"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
 “Dünya Ana dili gününün keçirilməsindən bir neçə gün sonra, yəni fevralın 26-sı İran parlamentində bir layihə təqdim olundu. Bu layihənin də mahiyyətində bu var idi ki, orada qeyri-fars millətlər üçün həftədə iki saat yeddinci və 10-cu siniflər üçün şərait yaradılsın ki, onlar öz dili və ədəbiyyatı haqqında məlumat alsınlar. Yəni “dil öyrənsinlər” deyil, dil və ədəbiyyat haqqında bir az məlumat alsınlar. Bu layihə 47 ildən sonra İran parlamentində gündəmə gətirildi və orada biz gördük ki, 246 “millət vəkilləri”ndən ibarət parlamentin iclasında 130 millət vəkili buna “yox” dedi. Beş nəfər tərəfsiz qaldı və 104 nəfər millət vəkili buna səs verdilər. Orada müxalif olanlar iddia etdilər ki, bu da İranın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır”. Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, halbuki bu layihənin hazırlanması, əsası onların dediyinə görə, İran konstitusiyasının 15-ci maddəsinə dayanır: “Orada nəzərdə tutur ki, fars dili rəsmi dildir, müştərək dildir, amma onunla yanaşı mətbuatda, məktəblərdə və s. digər xalqların dilləri də azaddır. Yəni oxuya bilərlər, bu davranış cinayət məsuliyyəti təşkil etmir. Hətta öz yazdıqları konstitutsiya əsasında qanun layihəsini parlamentə gətirirlər və sonra deyirlər ki, bu qanun ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır. Bu da o deməkdir ki, İranda qeyri-fars millətlərinin dilinə, mədəniyyətinə və milli kimliyinə münasibətdə bir sistematik məhvetmə siyasəti var və bu siyasəti açıq şəkildə ortaya qoyulub”.
Sadiq İsabəyli qeyd edib ki, bu layihə BMT-nin beynəlxalq mədəni və siyasi normativlərinə görə, mədəni soyqırıma bərabərdir.
“Yəni əgər orada bir millətin dili, kimliyi, mədəniyyəti farslaşdırılırsa və ya inkar olunursa, onlar təhqir olunursa, demək ki, bu da məqsədyönlü aparılan bir siyasətdir və bu məqsədyönlü siyasətin də adı mədəni soyqırımdır. Bu mədəni soyqırım siyasətindən XXI əsrdə bu fars- molla rejimi əl çəkmək istəmir”-deyən Sadiq İsabəyli hesab edir ki, İranın Azərbaycan türklərinə münasibəti düşmənçilik əsasında formalaşan bir münasibətdir.
“Bu, artıq onların ideoloji, siyasi mahiyyətini təşkil edən bir sürəcə keçib. Ondan da əl çəkmək istəmirlər. Əl çəkə də bilmirlər və çalışırlar ki, elə o ideologiya əsasında siyasətlərini aparmaqla hegemonluq məqsədlərinə çatsınlar. Bütün cəhdləri budur ki, desinlər ki, “İran yalnız fars dili əsasında formalaşan bir ölkədir. Orada digər millətlərin varlığı, mövcudluğu, kimlikləri artıq rəsmiyyətlə tanımır və bu əsasda da çalışırlar ki, siyasətlərini aparsınlar”-deyən siyasi şərhçi bildirib ki, biz öz növbəmizdə təbii ki, bütün bu proseslərə mədəni etirazlarımızı bildiririk.
“Millətimiz artıq neçə gündür ki, müxtəlif formada bu məsələyə öz etirazını bildirir. Çünki haqlı olduğumuzu biz əsaslandırırıq. Yəni BMT-nin qəbul etdiyi qərarlar bizim millətə o imkanı verir ki, öz milli, mədəni hüquqlarını müdafiə etsin, onunla bağlı mübarizə aparsın. Təbii ki, bu istiqamətdə biz çalışırıq. Çalışırıq ki, millətimizə də bunu çatdıraq ki, bu, Azərbaycan türklərinə qarşı fars-faşist rejimi tərəfinə yönəlmiş bir soyqırım siyasətidir və biz icazə verə bilmərik ki, Azərbaycan dili və mədəniyyəti sistematik şəkildə qadağan edilsin, təhrif edilsin və millətimizin mədəni varlığı onun əlindən alınsın.
Siz görürsünüz ki, bir çox yığıncaqlarda millətimiz bir ağızdan deyir ki, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”... Bunlar ciddi məsələlərdir. Ola bilsin ki, bu gün fars rejimi hələ də Azərbaycan dövlətinə, Azərbaycan dövlətinin xoş niyyətinə qarşı düşmənçilikdən əl çəkməsin, Güney Azərbaycanda yaşayan 40 milyondan çox Azərbaycan türkünün milli, mədəni və dil haqqını dansın və onu inkar edərək çalışsın ki, bu hüquqlardan o milləti məhrum etsin”-deyə Sadiq İsabəyli qeyd edib.
“Bir məsələ də göz qabağındadır ki, İranla bağlı çox ciddi bir proses gedir. Zamanı gəldikdə fars rejimi bütün bu etdikləri zülmlərin bədəlini ödəmək məcburiyyətində qalacaqlar”-deyə siyasi şərhçi bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Bu gün, 19:00 |
|
|
|
• “Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 18:58 |
|
|
|
• Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Bu gün, 18:07 |
|
|
|
• "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Bu gün, 18:02 |
|
|
|
• Fazil Qasımova 10 il həbs cəzası istənilib
Bu gün, 17:53 |
|
|
|
• Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Bu gün, 17:49 |
|
|
|
• QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Bu gün, 17:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
|