Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Araz çayı boyunca sərhəd infrastrukturunun və ərazilərin sel sularından mühafizəsi tədbirləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC olub.
Qalib şirkətə 6 350 575 manat ödəniləcək.
Qeyd edək ki, Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 377 290 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı AZ1006, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov, ev.8 ünvanında yerləşir.