Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.
APA xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
***
AZAL-a məxsus olan və Bakı-Qroznı reysini yerinə yetirərkən uğrayan təyyarənin sərnişinlərindən 20 nəfərin müalicəsi Aktaudakı xəstəxanada davam etdirilir.
Bu barədə APA-ya şəhərin Administrasiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 6-sı Reanimasiya, iki nəfər isə Travmatologiya şöbəsinə yerləşdirilib.