Azərbaycan Universitetində təhsildən xəbər verən yoxdur... - Hər şey pulun üzərində qurulub...
Tarix: 19-01-2016, 11:45 | Çap et
Redaksiyamıza təqdim olunan açıqlamalarda Azərbaycan Universitetində bu gün tələbələrin də bir sıra problemlərlə üz-üzə qaldıqları vurğulanır: “Bu gün Azərbaycan Universitetinin tələbələrindən digər müəssisələrdə keçirilməsi nəzərdə tutulan təcrübədə iştirak etmək üçün əsassız şəkildə 360 (üç yüz altmış) manat və buraxılış imtahanında iştirak etməyə icazənin rektor tərəfindən verilməsi üçün də 500 (beş yüz) manat ödəmələri tələb olunur. Bu tələb universitetin rektorunun şəxsən qəbulunda və görüşlərində onun özü tərəfindən, həmçinin bu məsələ ilə bağlı Tədris şöbəsinə müraciət edərkən şöbə müdiri Ədalət Əliyev və digər əməkdaşlar tərəfindən irəli sürülür.” Tələbələr isə iddia edirlər ki, bu tələb qanuna ziddir. Belə ki, onlar təcrübədə və dövlət imtahanında iştirak üçün əslində bütün kreditləri təhsil haqqı formasında IV kusun əvvəlində ödəmişlər. Əvvəlki illərdə bu cür tələblərə rast gəlinməyib və bu yenilik yalnız bu ildən tətbiq olunub: “Bu tələb tamamilə əsassız iddiadır. Belə halların olması bir başa rektor Fərid Əhmədovun şəxsi maraqlarına xidmət edir...” Daxil olmuş yeni məlumatda isə, universitetdə həyata keçirilən bütün bu qanuni-qanunsuz pul yığımlarına rəğmən, AU rəhbərliyi tərəfindən hətta öz icarə haqqı ödənişlərinin belə həyata keçirilmədiyi və bu səbəbdən də artıq bir ali təhsil müəssisəsi kimi fəaliyyətinin sual altında qaldığı bildirilir. Açıqlamada ilk növbədə qeyd olunur ki, Azərbaycan Universitetinin lisenziyasının müddəti 2013-cü ildə bitmişdir. Universitet iki ilə yaxın lisenziyasız, yəni qanunsuz fəaliyyət göstərdiyi halda, son bir il ərzində, bağlanmış Asiya Universitetindən rektor Fərid Əhmədovun tanışlarının vasitəsilə AU-ya tələbələrin köçürülməsi aparılmışdır. Belə qeyri-qanuni tədbirlərin kimlərin və hansı formada həyata keçirdiyi isə məlum deyil. Daha sonra məlumatda Azərbaycan Universitetinin lisenziya ala bilməməsinin əsas səbəblərinə aydınlıq gətirilir. Bildirilir ki, yeni dəyişikliklər edilmiş lisenziyalaşdırma qaydalarına əsasən bu ali təhsil müəssisənin yerləşdiyi binaların müvafiq qeydiyyat sənədləri, bu binaların təhsil xidmətləri göstərilməsi üçün dövlət standartlarına uyğun və yararlı olması haqda müvafiq icra hakimiyyəti orqanının rəyi, rəsmi razılığı tələb olunur. Qanunvericiliyə əsasən, ali təhsil müəssisəsinin yerləşdiyi binanın ümumi sahəsi orada təhsil alan hər bir tələbəyə 8-10 kvadrat metr nəzərdə tutulmaqla seçilməlidir. Azərbaycan Universitetinin 2015-2016-cı tədris ilində 3 tədris binasında dərslərin keçilməsi nəzərdə tutulmuşdur. Dərs ilinin başlanğıcı, 15 Sentyabr tarixinə universitetdə hər tələbəyə 5-6 kvadrat metr sahə düşürdü, bu da müəyyən olunmuş standartlardan çox azdır. Elə bir neçə il lisenziyanın verilməməsinin əsas səbəbi də bundan ibarətdir. Lakin 2016-cı ilin yanvarından etibarən universitet yerləşdiyi 1-ci tədris binasının kirayə haqqını ödəyə bilmədiyi və hazırki dövrdə də icarədara aylarla ödəmədiyi böyük məbləğdə kirayə borcu olduğu üçün oranı tərk etmək məcburiyyətində qaldı. Artıq Azərbaycan Universiteti iki tədris binasında fəaliyyət göstərir və bu da hər tələbəyə düşən sahənin 3-4 kvadrat metrə düşməsi deməkdir. Universitetin bu iki tədris binasından birinin – Tbilisi prospektində yerləşən 2-ci tədris binasının isə, ümumiyyətlə qeydiyyat sənədi və təhlükəsizlik normalarına uyğun olması haqda sənədləri olmadığı üçün universitetin orada hansı əsaslarla fəaliyyət göstərməsi məlum deyil. Belə olduğu halda, universitetdə hər tələbəyə rəsmi qeydiyyata düşən sahə 3-4 kvadrat metrdən də aşağı düşür. Əgər Azərbaycan Universitetinə hətta rektor və təsisçilərin geniş əlaqələri və təzyiqləri vasitəsilə əvvəl yerləşdiyi 1-ci tədris binasının qeydiyyat sənədlərinə əsasən lisenziya verilmiş olsa da belə, indiki dövrdə universitet bu binadan artıq köçmüşdürsə, bu lisenziya geri çağrılaraq ləğv edilməlidir. Qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Universitetinin bir təhsil müəssisəsi kimi fəaliyyəti qeyri-qanuni və yolverilməzdir. Tələbələrin verdikləri məlumatlara əsasən, hazırki dövrdə otaqlarda yerləşdirmə ilə bağlı tələbələr və müəllimlər universitetdə çox əziyyət çəkirlər. Azərbaycan Universitetində digər ali məktəblərlə müqayisədə daha çox təhsil haqqı ödəyən tələbələrə otaq çatışmadığı üçün zirzəmilərdə dərs keçilir. Maraqlıdır, öz müsahibələrində müəllimlərin tələbələrlə auditoriyadan əlavə məşğul olmaları üçün xüsusi otaqlar ayrılacağını vəd edən rektor Fərid Əhmədov bu vədinə görəsən necə əməl edəcək?
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
• "Ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib" - AZAL-ın prezidenti
Bu gün, 12:23 |
|
|
|
• Sənan Əsədzadə maşın almaq istəyən vətəndaşın 27 min manatını qaytarmır - Nə maşından xəbər var, nə də puldan!
Bu gün, 12:20 |
|
|
|
• "Şəhər açıq şəkildə görünürdü... lakin eniş etməyə icazə vermədilər" - Hökümə xanım sanki öləcəyini hiss etmişdi...
Bu gün, 12:08 |
|
|
|
• Koronaya yoluxduğu deyilən Paşinyan Aİ sammitinə qatılacaq... - BƏHANƏ İMİŞ...
Bu gün, 12:01 |
|
|
|
• Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Cahangir Hacıyevin səhhəti pisləşib - vəkilindən AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar - “Regnum”
Bu gün, 11:41 |
|
|
|
• Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir
Bu gün, 11:32 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azintelekom”la “alveri” baş tutmadı
Bu gün, 11:30 |
|
|
|
• "Deməli, bu pul rəhbərlik tərəfindən yeyilir..." - İTTİHAM VAR...
Bu gün, 11:26 |
|
|
|
• Ankara ilə İrəvan arasında dialoq... - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? – Mühüm plan işə düşür
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 11:06 |
|
|
|
|