2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                     Məhkəmə "Azercell"lə bağlı .....                     Sabiq icra başçısının qardaşı oğulları .....                     Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                     Xırdalanın yolları BURMA-BURMADIR... .....                     Paşinyanla gizli anlaşma üzə çıxdı .....                     Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü .....                     Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? .....                 

72 yaşlı TENDERYEYƏN... - İcazə verin, şübhələnək...
Tarix: 28-09-2023, 11:53 | Çap et
72 yaşlı TENDERYEYƏN...
Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirilmiş açıq tender ətrafında apardığı araşdırmaları davam etdirir. Xatırladaq ki, sözügedən qurum əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin satınalması üzrə keçirmiş olduğu açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb. Xüsusilə qeyd etmək istərdik ki, nazirliyin Tender Komissiyası şərtlər toplusundə tələb olunan sənədlərin təqdim edilməsinin son tarixini 03.07.2023-cü ilə müəyyən edib, amma nədənsə tenderdə iştirak üçün sənədlərin qəbulu tarixini göstərməyib. Bu isə müəyyən şübhələr yaradır. Belə ki, tender proseduru başlaması üçün verilmiş elandan sonra iddiaçılara sənədləri təqdim etmək üçün ən azı bir ay vaxt verilməlidir. Amma məlumatlardan da göründüyü kimi nazirlik 3 milyon manata yaxın dəyəri olan açıq tenderi cəmi 9 günə yekunlaşdırıb.

Bu tenderin keçirilməsi zamanı yol verilən bir qanunsuzluq, birinci şübhəli məqam. Növbəti şübhəli məqamlar 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi olmuş Ağaməmmədova Xanım Şamil qızı ilə bağlıdır. Ötən yazılarda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, redaksiyanın araşdırma qrupu həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Həmin mənbədən əldə etdiyimiz ən son məlumatda Xanım Ağaməmmədovanın ayaqlarında ağrılar olduğundan çox yeriyə bilmədiyi bildirilir. Yəni 72 yaşlı xanım daim oturaq şəraitdə yaşayır. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tender Komissiyası və satınalmaların keçirilməsinə birbaşa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Xanım Ağaməmmədovanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında mənzillərin satın alınmasına necə razılıq verib? Yəni xanım oturaq şəraitdə yaşayırsa, rayonlar arasında bu qədər məsafələri necə qət edib, bu dövlət sifarişini yerinə yetirəcək?

Burada başqa maraqlı bir məqam da var. Göründüyü kimi, 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi Ağaməmmədova Xanım Şamil qızı fiziki şəxsdir. Təbii ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı tenderə 2.531.250 manat təklif edərək qalib olub. Burada sual yaranır bir fiziki şəxs olaraq 72 yaşlı xanımın bank hesabında ən azı 1 milyon manat varmı? Varsa, ömrü boyu mühasib işləmiş bu xanım bu 1 milyon manatı necə qazanıb?

Göründüyü kimi cavabsız suallar və şübhəli məqamlar çoxdu. Amma bir cavab var ki, o da Ağaməmmədova Xanım Şamil qızının bu tenderdə qalib gəlməsinin formal olduğudur. Ötən yazılarımızda da da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Qeyd edək ki, tenderdə şübhəli məqamların araşdırılması, ləğv edilməsi və hüquqi qiymət verilməsi məqsədi ilə redaksiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Nəticələri barədə yaxın gələcəkdə daha ətraflı məlumatları diqqətinizə çatdıracağıq.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru