`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... .....                     Makronun BATIRDIĞI FRANSA... .....                     İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… .....                     "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" .....                     Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı .....                     "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                 

Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb - SOCAR hansı xərcləri ixtisar edə bilər?
Tarix: 14-10-2014, 14:46 | Çap et
Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb
Dünya bazarlarında neftin qiyməti 3 ay öncədən enməyə başlasa da, Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) rəhbərliyi bir az əvvəl narahat olmadıqlarını bildirmişdi. Rövnəq Abdullayev ötən ay verdiyi açıqlamasında dünya bazarlarında qiymətlə bağlı yaranan vəziyyətlə əlaqədar şirkətin illik gəlirləri üçün heç bir təhlükənin mövcud olmadığını söyləmişdi. Ancaq son açıqlamasında SOCAR rəhbərliyi xərclərin korrektəsindən danışıb.

Bu barədə yazan iqtisadçı Pərviz Heydərovun fikrincə, bunun məhz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin büdcədə qiyməti düzgün müəyyən etməli olduğu barədə söylədiyi fikirdən sonraya təsadüf etməsi diqqəti cəlb edir: «Prezident sözügedən iclasda xatırlatdı ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun hesabına təmin edilir. “Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq” - deyə dövlət başçısı vurğuladı.
Maraqlıdır ki, R. Abdullayev də SOCAR-ın məhz investisiya proqramlarının icrasına çəkdiyi xərclərin korrektəsindən danışıb. Bu da təbiidir. O mənada ki, neftin qiyməti nə qədər minimuma ensə də, dövlət büdcəsinə ödənişlər azaldıla bilməz. Ona görə ki, büdcə neftdən çox asılı vəziyyətdədir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, Vergilər Nazirliyi (VN) ilə Dövlət Gömrük Komitəsinin və digər qurumların xətti ilə qeyri-neft sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə imkan vermir. Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir”.
İqtisadçı hesab edir ki, ümumiyyətlə, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun tətbiqinə dair Prezident fərmanının 1-ci bəndində göstərilir ki, adıçəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmanı təmin etmək üçün dövlət orqanları və müəssisələri istiqamətində tapşırıqların minimum həddi ARDNŞ xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825 milyard (sözügedən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə yığımın buna dəxli yoxdur), Neft Fondundan transfert 9,337 milyard, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi isə 0,977 milyard manat müəyyən edilsin.
Cəmi 12 milyard 139 milyon manat... Bütün bunların müqabilində isə sözügedən sənədin 1.1.3. maddəsində qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 4,300 milyard manat nəzərdə tutulub.
Yeri gəlmişkən, dövlət büdcəsinə Neft Fondundan bu il üçün nəzərdə tutulan 9,337 milyard transfert keçən ildəkindən 17,7 faiz az təşkil edir. Odur ki, SOCAR üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödənişlərdə də bu və ya digər səbəbdən kəsirlə həyata keçirilərsə, ən zəruri xərc maddələri maliyyələşdirilə bilməyəcək.
Yeri gəlmişkən, ötən 9 ayda dövlət büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə yetirilib ki, göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu isə o deməkdir ki, dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.
Bu baxımdan da, VN hələ ilin 1-ci yarısında bildirmişdi ki, SOCAR cari il üçün proqnozlaşdırılan 1,825 milyard manatı tam ödəyəcək. Qeyd olunan məbləğ isə VN xətti ilə toplanacaq ümumi məbləğin təqribən 25 %-i deməkdir.
Bəs, görəsən, adıçəkilən şirkət məhz hansı xərcləri ixtisar etmək niyyətindədir?
Məsələ bundadır ki, bu ilin dövlət büdcəsində neftin 1 bareli 100 ABŞ dollarından hesablanıb. 2014-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycan neftinin orta qiyməti təxminən 109 dollar təşkil edib. Düzdür, iyun və oktyabr ayları arasında təqribən 20 faiz enib. Və hazırda 100 dollardan aşağı səviyyədədir. Lakin ilin sonunadək qiymət 90-95 dollar arasında qalarsa, bu il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcək. SOCAR rəhbərliyinin əvvəlki nikbinliyi də, ola bilsin ki, bundan bəhrələnirdi.
Ancaq kim zəmanət verə bilər ki, qiymət bundan aşağı enməyəcək?
İqtisadçının bildirdiyinə görə, iş ondadır ki, ölkəmizdə hasilat da enir. Artıq bir neçə ildir ardıcıl olaraq davam edən prosesə bahəm, cari ildə ölkəmizdə 41,2 milyon ton neft və 28,8 milyard kubmetr isə qaz hasil olunacağı gözlənilir ki, keçən ilsə SOCAR-ın məlumatına əsasən, 43,48 milyon ton neft, 29,46 milyard kubmetr qaz hasil etmişdik.
Keçən ilin nəticəsinə görə, SOCAR-ın ümumi gəliri 38,43 milyard dollar təşkil etmişdi ki, bu da 2012-ci ildəki 17,14 milyarddan 21,29 milyard dollar çox idi. Ümumi gəlirlərin 8,95 milyard manatı neft, 1,85 milyardı isə neftkimya məhsullarının payına düşüb.
SOCAR-in satdığı neftdən büdcədə nəzərdə tutulan qiymətdən yuxarı olan məbləğ arasındakı fərq vergi çıxıldıqdan sonra Neft Fonduna da köçürüldüyündən (hərçənd, son vaxtlar bu barədə hesabat verilmir) növbəti ildən qiymət azı 80 dollara salınmalıdır. Çünki müşahidəyə əsasən, yaxın perspektivdə qiymət 100-ü ötməyəcək. Ölkəmizdə genişmiqyaslı investisiya siyasəti üçün isə dünya bazarlarında qiymət azı 100 dollar təşkil etməlidir.
Odur ki, R. Abdullayev rəhbərlik etdiyi şirkətin məhz investisiya proqramlarından danışıb. Məlumat üçün qeyd edək ki, SOCAR ölkəmizdə yeganə neft məhsulları istehsalçısı olmaqla Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyalarına da malikdir. Bundan əlavə, adıçəkilən şirkət Türkiyədə “Petgim” neftkimya kompleksinin, həmçinin digər aktivlərin ortağı sayılır.
Ümumiyyətlə, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə ilk yerdədirsə, bundan sonra Gürcüstan gəlir. Təkcə, Türkiyəyə SOCAR-ın 2018-ci ilədək 17 milyard ABŞ dolları həcmində investisiya yatıracağı gözlənilir ki, neftin dünya bazarlarında ucuzlaşması ilə əlaqədar, ola bilsin, məhz bu ölkələrdəki layihələr dayandırılsın.
Bir sözlə, göründüyü kimi Rövnəq Abdullayev xərclərin ixtisarı istiqamətində əməliyyat aparmağa məcburdur. Amma Dövlət Neft Şirkəti prezidentinin əsas çətin seçimi hansı xərclərin azaldılması yönündədir. Onun bu istiqamətdə necə qərarlar qəbul edəcəyini isə zaman göstərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15
İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11
"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17
"Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru