Salyan səhiyyəsinə insan canını əmanət etmək risqli hesab olunur - PROBLEM
Tarix: 7-11-2014, 16:05 | Çap et
Ölkəmizin səhiyyə sistemi bərbad vəziyyətdədir. Bu faktı heç kim inkar edə bilməz. Dövlət büdcəsindən hər il səhiyyə sektoruna ayrılan vəsaitlər artırılsa da, hələlik bu sahədə inkişafdan söhbət belə gedə bilməz. Bölgələrdə isə səhiyyə sistemi məhv olmaq həddinə gəlib çatıb. Bir sıra rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində ölkənin müvafiq qanunları yox, ayrı-ayrı fərdlərin, daha doğrusu baş həkimlərin tətbiq etdiyi qaydalar əsas rol oynayır. Səhiyyənin acınacaqlı halda olduğu rayonlarımızdan biri də Salyandır.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu vaxta kimi rayonun səhiyyə sistemində üzə çıxan neqativ məqamlarla bağlı saysız-hesabsız tənqidi məqalələr dərc olunub. Amma buna baxmayaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) rəhbərliyi, konkret olaraq Hüseynağa Həsənov fəaliyyətində dönüş yaratmaq istəmir ki, istəmir. Baş həkimin hansı səbəblərə görə vəzifəsinə yetəri qədər məsuliyyət göstərməməsi sirli məsələdir. Məlumat üçün bildirək ki, rayonda əhalinin sağlamlığını qorumaq məqsədi ilə 36 ambulator-poliklinika müəssisələri, 14 xəstəxana fəaliyyət göstərir. 1370 çarpayılıq bu tibb ocaqlarında 344 həkim və 917 orta tibb işçisi çalışır. Mərkəzi xəstəxananın yerləşdiyi bina 2008-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. 248 çarpayılıq olan xəstəxənada 9 şöbə-qəbul, terapiya, cərrahiyyə, yoluxucu xəstəliklər, anestezioloq-reanimasiya, kardioloji, doğum evi, mamalıq və oftolmaloji şöbə fəaliyyət göstərir. Adının çəkilməməsini xahiş edən sakinlərin redaksiyamıza verdiyi məlumata görə, Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov vətəndaşları incitməklə məşğuldur: "Mərkəzi xəstəxananın binası müasir üslubda əsaslı təmir olunub. Bu hər birimizi qane edir. Bizi qane etməyən isə baş həkimin özbaşına əməlləridir. Çünki Hüseynağa Həsənov vətəndaşlara normal səviyyədə münasibət və tibbi xidmət göstərə bilmir. Bu səbəbdən bəzi sakinlər müayinə olunmaq üçün paytaxta üz tuturlar. Mərkəzi xəstəxanada çalışan həkimlərin əksəriyyəti xəstələrin maddi imkanı ilə maraqlanır. Əgər xəstənin cibi həkimi razı salırsa, ona ən yüksək səviyyədə xidmət göstərirlər. Yox əksinədirsə heç xəstənin üzünə belə baxmırlar. Xəstə yerdə can versə də, onunla maraqlanmırlar. Son üç il ərzində mərkəzi xəstəxana tamamilə acınacaqlı hala düşüb. Bunun tək səbəbkarı var, o da baş həkimdir. Xəstəxananın demək olar ki, bütün şöbələrində qanun pozuntuları mövcuddur. Həkim səhlənkarlığı doğum evində özünü daha qabarıq formada göstərir. Şöbənin bəzi həkimlərinin peşəkarlıq səviyyəsi çox aşağıdır və bu üzdən doğuş əməliyyatları zamanı müxtəlif fəsadlar üzə çıxır. Hüseynağa müəllim baş həkim vəzifəsinə təyin olunandan sonra bu sahədə vəziyyət daha da pisləşib. Doğum evində qeydə alınan xoşagəlməz halların bir çoxu şöbə müdiri və baş həkim tərəfindən ört-basdır edilir. Əhalinin salyanlı həkimlərə inamı qalmayıb". Sakinlər həmçinin bildirir ki, Salyan Mərkəzi Xəstəxanasında qeydiyyatda olan şəkərli və digər imtiyazlı xəstələr süni əngəllə qarşılaşırlar: "Bildiyiniz kimi, dövlət güzəştli kateqoriyadan olan insanların maddi durumunu nəzərə alaraq onlara pulsuz dərman preparatları, həmçinin tibbi ləvazimatlar ayırır. Təəssüflər olsun ki, şəkərli diabet, vərəmli xəstələr bu dərmanları ala bilmirlər. Daha doğrusu, həkimlər həmin xəstələrdən nəysə umurlar. Məsələn, şəkəri ölçən aparat diabetli xəstələrə nəyinsə qarşılığında verilir. Vətəndaşlar buna etirazlarını bildirəndə isə həkimlər deyir ki, gedin nə şikayətiniz varsa Hüseynağa Həsənova bildirin. Çünki bu şəraiti baş həkim yaradıb. Rayonun bütün səhiyyə müəssisələrində vəziyyət eynidir. Kənd yerlərində yaşayan insanlar artıq cana doyublar. Ona görə ki, kənd xəstəxanalarının çoxunda şərait yoxdur. Məsələn, Parçaxalac kənd Sahə Xəstəxanasında sakinlərə tələb olunan şəkildə tibbi xidmət göstərilmir. Pediatriya, terapiya və doğum şöbələrindən ibarət olan xəstəxanada 31 işçinin nəyə görə saxlandığı məlum deyil. Qış aylarında vəziyyət bir qədər də çətinləşir. Təcili tibb yardım maşınları istifadəyə yararsız vəziyyətdədir. Bu üzdən qış fəslində təcili tibbi yardım maşınları çağırılan ünvana vaxtında çata bilmirlər. Salyanın səhiyyə sistemində mövcud olan problemlər saymaqla bitib-tükənməz. Nazir Oqtay Şirəliyev vəziyyətə müdaxilə etməsə, baş həkimi cəzalandırmasa, mərkəzi xəstəxana, ümumilikdə rayonun səhiyyə sistemi bundan da ağır duruma düşə bilər". İrəli sürülən ittihamları araşdırmaq üçün qarşı tərəflə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı. Buna rəğmən, baş həkimin də münasibətini dərc etməyə hazırıq. Yəqin ki, Səhiyyə Nazirliyinin rəhbərliyi yaxın vaxtlarda Salyan RMX-nin fəaliyyətinə nəzarəti gücləndirəcək və baş həkimin barəsində lazımi tədbirlər görəcək. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22 |
|
|
|
• `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09 |
|
|
|
• "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07 |
|
|
|
• Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03 |
|
|
|
• Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59 |
|
|
|
• "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55 |
|
|
|
• Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47 |
|
|
|
• Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39 |
|
|
|
• "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35 |
|
|
|
• BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31 |
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
|