Ermənistan İsveçrəyə yeni səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.
Məlumata görə, Ermənistanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Hasmik Tolmacyan eyni vaxtda İsveçrəyə səfir təyin edilib.
Müvafiq sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb.
Qeyd edək ki, 2024-cü il oktyabrın sonunda Tolmacyan Fransadakı səfir vəzifəsindən azad edilərək Cenevrəyə göndərilib.