Əsas Səhifə > Güney Press > Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir
Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilirDünən, 10:23 |
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir. APA xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir. *** AZAL-a məxsus olan və Bakı-Qroznı reysini yerinə yetirərkən uğrayan təyyarənin sərnişinlərindən 20 nəfərin müalicəsi Aktaudakı xəstəxanada davam etdirilir. Bu barədə APA-ya şəhərin Administrasiyasından məlumat verilib. Bildirilib ki, onlardan 6-sı Reanimasiya, iki nəfər isə Travmatologiya şöbəsinə yerləşdirilib. Geri qayıt |