
44 günlük müharibədə həlak olmuş Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri, Ovannisyan qardaşları müharibənin bitməsindən 4 ildən çox müddət keçdikdən sonra dəfn olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, Gevorq və Qor Ovannisyanın qalıqları DNT ekspertizası nəticəsində müəyyən edilib.
Onların qalıqlarının bu müddət ərzində harada saxlanıldığı barədə məlumat verilməyib.
Qeyd olunub ki, bu illər ərzində hərbçilər itkin düşmüş hesab olunurdu.