
Haqqımda o qədər absurd şayələr danışırlar ki, özüm də şok oluram.
Pravda.az xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.
“Biri yazıb ki, Nura Surinin “Rus evi” ilə əlaqəsi var (“Rus evi” harada yerləşir, nədir, xəbərim yoxdur). O biri deyir ki, Nura Suri massondu. Digəri deyir ki, Ərəb şeyxində ərdə olub. Sən Allah, yazanda və danışanda bir ətraflı məlumatlanın, heç olmazsa. Ağlınıza gələni yazırsınız”, - N.Suri qeyd edib.