Naxçıvan DİN-in ikinci qurbanı da bəlli oldu: - Abdullayev İbrahim Fərrux oğlunun günahı nədir?
Tarix: 26-04-2022, 15:50 | Çap et
Xatırlayırsınızsa, dünən Naxçıvan MR DİN-də “polis ovu”na başlanıldığı barədə xəbər vermişdik. Bildirmişdik ki, Naxçıvandakı Orta İxtisas Polis Məktəbi 3 aydan sonra növbəti məzunlarını buraxmağa hazırlaşır. Məzun olacaq 30 nəfər üçün isə MR-in polis orqanlarında eyni sayda ixtisaslı kadrın işdən uzaqlaşdırılması planlaşdırılır. Dünən həmçinin xəbər vermişdik ki, Naxçıvan MR DİN-in strukturlarından artıq ilk qurban uzaqlaşdırılıb. Bu, Eyvaz Cəfərli adlı polis əməkdaşıdır. DİA.AZ xəbər verir ki, ovqat.com-un əldə etdiyi məlumata görə, növbəti qurbanın da kimliyi müəyyənləşib. Bildirilir ki, bu şəxs Abdullayev İbrahim Fərrux oğlu ola bilər. Abdullayev İbrahim Fərrux oğlu kimdir və günahı nədir? 2019-cu ildə Azərbaycan Polis Akademiyasını bitirən Abdullayev İbrahim Fərrux oğlu həmin il Naxçıvan DİN -in sərəncamına göndərilib. Təyinatın ilk günlərindən etibarən də sabiq nazir Fazil Ələkbərov tərəfindən “gözümçıxdı”ya salınıb.
Abdullayev İbrahimin əsas günahı, təbii ki, Azərbaycan Polis Akademiyasını bitirməsi olub. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Naxçıvanda sözügedən ali məktəbi bitirənlərə “Bakının agenti” kimi baxdıqlarından İ.Abdullayev də iş fəaliyyətinə “1-0” geridən başlayıb. O vaxt, yəni 2019-cu ildə təyinat zamanı Fazil Ələkbərov İ.Abdullayevi “gözdən uzaq, könüldən iraq” bir yerə - Şərur RPİ-yə işə göndərib. İbrahim Abdullayev isə Naxçıvan ŞPİ-də kifayət qədər vakant yer olduğu halda niyə Şərur RPİ-yə verildiyini soruşub. Özü Naxçıvan şəhərində yaşadığından evinə yaxın ərazidə iş istəyib. Bu, onun növbəti “günahı” olub. Polis əməkdaşının özündən yuxarı şəxsi sorğulamasına xoş baxmayan sabiq nazir bu cəsarəti ona bağışlamayıb və İbrahimi daha uzaq bölgəyə - Sədərək rayon Polis İdarəsinə göndərib. İ.Abdullayev də məcburən həmin vaxt hər gün Sədərəyə işə gedib-gəlib. Amma bu təmkinini uzun müddət saxlaya bilməyib. Bir müddət sonra yenidən üsyan bayrağını qaldıranda onu Babək Rayonunun Nehrəm qəsəbəsinə sahə inspektoru təyin ediblər. Həmin vaxt İ.Abdullayev özünü Nehrəm camaatına sevdirməyi bacarıb. Lakin Naxçıvan DİN-dəki bəzi qüvvələr İ.Abdullayevin qazandığı nüfuzu həzm edə bilməyib, onu indiki vəzifəsinə - Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsində polis sahə inspektoru vəzifəsinə gətiriblər. Məqsəd gözləri üstündə olsun və onu daha “yaxşı” sıxışdıraraq işdən uzaqlaşdırsınlar, beləcə, Muxtar Respublika Orta İxtisas Polis məktəbinin yetişdiyi 50 ballıq mütəxəssislərdən biri üçün yer boşalsın. İ.Abdullayev Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinə təyin olunandan sonra onun mənəvi-psixoloji-maddi sıxıntıları da başlayıb. Hətta bu basqılara dözə bilməyən İ.Abdullayevin səhhətində problemlərin yarandığı qeyd olunur. Bunun üçün də o bu yaxınlarda xidmətdən xaric olmaq üçün müraciət edib. Lakin Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov İ.Abdullayevə rədd cavabı verib. (Qeyd edək ki, növbəti yazılarımızdan birini Rahin Əmirovun qanunsuz əməllərinə həsr edəcəyik). İ.Abdullayev fikrində qəti olduğu üçün onu Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov qəbul edib. Rəşad İsmayılov İbrahim Abdullayevə hədə-qorxu gələrək deyib: "Əgər işdən çıxmaq istyrsənsə, özün bil. Səni də Eyvaz Cəfərli ləkələyib çıxaracağıq", - deyə bildirib. Mənbəmizin bildirdiyinə görə, artıq Rəşad İsmayılovun qanunsuz göstərişləri ilə İ.Abdullayevin ləkələnərək işindən xaric edilməsi prosesi başlayıb. Qeyd edək ki, Naxçıvan MR DİN-in ilk qurbanı Eyvaz Cəfərli də işdən çıxmaq istədiyinə görə eyni haqsızlığa məruz qalıb. Mənbəmizin bildirdiyinə görə, Eyvaz Cəfərli xidmətdən xaric olmaq üçün Naxçıvan DİN rəhbərliyinə müraciət etib: “Lakin Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov onun müraciətinə məhəl qoymamışdı. Eyvaz Cəfərli təkidlə yenidən müraciət edəndə nazir ona töhmət vermiş və demişdi ki, əgər getmək istəyirsənsə səni könüllü buraxmayacağıq. Səni ləkələyib buraxacağıq. Və belə də oldu. Rəşad İsmayılov Eyvaz Cəfərlini ləkələyib xidmətdən xaric etdi”. İddiaya görə, Eyvaz Cəfərli xidmətdən xaric olunarkən ona bu ləkənin Naxçıvan Ali Məclisinin sədrinin təşəbbüsü ilə vurulduğunu bildiriblər və o, Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135.10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) maddəsi ilə xidmətdən uzaqlaşdırılıb. “Bunun isə bir səbəbi var: Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazov tərəfindən E.Cəfərli xidmətə yenidən bərpa edilə bilməsin”- mənbəmiz bu fikirdədir: “Bildiyiniz kimi, ötən ilki ixtisarlar zamanı Naxçıvan MR DİN-dən uzaqlaşdırılan bəzi polis əməkdaşları Bakıda işlə təmin olunmuşdular. Bu işdə media qurumlarının, o cümlədən sizin də məsələni gündəmdə saxlamağınızın rolu olmuşdu. Görünür, bu hadisədən sonra Naxçıvan MR DİN basqılara dayanmayıb işdən çıxan kadrları ləkələmədən buraxmaq istəmir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
|