Bu dəfə şəhid atasının döyüş dostları Cavid üçün prezidentə ağız açdılar - MÜRACİƏT
Tarix: 21-08-2015, 15:05 | Çap et
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları tərəfindən
MÜRACİƏT
Bu müraciəti vətənimizin dilbər güşəsi Cəbrayılın işğalının 22-ci ildönümü günündə ünvanlayırıq. Biz aşağıda bu müraciəti imzalayan 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları dövlətimizin, millətimizin və müqəddəs qanunlarımız qarşısında məsuliyyətimizi dərk edirik. Bizim hərbi hissə hələ özünümüdafiə dəstəsi kimi fəaliyyət göstərdiyi gündən Milli Ordu yaranan günədək şanlı döyüş yolu keçmişdir. Cəbrayılla həmsərhəd Hadrut rayonunun 15 kəndinin erməni quldurlarından azad etmiş, Cəbrayıl işğal olunan günədək 1 qarış da torpağımızın işğalına yol verməmişdir. Döyüşlərdə alayın yüzlərlə döyüşçüsü şəhid və əlil olmuşdur, 6 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Rayon işğal olunandan sonra alayın döyüşçüləri Ağdam istiqamətinə göndərilmiş və burada da qəhrəmancasına döyüşmüşdür. Həmin döyüşlərdə şəhid olanlardan biri də bu gün mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində şübhəli şəxs qismində saxlanılan “Qəbələ” futbol komandasının kapitanı və milli komandamızın üzvü Cavid Hüseynovun atası 896 saylı Hərbi Hissənin Batalyon komandiri Abbasov Şakir Hüseyn oğludur. Şakir Abbasov erməni təcavüzü başlayandan müəllim qələmini silahla əvəz etmişdir. O, Cəbrayılda yaradılan ilk özünümüdafiə dəstəsinin 35 üzvündən biri idi və həmin dəstənin komandir müavini olmuşdur. Sonralar 704 saylı hərbi hissənin komandir müavini, daha sonra 896 saylı hərbi hissənin məhşur Sirik batalyonunun komandiri olmuşdur. Şakir müəllim həmin 15 erməni kəndinin erməni quldurlarından azad edilməsində, Cəbrayılın və qonşu rayonların müdafiəsində, əsir və girovların azad edilməsində, həmçinin şəhid meyitlərinin ermənilərdən alınaraq doğmalarına qaytarılmasında müstəsna xidmət göstərmişdir. Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə ağır yaralansa da döyüş meydanını tərk etməmiş, döyüşlərdə rəhbərliyi davam etdirmiş və növbəti dəfə təkrar ağır yaralanaraq şəhid olmuşdur. Onun qəhrəmanlığı Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli, 1552 nömrəli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Şakir müəllim qeyrətli bir vətən oğlu olmaqla bərabər, gözəl ailə başçısı idi. Şəhid olduğu zaman Şərafəddinin 6, Cavidin 4, qızı Nigarın 1 yaşı var idi. Həyat yoldaşı Xalidə müəllimə öz övladlarını şəhidin adına, dövlətinə, millətinə sadiq bir övlad kimi böyütmüşdür. Məcburi köçkün həyatı, ağır maddi-mənəvi durum bu ailəni bir an olsun belə bu müqəddəs yoldan döndərə bilməmişdir.
Cənab Ali Baş Komandan! Biz Qarabağ döyüşçüləri, şəhidlik zirvəsinə ucalmış qardaşlarımızı torpağa tapşırarkən məzarları başında söz verərək demişik: “Rahat yatın qardaşlar, intiqamınızı alacağıq, üçrəngli bayrağımız Xankəndidə dalğalanacaq. Ailəniz və övladlarının bizə əmanətdir, onlara öz övladlarımız kimi baxacağıq.” Cənab Ali Baş Komandan, sizin bu gün əsgərləriniz olaraq bu anda həmişə sadiqik və siz əmrinizlə istənilən vaxt torpaqlarımızı azad etməyə hazırıq. Bu zaman inanın ki, Şakir müəllimin hər iki oğul övladı bizimlə birlikdə olacaq və Allah o günü bizə qismət edəcəkdir. Ancaq çox təəssüf ki, adi məişət zəmnində baş vermiş bir hadisəyə görə bizim şəhid qardaşımızın oğlu Cavid Hüseynovun adı qanunsuz və əsassız olaraq hallandırılır. Bəzi dırnaq arası jurnalistlərin səyi nəticəsində bu məsələ qabardıldı və Azərbaycan dövlətinin imicinə böyük zərbə dəydi. Hətta Avropa Şurasının Baş Katibi Turbyörn Yaqland və bəzi beynəlxalq qurumlar məsələni araşdırmadan saxta bəyanatlar verərək adi məişət zəmnində baş verən hadisəni siyasiləşdirmiş və bundan Azərbaycana təzyiq kimi istifadə etməyə başlamışdır. Hətta ölkə daxilində bəzi müxalif qurumlar da bundan istifadə edərək Azərbaycanda söz azadlığınaqarşı baş vermiş bir hadisə kimi dəyərləndirmişdir. Cənab Prezident, çox yaxşı oldu ki, bu işi dərhal nəzarətə götürdünüz. Biz inanırıq ki, günahkarlar öz layiqli cəzasını alacaq.Mərhum jurnalist Rasim Əliyev də bir atanın, bir ananın övladı idi, bacısı və nişanlısı var idi, yaxınlarda toyu olacaqdı. Bütün bu adamların Rasimlə bağlı böyük arzuları var idi. Rasimin dəfni mərasimini izləmək adamı dəhşətə gətirirdi. Çox heyif ki, adi bir anlaşılmazlıq, sosial şəbəkələrdə iki gəncin yersiz mübahisəsi ölümlə nəticələndi, Əlbəttə bunu heç kəs istəməzdi. Ancaq bəzi vətən xainləri bu faciədən öz maraqları üçün istifadə etməyə başlamış və qismən də olsa ictimai fikri düzgün olmayan istiqamətə yönəltməyə nail ola bilmişdir. Biz bununla bağlı Baş Prokuror Zakir Qaralova da müraciət etmişik. Həmçinin bildirik ki, bizim bu müraciət istintaqa təzyiq kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq biz əminik ki, Cavidin bu işdən xəbəri yoxdur. Çünki Şakir Hüseynov kimi qəhrəman bir döyüşçünün, şəhidin oğlu və bu ruhda böyüyüb tərbiyə almış bir vətən övladı öz millətindən olan qardaşının ölümünə səbəb ola bilməz. Lakin sözsüz ki, bütün bu faktlar hər biri istintaqın yekununda müəyyənləşəcək və ictimaiyyət əsl həqiəti öyrənəcəkdir. Biz Cənab Baş Prokurordanxahiş edirik ki, Cavidin şəhid övladı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının ağır səhhətini, onun Azərbaycan futbolu qarşısında xidmətlərini nəzərə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərsin. Biz 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranlarısöz verib Sizi əmin edirik ki, Cavid Hüseynov bu müddət ərzində istintaqa yaxından hərtərəfli kömək göstərəcək, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Hörmətlə:896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları İmzalar: 1. Şirinov Tehran Xəlil oğlu. 2. Həsənov Təvəkkül Namaz oğlu. 3. Mustafayev Tofiq Alim oğlu. 4. Hüseynov Ziyafət Məhərrəm oğlu. 5. Mirzəyev Səxavət Osman oğlu. 6. İsmayılov Azər Yusif oğlu. 7. İsmayılov Faiq Yusif oğlu. 8. Babayev Rufulla Hüseyn oğlu. 9. Allahverdiyev Tahir Bəbir oğlu. 10. Allahverdiyev Mahir Bəbir oğlu. 11. Novruzov Maarif Arif oğlu. 12. Hüseynov Elxan Zəkəriyyə oğlu. 13. Quliyev Fuad Şəhriyar oğlu. 14. Quliyev Fikrət Şəhriyar oğlu. 15. Sabirov Sabir Əli oğlu. 16. Sabirov Valeh Əli oğlu. 17. Əmirov Elçin Ağakişi oğlu. 18. Əliyev Vaqif Adışirin oğlu. 19. Quliyev Əkrəm Əliəkbər oğlu. 20. Hüseynov Valeh Hüseyn oğlu. 21. Hüseynov Mustafa Hüseyn oğlu. 22. Hüseynov Kərəm Ərşad oğlu. 23. Quliyev Nəbi Qurban oğlu. 24. Hüseynov Mehman Əli oğlu. 25. Məmmədov Müşfiq Hüseyn oğlu.\\teref.info\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39 |
|
|
|
• “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34 |
|
|
|
• Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31 |
|
|
|
• Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26 |
|
|
|
• Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23 |
|
|
|
• O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05 |
|
|
|
• Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04 |
|
|
|
• Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02 |
|
|
|
• Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36 |
|
|
|
• Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11 |
|
|
|
• Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01 |
|
|
|
• Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58 |
|
|
|
• Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55 |
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Dünən, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39 |
|
|
|
|