“Hayastan” partiyasının lideri, eks-prezident Robert Köçəryanın sədrliyi ilə Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının iclası keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fraksiyanın fəaliyyəti, mövcud daxili siyasi problemlər və hadisələrin inkişafının mümkün variantları müzakirə olunub.
Görüş iştirakçıları xarici çağırışların güclənməsini və gərgin geosiyasi vəziyyəti də müzakirə ediblər.
Robert Köçəryanın “Hayastan” üzvlərinə aktivləşmək tapşırığı verdiyi qeyd olunur.