Kasıb zümrə ƏƏSMN-nin son dəyişikliklərindən boşuna həvəslənməsin... - Müslümovun "inqilabı" elə belə də olmalı idi...
Tarix: 2-03-2016, 08:25 | Çap et
İlk əvvəl onu bildirək ki, Səlim Müslümovun 3 ildir pafoslu danışmağına baxmayaraq onun rəhbərlik etdiyi Nazirlik ortaya sanballı nəsə çıxara bilmədi. Köhnə qaydaları kopiya edərək, onlara bir-iki əlavə etməklə işlərini bitmiş saydılar. Görünür bundan yaxşı nəsə etməyə qabiliyyətləri də çatmadı. Çünki başları ünvanlı sosial yardım sistemindən kasıbların, əlillərin, kimsəsizlərin yardım pullarını mənimsəməyə möhkəm qarışıb.
Səlim Müslümov ünvanlı sosial yardımla bağlı elektronlaşmanı böyük pafosla cəmiyyətə sırıdığına görə hamı oturub elə səbirsizliklə gözləyir ki, yardım üçün müraciət elektronlaşdıqdan sonra onlar evdə komputerin qarşısında oturub müraciət etməklə asanlıqla yardım ala biləcəklər. Belə fikirləşənlər bilməlidirlər ki, əsla belə olmayacaq. Yeni qaydalarda olan şərtlər bunu deməyə əsas verir. Səlim Müslümovun pafoslu çıxışlarına da aldanmasınlar. Bu adam pis gördüyü işi pafos hesabına yaxşı təqdim etmək sahəsində peşəkardır, gördüyü iş də ancaq budur: nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevi qabağa verib bütün çirkin işləri onun əli ilə gördürsün, özü də çıxıb pafoslu danışmaqları ilə onları pərdələsin.
Bu sadə həqiqəti bilməyənlər az qala fikirləşirlər ki, Səlim Müslümov doğurdan müsbət işlər görür. Çox keçməz belə düşündüklərinə görə yanıldıqlarını görəcəklər. Çoxları xəyal qırıqlığına uğrayacaq. Həqiqətən Səlim Müslümovla Əjdər Cəbiyev istənilən sistemdə özlərinin korrupsiya maraqlarını təmin etmələrinin peşəkarlarıdır. Onlar heç bir halda imkan verməzlər ki, əsas gəlir mənbələri əllərindən çıxsın. Buna heç kimin şübhəsi olmasın. Az müddət sonra hamı bunun şahidi olacaq. Yeni qaydalarla bağlı əsas nüanslar isə bunlardır:
1. Ünvanlı sosial yardım almaq üçün edilən müraciətin və onun təyin olunmasının tam elektronlaşdırılması ilə bağlı deyilənlər doğru deyil. Qaydaların 2.2 bəndində yazılır: ailəni təmsil edən şəxs (bundan sonra – təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər. “Və ya kağız üzərində” o deməkdir ki, özlərinə sərf edən adamların sənədlərini əvvəlki qaydada qəbul edə biləcəklər. Elektronlaşma güya məmur vətəndaş əlaqəsini kəsəcək. Digər tərəfdən də qaydalarda qeyd olunur ki, yardım almaq üçün müraciət edən vətəndaşların ev ünvanlarında işçilər tərəfindən yoxlamalar aparılacaq, onların maddi-məişət şəraiti qiymətləndiriləcək. Onda, bu necə məmur vətəndaş əlaqəsini kəsmək olacaq, başa düşülən deyil.
2. Əgər əvvəllər yardım almaq üçün müraciət edənlərin sənədlərinin 10 gün ərzində araşdırılması nəzərdə tutulurdusa, yeni qaydalarda bu müddət 15 günə qədər artırılıb.
3. Ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi hallarından biri kimi qaydalarda “Ərizə-bəyənnamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olduqda qeyd olunub. Konkret hansı məlumatlarla bağlı uyğunsuzluq qeyd edilmədiyindən, bu onlara imkan verəcək ki, yardım təyinatı aparmaq istəmədikləri ailələrə filan məlumatınız uyğun olmadı deyərək, insanların başlarını uzun müddət yazışma ilə qatsınlar. İkinci bir imtina halı kimi “ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda” göstərilib. Bu isə o deməkdir ki, məsələn, 3 nəfərdən ibarət ailənin bu xərcləri təxminən 40 manatdan çox olarsa həmin ailə yardım ala bilməyəcək.
4. Qaydaların 5.22 bəndində yazılır: ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablanma qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM(30%+11,7%+6,1%) + R + RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün adambaşına son 12(on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12(on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Bu birbaşa kasıb ailələrin əleyhinə olan bir qaydadır. Ailələrə təyin oluna biləcək sosial yardımın məbləğinin azaldılmasına və məhdudlaşdırılmasına hesablanıb. Məsələn, 2 azyaşlı uşaq və valideynlərdən ibarət 4 nəfərlik ailənin əgər yalnız bir əmək qabiliyyətli üzvü işləyib ayda 200 manat gəlir əldə etdiyi halda köhnə qaydalarla həmin ailəyə 220 manat (4*105 – 200) ünvanlı sosial yardım təyin olunurdusa, artıq yeni qaydalarla hesablandıqda bu yardımın məbləği 140-150 manatdan çox ola bilməz. Çünki hər bir ailə üzvünün orta aylıq gəliri realda olduğu kimi 50 manat (200:4) deyil, təqdim olunan hesablanma qaydasına görə məcburi olaraq 60-70 manat hesablanacaq. Bu da yuxarıda qeyd olunan aylıq gəlirə malik 4 nəfərlik ailənin hazırki dövrdə aldığı yardımın aylıq məbləğinin 70-80 manat azaldılması deməkdir.
5. Yeni qaydalara görə ailənin aldığı borc və kredit ailənin gəlirlərinə daxil ediləcəkdir. Bu dəyişiklik də aztəminatlı ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğinin azaldılması məqsədi daşıyır. Bu baxımdan da, ünvanlı sosial yardımın verilməsində ailənin təhsil haqqı ödəməsi və bankda kredit öhdəliyinin olmasına görə mövcud olan qadağaların aradan qaldırılmasının da bütövlükdə müsbət dəyişiklik kimi qələmə verilməsi doğru deyildir. Bir tərəfdən həmin qadağalar götürülür, ikinci tərəfdən isə yeni maneələr yaradılır. Məsələn, ailə borc və ya kredit götürüb təhsil haqqı ödəyərsə, o halda həmin borc və ya kreditin məbləği ailənin gəlirlərinə daxil edilir. Bu isə yenə sonda ailənin yardım ala bilməməsi deməkdir. Bu qədər insanları aldadan, absurd dəyişiklik olmaz ki. Yeni qaydalarda müsbət sayıla biləcək yeganə cəhət aztəminatlı ailəni təmsil edən şəxsə müxtəlif idarələrdən sənədlər toplamaqdan azad olmağı nəzərdə tutan elektron formada müraciət etmək imkanının yaradılmasıdır ki, onun da necə işləyəcəyi, vətəndaşlara faydalı olub-olmayacağını zaman göstərəcək. Qeyd olunanlarla bağlı ortaya çıxan əsas sual budur: görən qaydaları bu formada dəyişdirməklə kasıb insanları hökumətdən narazı salmaqda Səlim Müslümovun güddüyü əsas məqsəd nədir? Cavid Əliyev – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03 |
|
|
|
• Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17 |
|
|
|
• “Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14 |
|
|
|
• Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40 |
|
|
|
• Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37 |
|
|
|
• "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32 |
|
|
|
• Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27 |
|
|
|
• Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24 |
|
|
|
• Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22 |
|
|
|
• Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16 |
|
|
|
• "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23 |
|
|
|
• Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18 |
|
|
|
• Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15 |
|
|
|
• Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11 |
|
|
|
• Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16 |
|
|
|
• Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13 |
|
|
|
• Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09 |
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35 |
|
|
|
• Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
• "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Dünən, 16:29 |
|
|
|
• Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Dünən, 16:14 |
|
|
|
• Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Dünən, 16:12 |
|
|
|
• Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Dünən, 16:09 |
|
|
|
• “Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Dünən, 16:07 |
|
|
|
• Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:35 |
|
|
|
• Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Dünən, 15:32 |
|
|
|
• “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Dünən, 15:29 |
|
|
|
• Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:24 |
|
|
|
• Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Dünən, 15:21 |
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Dünən, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Dünən, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Dünən, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Dünən, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Dünən, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Dünən, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Dünən, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Dünən, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Dünən, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Dünən, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Dünən, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Dünən, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Dünən, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Dünən, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Dünən, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Dünən, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Dünən, 06:33 |
|
|
|
|