“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                 

Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Tarix: Bu gün, 10:03 | Çap et
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ
Amerikalı ermənipərəst senatorlar - Qari Piters və Bill Kessidi Senata Azərbaycan əleyhinə ikipartiyalı qətnamə layihəsi təqdim ediblər.

Layihədə Bakı Qarabağda etnik təmizləmə aparmaqda ittiham olunur, Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırış edilir, “əsir” ermənilərin dərhal azad olunması və Bakıya hərbi yardımın (görəsən hansı hərbi yardımdan söhbət gedir? - red.) dayandırılması, “Qarabağ xalqının geri qayıtmaq hüququnun həyata keçirilməsi” tələb olunur. “Yeni Müsavat” yazır ki, bu barədə “Daşnaksütyun”un mərkəzi ofisindən məlumat verilib. Layihənin həmmüəllifi Kessidi bu xüsusda deyib: “Azərbaycan Avropanı enerjiyə görə girov saxlayır, lakin Luiziana Avropanın ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malikdir”. Mətndə həmçinin iddia olunur ki, beynəlxalq hüquq ekspertləri, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo (ermənilərin çoxdan ələ aldığı fırıldaqçı prokuror - red.) və BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri (Okamponun başqa bir tayı, o da çoxdan rəsmi vəzifə daşımır - red.) Xuan Mendez hesab edirlər ki, “Dağlıq Qarabağın azərbaycanlılar tərəfindən blokadaya alınması BMT-nin Soyqırım Konvensiyasına görə, qanun pozuntusudur”. Və bu kimi digər absurd, əsassız ittihamlar, şər-böhtanlar...

Belə görünür ki, yeni prezident Donald Tramp öz komandasını formalaşdırıb qurtarmamış erməni lobbisinin satın aldığı bu dələduzlar vasitəsilə Konqresdən hansısa anti-Azərbaycan sənədini keçirib onu fakt qarşısında qoymaq istəyirlər. Ancaq layihənin Konqresdən keçmə ehtimalı nə dərəcədədir? Keçərsə Tramp onu imzalayarmı? Xatırladaq ki, ABŞ-ın erməni lobbisi son prezident seçkilərində Trampı dəstələyən bəyanatla çıxış etməyib. Yəni ondan əlini üzmüş kimi idi. Ona görə də senatorlar tələm-tələsik bir üzdəniraq qətnamə layihəsi hazırlayıblar ki, yeni rəhbər Ağ Evə gəlməmiş Azərbaycana xainlik etsinlər.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, 4 il ərzində çoxsaylı qətnamə layihələri olub, lakin heç biri keçməyib. O inanmır ki, bu bədnam ideya da reallaşa. Professorun fikrincə, son akkordlarını vuran hazırkı Ağ Ev rəhbərliyi hakimiyyəti iflasla tərk etməkdədir: “Azərbaycan dövləti Birləşmiş Ştatlarla səmimi, dürüst davranmağa çalışdı, hər dəfə qarşı tərəf münasibətləri korlamağa başladı. İndi biz Bayden dövrünü unudub irəli baxmalıyıq. Çünki Tramp dönəmi gəlir və Bakı Vaşinqtonla əlaqələri sahmana salmağa ümid edir. Hazırkı gərginlik bizim ucbatımızdan olmayıb. Azərbaycan nə supergüclə qarşıdurmada maraqlıdır, nə də strateji tərəfdaşını itirmək istəyir. Biz mühüm layihələr icra edir, ABŞ üçün Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır, Rusiya və İran kimi iki nəhəng gücün ortasında balans siyasəti yürüdürük. Bu həqiqətləri nəzərə almadan, Bayden komandası 4 il dayanmadan üzərimizə gəldisə, deməli, reallıq hissini itiriblər”.

Professor qətnamənin qəbul edilməyəcəyinə əmindir və ümid edir ki, yeni administrasiya Konqres üzərindən cılız oyunlara getməyəcək: “Azərbaycan elan etdi ki, Dövlət Departamenti Konqresə təlimat verir. Hətta Milli Məclisdə sazişləri dayandırmaq təklif olundu. Ardınca ABŞ səfirliyi səviyyəsində kampaniya başladı. Beləliklə, ssenariləşdirilmiş bir təzyiq siyasəti müşahidə olunur. Sadəcə, Azərbaycan dövləti haqsızlığa susmur və bu, Amerika olsa belə cavabını verir. Bundan sonra da hansısa əsgi parçası qəbul olunsa, nəticə dəyişməyəcək. O layihəni hazırlayanlar əla bilirlər ki, nə ermənilər qovulub, nə dediklərində sübut var”.

Q.Hüseynli sanksiyaların tətbiqini istisna edir və bu çağırışlara məhəl qoyulacağını gözləmir: “Azərbaycan Avropanın enerji təminatında mühüm paya malikdir və Vaşinqton bizim hansı əhəmiyyət daşıdığımızı dərk edir. Ukraynada gedən müharibə fonunda Azərbaycana sanksiya tətbiq edilməsi mümkün deyil. Məncə, ermənipərəst senatorlar ilin sonuna yaxın lobbidən aldıqları pulların axırıncı xidmətini yerinə yetirirlər. Bununla erməni lobbisinə göstərirlər ki, ”biz axıra qədər əlləşib-vuruşduq, qanun layihələri hazırladıq, onların Konqresdən keçməsinə cavabdeh deyilik".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev korrupsiyaya bulaşmış senatorların növbəti iyrənc addım atdıqlarını düşünür. Onun sözlərinə görə, ABŞ-dakı səfirliyimiz, həmçinin, orada olan azərbaycanlı icma və diaspor təşkilatları etirazlarını bildirməlidirlər: “Amerikalı senatların hərəkətləri əndazəni aşmaqdadır. Hər dəfə bir qətnamə ilə çıxış edirlər. Təbii ki, heç bir hüquqi çəkisi olmayan layihələrdir, amma Amerikadakı azərbaycanlı fəallar da səsini çıxarmalıdırlar, diplomatlarımız çıxış etməlidirlər. Çünki ABŞ kimi nəhəng bir dövlətdə senatorların açıqlamalarını dünya izləyir və beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar. Halbuki Qarabağdan gedən ermənilərin bir qismi Ermənistan vətəndaşlarıdır, bir hissəsi işğal dövründə süni şəkildə məskunlaşdırılmış ərəb ölkələrindən gətirilən ermənilərdir, qalanı da ümumiyyətlə, Rusiya və Avropaya köç edib. Bu müddət ərzində Qarabağdan gedən ermənilərdən bir qrup çıxıb deməyib ki, bizi qovdular, etnik təmizləməyə məruz qoydular. Onların yerinə niyə senatorlar danışmalıdırlar? Deməli, erməni lobbisinin sifarişidir və xəritədə yerini bilmədikləri ərazi haqda cəfəngiyyat danışırlar”.

Partiya funksioneri hesab edir ki, etnik təmizləmə uydurmadır və bircə fakt olsaydı, çoxdan Ermənistan həşir qoparmışdı: “Bu bəhanələr Azərbaycana təzyiqləri artırmaq məqsədi daşıyır. Əsas niyyət bizi gözdən salmaq, aqressor kimi təqdim etmək, nüfuzumuza zərər vurmaqdır. Azərbaycan isə ermənilər köçəndə onları hər bir ehtiyacları ilə təmin etmişdi. Hətta avtobuslar ayrılmışdı. Dövlət onlara qalmağı təklif etdi, razılaşmadılar. Bəs, senatorların arzusu nədir? Yəni orada xunta rejimi mövcudluğunu davam etdirməliydi və erməni əhalisi onlara tabe olmalıydı? Bunu yuxularında görəcəklər. Azərbaycan separatizmi məhv edib və oradakı etnik erməni əhaliyə də vətəndaşlıq təklif edib. Azərbaycanda digər etnik millətlər yaşayır, hamı kimi eyni hüquqlara malikdirlər, onlara heç bir ayrı-seçkilik edilmir. Etnik ermənilərin isə talışlardan, ləzgilərdən, avarlardan heç bir üstünlüyü yox idi ki, əksikliyi ola bilərdi - çörəyimizi yeyib, suyumuzu içib bizə xainlik etdiklərinə görə...”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru