Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır? - ŞOK FAKTLAR - BÖYÜK PUL DAVASI
Tarix: 23-01-2014, 15:29 | Çap et
DİA.AZ: - Kənd təsərrüfatı naziri postuna yiyələndikdən sonra kimiləri üçün fağır təsiri bağışlayan Heydər Əsədov çox cilddi «nailiyyətlər» əldə edib. Hər halda, bu gün görünəni odur. Əslində açıqlayacağımız faktlar tək-tük adamlara məlum olduğundan görüntüdə fərqli bir mənzərənin mövcudluğunu qeyd etsək, daha doğru olar. Bəs gerçəklikdə, kənd təsərrüfatı nazirliyində Heydər Əsədovun gəlişindən sonra nələr baş verir?
Heydər Əsədov tam bir peşəkardır…
Bəli, o, tam bir peşəkardır. Amma kənd təsərrüfatının yox, pul-para işinin. Dünənə qədər Hesablama Palatasının rəhbərliyində topladığı təcrübəsi yetərlidir ki, bu adam istənilən bir nazirliyin gəlir gətirən yerlərini müəyyən edib, ortaya çıxarsın. Necə ki, bu gün İsmət Abbasova çox ciddi zərbə təsiri bağışlayan addımlarını atmağa müvəffəq olub.
Bu bir faktdır ki, İsmət Abbasov hələ də qanunlara uyğun olaraq KTN üzərində hökmranlığını qoruyub, saxlayır. Yəni bu gün baş nazirin müavini görəvini daşıyan sabiq nazir birbaşa olaraq KTN-yə nəzarət imkanına malikdir. Amma bu şəraitdə belə Heydər Əsədov İsmət Abbasovun gəlir yerlərini bir-birinin ardından uğurlu şəkildə aşkarlayaraq, oralara öz adamlarını yerləşdirməkdədir.
DİA.AZ-a bilgili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bu gün Heydər Əsədov əslində Hesablama Palatası üzərində də nəzarətini qoruyub saxlamaqdadır və bu imkanlarından KTN şefi postundakı mövqeləri naminə istifadə edir. Mənbənin söylədikləri: «KTN-nin ayrı-ayrı strukturları üçün Hesablama Palatası bir kabusa çekvrilib. HP Heydər Əsədovun ən ağır silahıdır. Şübhəli qaldığı istənilən bir KTN strukturu məhz HP-nin mütəxəssisləri tərəfindən təftiş olunur».
İsmət Abbasovun «incə nöqtələri» hədəfə alınıb
Xatırladaq ki, bu günlərdə HP tərəfindən belə bir açıqlama verildi ki, qurum KTN-nin strukturlarından olan «Aqrolizinq»də yoxlama həyata keçirəcək. Əslində bu başlanğıc, anons idi. Və realda təkcə yoxlanılanı «Aqrolizinq» deyildi. Bu barədə danışan mənbə bildirir ki, İsmət Abbasovun bütün yeyinti yerlərini bir-birinin ardından aşkara çıxaran Heydər Əsədov paralel şəkildə «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də yoxlamalar təşkil edib:
«Bu qurumlar məhz İsmət Abbasovun «incə nöqtələri» hesab olunurdu. Yəni gəlir gətirən yerləri. Eyni zamanda Heydər Əsədov Hesablama Palatasının mütəxəssislərinə KTN xətti ilə subsidiyaların verilməsi prosesini də analiz etdirir və ortaya ilginc faktlar çıxır. Belə ki, aydın olur ki, sən demə, bu günə qədər İsmət Abbasov yerlərdə subsidiyalar hesabına çox ciddi gəlir əldə edirmiş».
Mənbə bildirir ki, hər bir rayonda bu iş icra başçısının müavinlərindən birinin nəzarəti altında olur: «Əkilməyən torpaqlar belə əkilmiş torpaq kimi rəsmiləşdirilir. Bu ona görə lazımdır ki, dövlət tərəfindən əkin və biçin üçün ayrı-ayrılıqda ayrılan 40 manat, ümumi olaraq ayrılan 80 manatlıq vəsait mənimsənilsin. Təsəvvür edin, hər hektardan mənimsənilən 80 manat hesabına dövlət büdcəsindən hansı həcmdə pul oğurlanıb?».
Pulyığma nöqtələri ələ keçirilib…
Tək mənimsəniləni bunlar deyil. Mənbəmiz bildirir ki, Heydər Əsədov gələndən sonra İsmət Abbasovun digər «incə nöqtələrini» - gəlir yerlərini də aşkarlayaraq ortaya çıxarıb və hər bir sahəyə öz adamlarını təyin edib: «Bu gün KTN sistemində pul gətirən bütün istiqamətlərdə Heydər Əsədovun adamları yerləşdirilib. Halbuki dünənə qədər həmin sahələrdə İsmət Abbasovun adamları idi. Bu sahələrə nəzarət üçün mütəxəssis olmaq o qədər də vacib deyil. Əsas olanı pul yığmağı bacarasan».
Mənbəmiz bildirir ki, yuxarıda qeyd olunan bütün istiqamətlər təftişə uğradığından və əl dəyişdirdiyindən bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də və subsidiyaların verilməsində rüşvətin miqdarı 5 faiz artıb. Maraqlıdır ki, bu beş vaizlik artım «Hesablama Palatasının payı» kimi xarakterizə olunur. Yəni Heydər Əsədov HP-dən ayrılsa da, oradakı dostları üçün «çörəkpulu yeri» imkanı da yaratmağı unutmur».
Bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də Heydər Əsədovun adamlarının meydan suladığını bildirən mənbəmiz əlavə edir ki, bütün bunlara paralel olaraq yeni KTN şefi İsmət Abbasov üçün dəyərli hesab olunan spirtli içki sənayesi biznesinə nəzarəti də ələ keçirib və bunun da nəticəsində sözügedən istiqamətdə də ciddi RÜŞVƏT BAHALAŞMASI müşahidə olunmaqdadır.
Mənbənin bildirdiyinə görə, əgər dünənə qədər, yəni İsmət Abbasovun vaxtında çaxır və şampan içkilərinin istehsalı üçün müəssisələr KTN-dən bir lisenziyaya görə 60 min manat rüşvət ödəyirdilərsə, Heydər Əsədovun gəlişindən sonra rüşvətin miqdarı 80 min manata qədər qalxıb. Bu hələ harasıdır? Əsas bahalaşmanın araq sənayesində özünü göstərdiyini bildirən mənbəmiz iddia edir ki, dünənə qədər araq istehsalı üçün tələb olunan lisenziyaya 120 min manat ödəyən sahibkarlardan bu gün 150 min manat rüşvət istənilir. Yəni Heydər Əsədovun gəlişi özünü bu şəkildə göstərib: RÜŞVƏTİN BAHALAŞMASI FORMASINDA…
Onu da bildirək ki, Heydər Əsədov İsmət Abbasovun iqtisadi qanadlarını qırmaqla yetinməyib və ona qarşı siyasi xarakterə malik kompramatlar da toplamaqla məşğuldur. Bu isə yeni nazirə ona görə lazımdır ki, özünün bundan sonrakı yeyintisinii rəsmiləşdirə bilsin. Yəni İsmət Abbasov bu gün Heydər Əsədovun hansı istiqamətlərdən pul qazana biləcəyini yaxşı bilir. Və Heydər Əsədova lazımdır ki, bu qədər YAXŞI BİLƏN bir şəxsi birdəfəlik susdursun, onun prezidentə çıxış yollarını bağlasın. Ona görə də Heydər Əsədov İsmət Abbasovu yıxacaq ciddi kompramatları birbaşa olaraq dövlət başçısına ünvanlamağa hazırlaşır ki, bu faktlarla sizi yaxın vaxtlarda tanış edəcəyik.
Bizi izləməkdə davam edin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
|