinizmi?

- Biz AMİP olaraq, 1999-cu ildən sağ mərkəz yönümlü partiyaları özündə birləşdirən, 80-dən çox ölkədən 100-dən çox təşkilatın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının (IDU) tamhüquqlu üzvüyük. Həmin platforma çərçivəsində bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz formalaşıb.

IDU 1983-cü ildə ABŞ Prezidenti Ronald Reyqanın, Böyük Britaniyanın Baş naziri xanım Marqarit Tetçerin, Almaniyanın kansleri Helmut Kollun, Fransa Prezidenti Fransua Mitteranın bilavasitə təşəbbüsü ilə qurulub. Həmin tədbir IDU-nin Forumu idi, Vaşinqton şəhərində keçirilirdi.

Təbii ki, biz həmin platformada hər zaman dövlət maraqlarından çıxış etmişik və edirik. Azərbaycan torpaqları işğal altında olanda həmin platformada torpaqlarımızın işğal altında olmasını vurğulamaqla, problemin həlli istiqamətində atılacaq addımlar, bütövlükdə regionda baş verən hadisələrlə bağlı sənədlərin qəbuluna da nail olmuşuq.

Hesab edirəm ki, siyasi təşkilatlar mövcud imkanlardan istifadə etməklə bütün platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda fəal olmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. 4 günlük foruma budəfəki diqqət çox yüksək idi. Çünki Respublikaçılar seçkilərdə qalib gəliblər, Donald Tramp Prezident seçilib. Forumda onun milli məsələlər üzrə müşaviri də iştirak etdi. Yaxın Şərqdə baş verən proseslərə, Rusiya-Ukrayna savaşına Tramp Administrasiyasının baxışları barədə geniş məlumat verdi.

Forum çərçivəsində bir sıra görüşlərimiz də oldu. Ukraynanın keçmiş Prezidenti Poroşenko, Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mixail Popşoy ilə ərtaflı müzakirələrimiz oldu. Onlarla 2018-də İsveçdə parlament seçkilərini izləyən zaman tanış olmuşduq. Həmin səfərdə Moldovanın hazırkı Prezidenti Maya Sandu da iştirak edirdi. Popşoy bildirdi ki, xarici işlər naziri Ceyhun Bayramovdan dəvət alıb. Yeni ildə Bakıya səfəri olacaq.

AMİP-in, həmçinin 2008-ci ildən Avropa Parlamentindəki Avropa Xalq Partiyası (AXP) ilə münasibətləri var. Həmin tədbirdə AXP-nin sədri də iştirak edirdi. Azərbaycandan ancaq YAP və AMİP həmin partiya ilə əlaqələrə malikdir. Zamanında həmin partiyanın rəhbəri Azərbaycana gəlmiş, ölkə başçısı ilə görüşmüşdü. Həmçinin, bizim partiya ilə də görüşü olmuşdu. Bundan sonra bizim Brüssülə dəfələrlə səfərimiz olub, onlarla görüşmüşük. Hər zaman xüsusi olaraq Qarabağ məsələsini gündəmə gətirirdik. İndi artıq torpaqlarımız işğaldan azad edilib. Yeni reallıqlar var və bu çərçivədə yenə də Azərbaycanın dövlət maraqları müdafiə olunmaqla mövqelərimizi sərgiləməkdəyik. Biz AXP-nin və IDU-nun gələn il keçiriləcək növbəti qurultaylarına da dəvət almışıq və iştirak edəcəyik. Brüssel səfərimizdə çalışacağıq ki, Avropa Parlamentinin bir sıra deputatları ilə də görüşək. Onlara da Azərbaycanın haqlı mövqeyini çatdıraq. Ümumiyyətlə, bu prosesdə sona qədər dövlətimizin yanında olduğumuzu bəyan etmişik.

ABŞ-yə səfərimiz uğurlu oldu. Təbii ki, Azərbaycanın dövlət strukturları da, parlament rəhbərliyi də məlumatlı idi. Hesab edirəm ki, kifayət qədər məhsuldar keçdi. Keçmiş postsovet məkanından Moldova, Ukraynadan partiyalar vardı. Əvvəllər Gürcüstandan Mixeil Saakaşvilinin partiyası təmsil olunurdu. Bu dəfə də onlardan nümayəndə qatılmışdı. Azərbaycandan yalnız biz təşkilatın üzvüyük. Ermənistandan bir sıra partiyalar illər ərzində üzvlük üçün dəfələrlə müraciət edib. Amma konkter arqumentlər ortaya qoymaqla onların üzvlüyə qəbulunun qarşısını almışıq. Arqumentlərimiz də bundan ibarət olub ki, Azərbaycan-Ermənistan münaqişəsini təşkilat çərçivəsinə daşımaq istəyənlər var və biz bunun əleyhinəyik. Arqumentlərimiz əsaslı hesab olunduğundan ermənilərin müraciətləri qəbul edilməyib. Onlar həmin platformada yoxdurlar.

AXP-də isə Ermənistandan 3, Gürcüstandan 2 partiya var. Onlar həm iqtidar, həm müxalifət partiyalarıdır. Təəssüf ki, Azərbaycandan yalnız bizimlə və YAP-la əlaqələrin olmasına baxmayaraq, heç birimiz hələ də üzv deyilik. Təbii ki, burada müşahidəçi üzvlükdən söhbət gedir. Bizim indiyədək qarşımızı kəsən o idi ki, müşahidəçi üzv olan partiyalar mütləq öz parlamentlərində təmsil olunmalıdır. Budəfəki görüşümüzdə AXP rəhbərliyi artıq məlumatlı idi ki, bu bariyer aradan qaldırılıb, biz artıq parlament partiyasıyıq. Qurultaya dəvət olunduq. Yəqin ki, bu proses xeyrimizə yekunlaşacaq.

2012-ci ildə Buxarestdə AXP-nin qurultayı keçirilirdi. O zaman YAP-dan Məlahət İbrahimqızı və AMİP rəhbərliyi iştirak edirdi. Gürcüstan Prezidenti Mixeil Saakaşvili 5 dəqiqəlik bir çıxış etdi. Çıxışını əsasən, Rusiyanın bölgədə apardığı siyasətə, Putinə həsr etdi. Ermənistanın ovaxtkı Prezidenti Serj Sarkisyan isə çıxışı boyu Azərbaycan əleyhinə danışdı. O vaxt Ramil Səfərov Azərbaycana təhvil verilmişdi. Dedi ki, onu Azərbaycanda qəhrəman kimi qarşıladılar, təltif etdilər. Ancaq Ramil Səfərovdan danışdı. Təbii ki, biz yerdən münasibət bildirə bildik, amma tam üzv deyildik deyə, tribunadan fikrimizi çatdıra bilmədik.

Həmin tədbirə bir çox dövlət və hökumət başçıları qatılmışdı. AXP Avropa Parlamentinin ən böyük fraksiyasıdır. Kifayət qədər nüfuzlu bir qurumdur. Yəni, istənilən platformadan istifadə etməklə, Azərbaycan gerçəklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Biz bu coğrafiyada yaşayırıq. Nə Avropadan imtina etmək olar, nə digər tərəflərdən. Əksinə, həmin qurumlarla normal münasibət saxlamaq lazımdır. Təbii ki, adekvat münasibət sərgiləməklə...

Bütövlükdə bu platformalardan istifadə etməklə, düşməni dosta çevirmək siyasətinin yeridilməsinin tərəfdarıyam.

- Arzuxan bəy, Azərbaycanla ABŞ arasında münasibətlər o qədər də yaxşı deyil. Bunun səbəbkarı ABŞ-dir. Birləşmiş Ştatların Ermənistana verdiyi dəstək, revanşitləri silahla təmin etməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. Müxalifət partiyasının sədri və Milli Məclisin deputatı kimi ABŞ-də keçirilən tədbirdə iştirakınız hakimiyyətin narazılığına səbəb olmayıb?

- Hesab edirəm ki, səbəb olmayıb və olmayacaq da. Azərbaycan hakimiyyəti bunu kifayət qədər anlayışla qarşıladı. Biz səfərdən əvvəl ABŞ-nin Azərbaycandakı səfirliyinin siyasi partiyalar üzrə müşaviri ilə görüşdük. Bizim dövlət strukrturları buna normal münasibət sərgilədi. Orada da yenə ABŞ-nin Azərbaycana yönəlik siyasətindəki yanlışlıqları qeyd etdik, mövqeyimizi bildirdik. Ondan əvvəl Fransanın Azərbaycandakı səfirini də dəvət etmişdik, partiyanın qərargahına gəlmişdi. Fransanın Azərbaycana qarşı yürütdüyü siyasətin kökündən yanlış olduğunu özlərinə də demişdik. Biz müxalif, ölkənin aparıcı partiyası olaraq, mövqeyimizi açıq şəkildə bildiririk.

Bu mənada problem yoxdur. Amma onun da fərqindəyik ki, Fransa da, ABŞ də xüsusilə son dönəmlərdə Azərbaycana qarşı qərəzli mövqedədir. Makron, Bayden hakimiyyətləri dönəmində Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənir və bu, ilk deyil. Əslində ABŞ-də demokratların hakimiyyəti dövründə Azərbaycana fərqli münasibət olur. Amma respublikaçıların Azərbaycan hakimiyyəti, bütövlükdə Azərbaycanla münasibətləri normaldır. Seçki ərəfəsində Azərbaycan Prezidenti də bildirmişdi ki, respublikaçıların namizədinin seçilməsini istəyərdik. Tramp 1-ci prezidentlyi dönəmində də Azərbaycanla normal münasibət saxladı. Biz İkinci Qarabağ savaşını da həmin vaxt apardıq. Torpaqlarımızı işğaldan azad etdik. Faktiki olaraq, heç bir kənar müdaxilə ilə qarşılaşmadıq. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər Trampın 2-ci prezidentliyi dönəmində yaxşılığa doğru istiqamətlənəcək. Qarşıdakı illərdə yəqin ki, münasibətlərdə istiləşmənin şahidi olacağıq. Bayden hakimiyyəti dönəmində dövlət katibi Blinken yersiz açıqlamalar verdi, sonradan Azərbaycan Prezidentinə üzrxahlıq zəngləri oldu. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana gəldi, bu da bir üzrxahlıq səfəri idi. Demokratlar ermənilərə daha isti münasibət sərgiləyir. O da təsadüfi deyil ki, 92-ci ildə Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək” haqqında 907-ci düzəlişin həmmüəlliflərindən biri Cozef Bayden idi. Yəni demokratlarla respublikaçıların fərqi çox böyükdür.

- Amma Trampın komandasında ermənipərəst şəxslər kifayət qədərdir. Bu fakt ABŞ-nin Azərbaycanla münasibətlərinə təsir etməyəcək?

- Təəssüf ki, Trampın komandasında əvvəlcədən təyin olunacaq bəzi şəxslərin erməniyönümlü olduğu bəllidir. Müəyyən narahatlıq doğurur. Amma hesab etmirəm ki, bu, bütövlükdə Azərbaycan-ABŞ münasibətlərinə təsir göstərsin, o cümlədən Trampın Azərbaycana münasibətinə...

Təbii ki, ABŞ böyük dövlətdir, öz maraqları var. ABŞ-də kim prezident olursa olsun, dərin dövlətin siyasətini yürütməyə məhkumdur. Trampın yaxın çevrəsində Azərbayacanın özü ilə, hakimiyyəti ilə dost, ölkəmizə isti münasibəti olan kifayət qədər şəxs var. Bu baxımdan Trampın Azərbaycana münasibətinin normal olacağını proqnozlaşdırıram. Komandasında olan şəxslər Azərbaycan-ABŞ münasibətlərinə mənfi çalar gətirə bilməyəcəklər.

- Azərbaycan Rusiya ilə münasibətlərini korlamaq istəmir. Ancaq Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən qüvvələr var. Qərb bizi buna məcbur etməyə çalışsa da, Azərbaycan Prezidenti müdrik addlımlar atır. Siz bir partiya sədri kimi Rusiya ilə münasibətlərin necə olmasını istəyirsiniz?

- 2022-ci ilin fevralında Rusiya ilə kifayət qədər geniş spektri əhatə edən müttəfiqlik bəyannaməsi imzalandı. O zaman çox gərgin dövr idi, Rusiya-Ukrayna savaşı başlamaq üzrəydi. İki gün sonra qarşıdurma hərbi münaqişə fazasına keçdi. O vaxt bəyannamənin imzalanması birmənalı qarşılanmamışdı. Biz o zaman da mövqeyimizi bildirmişdik ki, Azərbaycanın dövlət maraqları hər şeydən üstündür. Həmin vaxt Rusiyanın "sülhməramlı" adlandırılan hərbi kontingenti də Qarabağda idi. İkinci Qarabağ savaşı təzə bitmişdi, həmin kontingentlə bağlı çox ciddi narahatlığımız vardı. Onların qeyri-adekvat mövqe sərgiləməsi narahatlıq yaradırdı. Bütün bunlara baxmayaraq, hesab etdik ki, Azərbaycan dövləti nəyi doğru bilirsə, onu etməlidir. Mövqeyimiz ondan ibarətdir ki, qonşu dövlətlərlə, xüsusilə, dünya siyasətinə böyük təsir imkanları olan Rusiya kimi nəhəng bir dövlətlə normal münasibət saxlamaq fayda gətirə bilər. Onun da fərqindəyik ki, son 200 ildə bizim bütün bəlalarımızın kökündə Rusiya amili olub. Qarabağ probleminin ərsəyə gəlməsində, torpaqlarımızın işğal altına düşməsində və 30 ilədək işğalda qalmasında rus amili var. Bunlar danılmazdır. Amma siyasətdə daha çox irəli baxmaq, dövlət maraqlarına xidmət edən siyasət yürütmək lazımdır. Azərbaycan Prezidenti bu bəyannaməni imzalamaqla çox uzaqgörəön siyasət yürüdüb. Sənədin imzalanmasından sonra ərazilərimizi tam olaraq, nəzarətə götürə bildik. Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Bu məsələlərdə Azərbaycana hər hansı kənar müdaxilənin qarşısı alındı. Azərbaycan Prezidenti münasibətlərin normal məcraya gətirilməsinə doğru addımlar atmış oldu. O zaman bəyannamənin qəti əleyhdarları belə bu gün bunu etiraf etmək zorunda qalıb. Azərbaycanın dövlət siyasəti o istiqamətdə olub - biz də bu siyasəti hər zaman dəstəkləmişik ki, bütün qonşu dövlətlərlə normal, bərabərhüquqlu əməkdaşlıq, dostluq münasibətlərində olmaq lazımdır. Təbii ki, qarşı tərəf də eyni münasibəti sərgiləməlidir. İstər Cənub, istər Şimal, yəni bütün qonşularımız. Hətta işğalçılıq siyasəti yürüdən Ermənistanla da biz müharibə şəraitində olmağı tərcih etmirik. Torpaqlarımızı azad edəndən sonra biz təklif etdik ki, sülh müqaviləsi imzalansın. Beynəlxalq hüququn 5 baza prnsipi əsasında təkliflərimizi irəli sürdük. Bu prinsiplərdən geri qaçmaq mümkün deyil. Bizim tələblərimiz, şərtlərimiz bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti Rusiya mətbuatına müsahibəsində də haqlı tələbləri bir daha səsləndirdi. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, həmin əraziləri yerlə yeksan edən, Azərbaycana milyardlarla dollar ziyan vuran bir tərəflə müqavilə imzalayırıqsa, onun mütləq konstitusion çərçivədə ərazi iddilarından əl çəkməsini tələb etməliyik. Başqa cür ola bilməz. Ermənilər heç imzaladıqları sənədə əməl etmirlər, o ki qaldı verdikləri sözə...

Baş nazir Nikol Paşinyan deyir ki, ərazi iddiaları olmayacaq. Biz müqaviləni Paşinyanla bağlamırıq ki. Paşinyan gedəcək, başqa “yan” gələcək. Müqaviləni Ermənistan dövləti ilə bağlayırıq. Konstitusiya Məhkəməsi şərh verdi ki, konstitusiyada ərazi iddiaları yoxdur. Sabah həmin Konstitusiya Məhkəməsi başqa şərh verə bilər. Ermənistan konstitusiyasında və müstəqillik aktında Azərbaycan və qardaş Türkiyəyə ərazi iddiaları var. Ərazi iddialarından konstitision müstəvidə əl çəkilməlidir. Bu da yalnız referendum yolu ilə mümkündür. Azərbaycan Prezidenti digər məsələni də vurğuladı ki, kommunikasiya xətləri açılmalıdır, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Qərbi Azərbaycandan deportasiya olunmuş, illər boyu acınacaqlı şəraitdə yaşayan insanların geri dönüşünü təmin etmək üçün Qərbi Azərbaycan İcması ilə danışıqlara gedilməlidir. Bunlar bizim haqlı tələblərimizdir. Bundan geri durulacaqsa, təbii ki, sülh müqaviləsi də olmayacaq. Sülh müqaviləsinin imzalanması bizdən daha çox Ermənistana lazımdır. Biz problemlərimizi həll, ərazilərimizi işaldan azad eləmişik. Bizim üçün bütün kommunikasiyalar açıqdır. Bölgədə Azərbaycanın iştirak etmədiyi heç bir layihə reallaşa bilməz. Azərbaycan Prezidenti çox doğru ifadə elədi ki, özləri özlərini dalana salıblar. Bu gün havalar pis keçir. Ermənistanın Gürcüstan üzərindən Rusiyaya bir yolu var - Lars keçid məntəqəsi,. O da bağlıdır. Rusiyaya arxa çeviriblər, bu da əlavə bir faktdır. Dalana dirəniblər. Bircə qalıb, Cənub qonşumuz, onların yaxın dostu, sirdaşı olan İran dövləti. Onun da özü sanksiyalar altındadır. Ermənistan özünü elə çətin duruma salıb ki, kommunikasiyaların açılması çökmüş iqtisadiyyatına ancaq xeyir verə bilər. Təəssüf ki, bunu anlamırlar. Necə ki, 30 il ərzində dedik, anlamadılar. Nəticədə özləri çox böyük bəlalara düçar oldular. Yenə də havadarları onları revanşist addım atmağa təhrik edirlər, silahlandırırlar. Azərbaycan Prezidenti açıq formada dedi ki, Fransa, Hindistan, ABŞ Ermənistanı silahlandırmaqda davam edir. Bu da regionda sülhə, sabitliyə xidmət etmir. Əksinə, sülhə, sabitliyə ciddi təhdiddir, bunun qarşısı alınmalıdır. Biz istənilən halda bunun qarşısını alacağıq, hansı formada silahlanmalarından asılı olmayaraq. Onları silahlandıranlar da bilməlidirlər ki, bu silah-sursat ən yaxşı halda “Qənimətlər parkı”nı bəzəyən növbəti eksponatlara çevriləcək. Ermənistan bu cür siyasət yürütməklə əslində gələcəkdə qondarma dövlətin, qurumun bu arealda mövcudluğunu çox böyük sual altında qoymuş olacaq.

- AMİP milli məsələlərdə hakimiyyəti hər zaman dəstəkləyib. Azərbaycan hakimiyyətinin Qərblə indiki münasibətlərinə necə baxırsınız? Və siz hansı tərəfdəsiniz? Hakimiyyətin, yoxsa “demokratik” Qərbin?

- Təbii ki, dövlətimizin yanındayıq. Başqa cür ola da bilməz. Azərbaycanın üzərinə haqsız yerə gələn Qərb dairələri ilə bağlı mövqeyimiz olub. Bundan sonra da olacaq. Onların da diqqətlərinə çatdırmışıq. Biz İkinci Qarabağ savaşı zamanı Avropa Parlamentinin müxtəlif deputatlarına, beynəlxalq təşkilatlara partiyamız adından məktublarla müraciət etmişik. Dövlətimizin mövqeyinə dəstək vermişik və verəcəyik. Hansı dövlətlə, qurumla münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq...

2013-2014-cü illərdə bizim Avropa Parlamentində görüşlərimiz olmuşdu. İsveçin hazırda hakimiyyətdə olan partiyası ilə çox yaxşı əlaqələrimiz var. Birgə layihələrimiz, tədbirlərimiz olub. Onlar da dəfələrlə Bakıya gəliblər, biz səfərlərə getmişik. İsveçin Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri dəfələrlə Bakıya gəlib, Azərbaycanın hakimiyyət təmsilçiləri ilə görüşüb. Kifayət qədər pozitiv bir adamdır. Şərq tərəfdaşlığı layihəsinin rəhbərlərindən biridir. Biz orada olarkən, təşkilatçılar dedi ki, bizimlə görüşmək istəyən daha bir qurum var.

Məlum oldu ki, görüşmək istəyənlər Avropa Komissiyasının Cənubi Qafqazla işləyən bir qurumudur. Görüşümüz oldu, bizə dedilər ki, Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda demokratiya, insan haqları ilə bağlı müxtəlif layihələr reallaşdırırlar. İstədilər ki, Azərbaycanda bu layihələri bizimlə gerçəkləşdirsinlər. Onlardan hədəflərinin nə olduğunu soruşdum. Sualıma sualla cavab verdilər ki, AMİP hakimiyyətə gələrsə, Dağlıq Qarabağ məsələsilə bağlı hansısa güzəştə gedərmi? Dedim ki, biz bu məsələdə bəzən Azərbaycan hakimiyyətindən daha radikal mövqe sərgiləyirik. Hakimiyyətin bu məsələdə mövqeyini tam dəstəkləyirik. Heç bir güzəştdən söhbət gedə bilməz. Bizə həvəsləri söndü və layihə də gerçəkləşmədi. Sonra kimlərləsə işlədilər. Biz heç bir halda dövlət maraqlarını partiya maraqlarından, şəxsi maraqlardan arxada tutmamışıq. Dövlət marağı olan yerdə bütün maraqlar arxa plana keçir. Azərbaycan dövlətinə dost olana dost, düşmən olana düşmən mövqedə olmuşuq, olacağıq.

- Bəzi özlərini müxalifət adlandıranlar kimlərinsə diqtəsi ilə işləyir. Niyə belədir? Siz də müxalifətsiniz, yeri gələndə hakimiyyəti tənqid edirsiniz. Obyektiv tənqid edirsiniz. Amma məsələn, bəzi bolgerlər, Əli Kərimli kimi partiya sədrləri hadisələrə qərəzlə yanaşırlar. Fikrimizcə, onların dərdi hakimiyyətlə deyil, dövlət və xalqladır. Siz necə düşünürsünüz?

- Bu sualınıza misal gətirim, özünüz nəticə çıxarın. 2011-ci il idi, 2010-cu il parlament seçkilərindən sonra "İctimai palata" adında bir qurum formalaşmışdı. Qurumun əsas aparıcı siyasi təşkilatlarından biri AMİP idi. O zaman bizim qərargahda toplanıb, qərar verilmişdi. Sonra digər partiyanın qərargahında iclaslar olurdu. Mən bir layihə hazırladım, bu, Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı müraciət idi. O zaman Qarabağdan böyük dərdimiz yox idi. Sənəddə qeyd etdik ki, Minsk qrupunun cinayətkarcasına fəaliyyətsizliyi bizi qane etmir. O zaman indi adını çəkdiyimiz, çəkmədiyimiz radikal və qərəzli mövqe sərgiləyən bir çox siyasi təşkilatın rəhbərləri sənədi imzalamadılar. Səbəbini soruşduqda dedilər ki, bu gün-sabah hakimiyyətə gələcəklər, Avropa ilə münasibətləri pozmaq istəmirlər. O zaman biz özümüz bunu Azərbaycan Prezidentinə, ictimaiyyətinə göndərdik. Açıqlama verdik. Müəllif olaraq, sadəcə biz vardıq. Bizim də Avropada yaxşı əlaqələrimiz vardı. Amma dövlət hər şeydən üstündür. Dinimizdə də var ki, Vətəni sevmək imandandır. Vətən, Dövlət olmayandan sonra kimə xidmət edəcəksən? Nəyinsə qarşılığında qərəzli münasibət sərgilənir. Dövlət də böyük bir ailədir. Ailədə hansısa çatışmazlıq olanda bunu qonşuya şiyakət etmək necə görünürsə, Azərbaycan dövlətinin də problemlərini gedib hardasa qərəzli formada təqdim etmək elə görünür.

- AMİP artıq parlament partiyasıdır. Siz deputat seçilməmişdən əvvəl çıxışlarınızda partiyanızın bir sıra qanun layihələrinin olduğunu, bəzi qanunlarda dəyişiklik zərurəti yarandığını bildirmisiniz. Artıq Milli Məclisin deputatısınız. Azərbaycanda hansı yeni qanunların qəbulunu ehtiyac var və siz parlamentə yeni qanun layihələri təqdim etmək barədə düşünürsünüzmü?

- Düzü hələ təklif etməmişik. Müəyyən təkliflərimizi parlamentdə səsləndirmişik. Təkliflərimiz var, zaman keçdikcə təqdim edəcəyik. Hələ çox qısa müddətdir. Açığı, vaxt baxımından ciddi məhdudiyyətlərimiz var. Qarşıdan da bələdiyyə seçkiləri gəlir. Bununla bağlı da çox böyük iş aparılır. Partiya olaraq seçkiyə qatılacağıq.

- Parlamentdə təmsil olunan bəzi partiyaların liderləri zaman-zaman açıqlamalarında Milli Məclisdəki müxalifət partiy









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru