"Varlı məmurlar üçün hər şey olar, bizə təndirxana da olmaz?.." - GİLEY
Tarix: 15-08-2023, 12:10 | Çap et
 Astara şəhər sakıni Gülxarə Axundova təndirdə çörək bişirib satır. Amma şikayətlənir ki, bu təndiri də ona çox görənlər var.
Axundovanın sözlərinə görə, səhhətində də ciddi problemlər var, bir ayağı zədəlidir, bir əli yaxşı işləmir, üstəlik, başqa ağrıları da var. Onun bildirməsinə görə, Astara şəhər Bələdiyyəsinin nümayəndəsi və tanımadığı bir nəfər ondan polisə şikayət də edib. Vurğulamasına görə, ona məxsus təndirxananın bağlanmasını, torpaqdan əl çəkməsini istəyirlər. O deyir ki, təndiri əlindən alsalar, dilənçi vəziyyətinə düşər: "Gündə 20 ədəd çörək bişirirəm, altı ədədini mağazaya verirəm, qalanlarını təndir başında satıram. Bir ədəd 50 kiloqramlıq un kisəsini beş gün bişirirəm. Gündə mənə 3-4 manat qalır. Mən o 3-4 manatla dolanıram. 10 ildən yuxarıdır burada çörək bişirirəm, mənə dəyib-dolaşan olmayıb. Ötən ilin noyabrından məni boğaza yığıblar. Oğlum belə vəziyyəti görüb Bakıya işləməyə getdi. Həyat yoldaşım rəhmətə gedib. Evdə tək yaşayıram".

69-yaşlı Gülxara Axundova aldığı pensiyanı isə dərmanlara verdiyini bildirir: "325 manat pensiya alıram. Hamısı dərmana gedir. Ayda bir dəfə bir kiloqram ət alıram. Əmək fəaliyyətinə başqasının adı altında 11 yaşından başlamışam. Atam müəllim idi. Səkkiz nəfərdən ibarət ailəni saxlamaqda çətinlik çəkirdi. Sovetlər ləğv olundu, işlədiyim sovxoz da ləğv olundu. Aclıq çəkirdik. Gördüm ki, bizim ağır vəziyyətimiz heç kimi maraqlandırmır...".
"Yaydır, istidir, təndirin alovu da adamı yandırır" Deməsinə görə, dolanışıq üçün məcbur qalıb bu təndiri tikdirib: "Səhər gün çıxmamış durub çörək bişirirəm. İşim gecə saat 11-12-dək çəkir. Yaydır, istidir, təndirin alovu da adamı yandırır. Başqasına möhtac olmaqdan yaxşıdır. Buna da imkan vermirlər".
Kaverin küçəsində yaşadığı binanın qarşısında çirkab suları üçün anbar tikilib. Onun sözlərinə görə, bina baxımsızlıqdan dağılır: "Bina 1970-ci illərdə tikilib. Çoxuşaqlı ailə olduğumuza görə bu mənzili atama veriblər. Burada səkkiz ailə yaşayır, hamı kasıbdır. Bina tikiləndə kanalizasiyası və su xətti çəkilməyib. Mənzillərdə ayaqyolu da tikməyiblər. Hərə özünə imkan daxilində su çəkib, ayaqyolu tikib. Elə ailə var ki, mənzilində ayaqyolu yoxdur...".
"Varlı məmurlar üçün hər şey olar, bizə təndirxana olmaz?" Axundova antisanitariya vəziyyətinin yarandığını deyir: "Biabırçılıqdır. Bunları görmürlər, ancaq mənim təndirxanamı görürlər. Varlı məmurlar üçün hər şey olar, bizə təndirxana da olmaz?".
O əlavə edir ki, onun mənzili ikinci mərtəbədədir, aşağı mərtəbədə yaşayan qonşular təndirin sökülməsini istəyirlər: "Etiraz etmirəm. Yaxınlıqda torpağım var. Təndirxananı ora aparmaq istəyirəm. Bələdiyyə ilə şəhər nümayəndəliyi qoymur. Məndən sənədin əslini istədilər, verdim. Oranı təmizlədik, abad etdik".
"Evdə olmamışam polis gəlib" Onun sözlərinə görə, qarşılaşdığı problemlərlə bağlı dəfələrlə şikayət edib, lakin şikayətinə baxan olmayıb: "Guya, mən bələdiyyə nümayəndəsini döymüşəm. Xəstə adamam. Ayaq üstə çətinliklə qalıram. Belə vəziyyətdə onu necə döyə bilərəm? Evdə olmamışam, polis gəlib. Getdim prokurorluğa, orada səhhətim pisləşdi, gətirdilər evə. Onlara məktub göndərmişəm".
"Ona kömək etmək istəyirik" Bu deyilənlərlə bağlı yerli hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb. Amma Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi Şahverən Cavadın sözlərinə görə, Gülxara Axundovanın dediyi torpaq dövlətə məxsusdur: "Təndirlə bağlı ona bir söz deməmişik. Mən gecə gəlmişəm rayona. Onun dediyi torpaq sahəsi isə dövlətə məxsusdur, ümumi istifadədə olan torpaqdır. Sovet dövründə orada binada yaşayanlar üçün ayaqyolu tikilib, sonra dağılıb. Dövlət torpağını almaq üçün də qaydalar var. Ona kömək etmək istəyirik".
"Sadəcə ona təklif vermişik ki..." Astara şəhər Bələdiyyəsinin adının çəkilməsini istəməyən bir nümayəndəsi də Axundovanı polisə vermələri ilə bağlı onun dediklərini təkzib edir: "Yallan məlumatdır. Onun yol kənarında dövlətə məxsus, ümumi istifadədə olan torpaqda təndirxanası var. Sadəcə ona təklif vermişik ki, təndirxanaya əl gəzdirsin, biz də ona kömək edək. Onun istədiyi torpaq isə bələdiyyənin deyil. Bələdiyyənin olsaydı, başqa məsələ... Özü üçün çörəkpulu qazanır".
AzadlıqRadiosu ©


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
|