“Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? .....                     7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək .....                     Məmurlar sakinləri BOĞAZA YIĞIB .....                     "Evini sat, hər ay yaxşı pensiya alacaqsan" .....                     Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” .....                     “Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” .....                     ABŞ, yoxsa Çin? .....                     Portaldan gizlədilən icarə tenderinin qalibi .....                     "Bunun cavabını kim verməlidir?" .....                     İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə .....                     ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır .....                     Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur .....                     Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? .....                     "Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" .....                     Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq .....                     Palma yağı... YEMƏYİN! .....                     Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir .....                     Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq .....                     Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib .....                     "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" .....                     Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir .....                     "İki gündür oxuyana da "sənətkar" deyirlər" .....                     Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib .....                     Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? .....                     Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub .....                     Diplomatlarımıza qarşı terror aktları törədilə bilər .....                     Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır .....                     Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? .....                     Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb .....                     GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... .....                     "Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: .....                     Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var .....                     Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir .....                     Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? .....                     “Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” .....                     Azərbaycan müdafiə nazirinin müavini .....                     Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb .....                     “Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” .....                     “O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir” .....                     “Avropanın Ukrayna üzrə planı yoxdur” .....                 

Efirlərimiz məişət mövzularının meydanına çevrilib - FAKT BUDUR!
Tarix: 16-02-2025, 01:02 | Çap et
Efirlərimiz məişət mövzularının meydanına çevrilib
Azərbaycanda televiziya yayımı ilk dəfə 14 fevral 1956-cı ildə başladı. Həmin gün Bakı Televiziya Studiyası rəsmi olaraq fəaliyyətə başladı və axşam saat 19:00-da ilk televiziya proqramı efirə verildi. Bu, Azərbaycanın televiziya tarixində mühüm bir hadisə oldu.
İlk yayımlar məhdud əhatə dairəsində və qara-ağ formatda həyata keçirilirdi. İlk televiziya aparıcılarından biri Nəcibə Məlikova olub. İlk illərdə proqramlar əsasən informasiya, ədəbi-bədii verilişlər və teatr tamaşalarından ibarət idi.
Sonrakı illərdə Azərbaycan televiziyası inkişaf edərək rəngli yayım sisteminə keçdi, texniki imkanlarını genişləndirdi və müxtəlif tematik kanallar yarandı. Hazırda Azərbaycan televiziya məkanı geniş şəbəkəyə malikdir və müxtəlif platformalar üzərindən yayımlanır. Maraqlıdır, bu gün televiziyamızın mövcud vəziyyəti necədir?

Mövzu ilə bağlı "Sherg.az"in budəfəki müsahibi media eksperti Xatirə Hüseynovadır. Suallarımızı cavablandıran ekspert 14 fevral Azərbaycan televiziyasının yaranması münasibətilə 69 yaşlı ana televiziyamızı, eləcə də bütün həmkarlarını ürəkdən təbrik etdiyini söyləyib.

- Salam, Xatirə xanım. Sizcə, hazırda Azərbaycan televiziyasının durumu hansı səviyyədədir?

- Azərbaycan televiziyasının hazırkı vəziyyətini təhlil edərkən məsələyə kompleks halında yanaşmaq mütləqdir. Həm müsbət, həm də mənfi məqamları nəzərə almaq lazımdır. Son illərdə televiziyamızda texniki baxımdan irəliləyişlər və beynəlxalq standartlara uyğunlaşma müşahidə olunsa da, məzmun baxımından ciddi problemlər qalmaqdadır. Xüsusilə, bir-birinə oxşar eyni formatlı verilişlərin təkrarlanması, yeni maarifləndirici və analitik proqramların azlığı tamaşaçıların haqlı narazılığına səbəb olur. Ekranın əyləncə və məişət mövzularının uzun-uzadı çək-çevir meydanına çevrilməsi ictimaiyyətin tənqid etdiyi əsas məsələlərdən biridir. Bir kəsim isə bu tipli proqramları, əslində, cəmiyyətin tələbinə uyğun təklif kimi dəyərləndirir. Mübahisəli mövzudur. Bununla belə, bəzi kanallar cəmiyyətə faydalı ola biləcək layihələr təqdim etməyə çalışırlar. Son zamanlar televiziyamızda yeni proqramlar, tok-şoular, maraqlı analitik verilişlər də az deyil. Ümumiyyətlə, Azərbaycan televiziyasında daha rəqabətli və keyfiyyətli məzmun yaratmaq üçün yeni yanaşmalara ehtiyac duyulur.

- İctimaiyyət arasında belə bir fikir var ki, televiziya və radiolarda peşəkar maarifləndirici proqramlar çox azdır. Bunun səbəbi nədir? Biz nə vaxta qədər aşağı səviyyəli məişət proqramlarına baxacağıq?

- Televiziyada maarifləndirici proqramların azlığı bir neçə amillə izah edilə bilər. İlk növbədə, televiziya kanallarının kommersiya yönümlü olması, yəni reytinq qazanmaq üçün daha asan və cəlbedici məzmunlara üstünlük verməsi əsas səbəbdir. Digər tərəfdən isə maarifləndirici proqramların hazırlanması daha çox araşdırma və peşəkarlıq tələb etdiyindən, bəzi kanallar bu istiqamətdə sərmayə qoymağa maraq göstərmirlər. Eyni zamanda nəzərə alaq ki, tamaşaçıların böyük bir hissəsi də əyləncəli proqramlara üstünlük verir. Çünki hazırkı dövrdə texnologiyanın inkişafı televiziya auditoriyasının tərkibinə ciddi təsir göstərir. Bu da keyfiyyətli və intellektual məzmunun populyarlığını azaldır. Zənnimcə, günümüzün media siyasəti bu sahəyə daha çox diqqət yetirməlidir ki, nəticədə tamaşaçıya balanslı, çoxçeşidli məzmun təqdim edə bilək.

- Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri, ümumiyyətlə, uşaqlara yönəlik verilişlər ya yoxdur, ya da çox azdır. Yaşlı nəsil uşaq proqramlarının maarifçi gücündən yaxşı xəbərdardır. Belə proqramların sayını artırmaq üçün nə etmək lazımdır?

- Düşünürəm ki, uşaqlara yönəlik proqramların və animasiyaların azlığı bu sahəyə kifayət qədər investisiya edilməməsi ilə bağlıdır. Yerli animasiya və cizgi filmlərinin hazırlanması üçün texniki imkanlar, ssenari yazan mütəxəssislər və maliyyə dəstəyi lazımdır. Hazırda uşaqlar daha çox xarici istehsal olan animasiya və filmlərə baxırlar ki, bu da milli dəyərlərin təbliği sahəsində problemlərə səbəb ola bilər. Bəzən bir cizgi filminin, hansısa bir film qəhrəmanının ötürdüyü mesaj keçilən dərslərdən daha çox uşağa təsir göstərə bilər. Orta yaşlı nəsil yaxşı bilər, bizim formalaşmağımızda uşaq filmlərinin, dostluğu, qayğıkeşliyi, vətənə məhəbbəti tərənnüm edən cizgi filmlərinin rolu danılmazdır. Maarifləndirici uşaq proqramlarının sayını artırmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilsə, bu sahəyə xüsusi diqqət ayrılsa, daha gözəl nəticələr əldə etmək olar. Bundan əlavə, yerli prodüser və rejissorlar bu sahədə qabaqcıl xarici təcrübəni mənimsəyib daha peşəkar məhsul ərsəyə gətirə bilərlər. Beləliklə, gələcək nəsillər üçün milli və keyfiyyətli uşaq kontenti yaratmaq mümkün olar.

- Televiziya kanallarında işarət dili tətbiq ediləcək. Bu, televiziya auditoriyasının dəyişməsinə təsir göstərəcəkmi?

- Televiziya kanallarında işarət dilinin tətbiqi inklüzivlik baxımından mühüm bir addımdır, bu, cəmiyyətin müxtəlif qruplarını ekran qarşısına cəlb edə bilər. Bu addım eşitmə qabiliyyəti məhdud olan insanlar üçün informasiyaya çıxışı asanlaşdıracaq və onların cəmiyyətə inteqrasiyasına töhfə verəcək. Məncə, bu, önəmli bir addım olacaq. Çünki televiziya məzmununa əlçatanlığın genişlənməsi ümumilikdə auditoriyanın profilinə də təsir göstərəcək. Zənnimcə, xüsusilə, xəbər proqramları, ictimai-siyasi tok-şoular və maarifləndirici proqramlarda işarət dilinin tətbiqi vacibdir. Ümumilikdə, bu addım televiziyaya inklüziv və müasir yanaşmanın inkişafına xidmət edəcək, cəmiyyətin diqqətdən kənarda qalan kəsimlərini də kütləvi kommunikasiya prosesinə cəlb edəcək.

- Radio və televiziyalar üçün daha peşəkar kadrların hazırlanması istiqamətində hansı addımlar atılmalıdır?

- Bu məsələyə köklü yanaşmaq vacibdir. İlk növbədə, jurnalistika və kütləvi informasiya vasitələri üzrə təhsil proqramları müasir standartlara uyğun təkmilləşdirilir. Bununla yanaşı, universitetlər və media şirkətləri arasında əməkdaşlıq gücləndirilməli, tələbələr üçün praktiki təcrübə imkanları artırılmalıdır. Həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün jurnalistlərin xaricdə təhsil və təcrübə proqramlarına qatılması stimullaşdırılmalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sahədə ciddi işlər görülür. BDU jurnalist-tələbələrin praktik baxımdan müasir dövrün tələblərinə uyğun yetişdirilməsi üçün Media Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir. Jurnalistika fakültəsində fəaliyyət göstərən Tədris Teleradio Studiyası gənc jurnalistlərin peşəkar vərdişlərini cilalamaq üçün unikal imkanlar yaradır. Peşəkar kadrların hazırlanması təkcə jurnalistika sahəsinin deyil, bütövlükdə media sektorunun inkişafına müsbət təsir göstərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL
Bu gün, 01:34
7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
Bu gün, 01:26
Məmurlar sakinləri BOĞAZA YIĞIB - NARAZILIQ VAR
Bu gün, 01:14
"Evini sat, hər ay yaxşı pensiya alacaqsan" - BU NƏDİ BELƏ?
Bu gün, 01:05
Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 01:02
“Hətta Elçibəy dövründə də Azərbaycan İrana qarşı səmimi olub...” - BU FAKTDIR!
Bu gün, 00:07
ABŞ, yoxsa Çin? - Avropa İttifaqı seçim qarşısında
Bu gün, 00:03
Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:02
"Bunun cavabını kim verməlidir?"
Bu gün, 00:01
İtaliya Senatından Bakı və İrəvanla bağlı qətnamə - YEKDİLLİKLƏ...
Dünən, 23:54
ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır - “The National Pulse”
Dünən, 23:53
Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
Dünən, 19:00
Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
"Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" - Polşa müdafıə naziri
Dünən, 18:07
Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq - İNDİDƏN GÖRÜNÜR...
Dünən, 18:01
Palma yağı... YEMƏYİN! - XƏSTƏLİK YAYIR...
Dünən, 18:00
Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir - Putin BELƏ DEYİR...
Dünən, 17:53
Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq - AÇIQLAMA
Dünən, 17:47
Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib - 10 İL...
Dünən, 17:40
"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AMMA İNDİ...
Dünən, 17:33
Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir - ABŞ kəşfiyyatı
Dünən, 17:29
"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara irad
Dünən, 17:25
Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib - FOTO
Dünən, 17:19
Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Dünən, 17:16
Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub - TƏFƏRRÜAT
Dünən, 17:08
Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Dünən, 17:06
Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır - erməni KİV
Dünən, 17:04
Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? - AÇIQLAMA
Dünən, 17:00
Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:57
GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... - Sahil Babayev KÖHNƏ PAXIRLARI açır...
Dünən, 16:56
"Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: - İş təkrar ekspertizaya göndərildi
Dünən, 16:43
Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
Dünən, 16:40
Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi
Dünən, 16:37
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? – Çox zərərli imiş
Dünən, 16:33
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Dünən, 16:30
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Dünən, 16:25
Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO
Dünən, 16:23
“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” - MƏHKƏMƏ
Dünən, 16:20
“O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir”
Dünən, 16:17
“Avropanın Ukrayna üzrə planı yoxdur” - UnHerd
Dünən, 15:44
İdxaldan asılılıq problemi – Arzuolunmaz senari
Dünən, 15:43
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 15:37
"General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı - Yeni faktlar açıqlandı
Dünən, 15:35
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu – Təmizlik işləri görüb 5,6 milyon alacaq
Dünən, 15:33
CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... - Növbə dəyişimi qaldı...
Dünən, 15:30
Ukrayna Trampı aldatdı - “Bloomberg”
Dünən, 15:20
Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU - TƏFƏRRÜAT
Dünən, 15:14
Moskva mesaj verdi: Avropada yeni təşkilat yaradır - Məqsədi nədir?
Dünən, 15:13
İllərdir bu postlar da işğal olunub... - "Haqlı imişlər, amm təəssüflənmirəm"
Dünən, 15:07
Ayxan ölən dostunun adına bankdan 25 min krediti necə götürüb? - İLGİNC CİNAYƏT İŞİ
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru