
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Belemə gedən “COP30” yolu: “COP29”un nəticələri və gələcəyə baxış” adlı panel müzakirələrində iştirak edib.
“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
“Deloitte” şirkəti tərəfindən təşkil olunan müzakirələr Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Bakıda qəbul edilmiş və Bakı İqlim Alyansının himayəsi altında təsdiq edilmiş əsas qərarlar, COP29 ərəfəsində mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. Növbəti addımda biz COP30-un uğurla keçirilməsi üçün braziliyalı həmkarlarımızı dəstəkləməyə və onlarla əməkdaşlıq etməyə hazırıq”, - deyə Yalçın Rəfiyev vurğulayıb.