Eşqi Bağırovun “təhsil bazarı”… - O da HƏBS OLUNA BİLƏR…
Tarix: 4-04-2022, 11:09 | Çap et
Son illərdə bir neçə təhsil naziri dəyişsə də demək olar ki, təhsilimiz düzəlmək əvəzinə, əksinə geriləməkdə davam edir. Məsələni uzatmadan qeyd edək ki, bu gün Təhsil Nazirliyinin rəhbərliyində bir nəfər də olsun PEDOQOJİ təhsilli şəxs yoxdur. Nazirliyin rəhbərliyinin əkəsəriyyəti “Narxoz”un məzunlarıdır. Cənab nazir Emin Əmrullayevin isə ixtisası politologiyadır. İndi özünüz nəticə çıxardın. Bəli, son illərdə Təhsil Nazirliyi sanki “bazar mühitinə” çevrilib. Bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun da “zəhməti” çox olub. Bu adam uzun müddətdir ki, nazirlikdə “kadro” məsələsinə baxır, yəni müasir dillə desək, direktor qoyub çıxartmaqla məşğuldur. Müəllimlərin təyinatı, yerdəyişməsi də Eşqi müəllimin “kuratsiyasındadır”, yəni məsələyə o baxır. Hələ bir müddət öncə Beyləqan rayon təhsili ilə bağlı mediada gedən yazıları araşdıran zaman bəlli olur ki, Eşqi müəllimin kadrosu olan Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova yaşları 65-dən yuxarı olan müəllimlərə hədə-qorxu gələrək hərəsindən 1000 manat alaraq onlarla yeni əmək müqaviləsi bağlayıb. Xuraman Rüstəmova Təhsil Nazirliyinin vacib prosedurlarından keçmədən 40-a yaxın müəllimdən 2000-3000 min manat alaraq işə götürüb. Xuraman Rüstəmova məktəb direktorlarını işdən qovmaqla hədələyərək hərəsindən xeyli miqdarda pul alıb. Bunu biz demirik aaaa, bütün saytlar bizdən qabaq yazıb. Və ən əsası odur ki, Xuraman Rüstəmova deyirmiş ki, mənə kimsə heç nə edə bilməz, mənim dalımda Eşqi müəllim durur. İndi bildinizmi, təhsilimiz niyə bu gündədir..? Əslində qanunla məktəb direktorlarını yalnız Təhsil Nazirliyi azad edə bilər. Çıxarılan məktəb direktorlarının yeri də vakant verilməli, nazirlik tərəfindən müsabiqədən keçən şəxs direktor təyinatı almalıdır. Əgər TN-də müsabiqədən keçən yoxdursa, direktorluq vəzifəsi müvəqqəti direktor müavininə həvalə olunur. Müavin bundan imtina edirsə, onda pedaqoji şura çağırılmalı, direktor vəzifəsi müəllimlərdən birinə həvalə edilə bilər. Yəni direktorların təyinatı qanunla belə olmalıdır. Amma.. Əmması odur ki, Eşqi Bağırovun Xuramanı bu prosedurları kənara atıb direktor kürsüsünu öz bildiyi kimi təyinat aparır. İndi Eşqi Bağırovun başqa qanunsuz əməllərinə keçək. Deməli, Eşqi Bağırovun yerlərdəki xanım təhsil müdirlərinin qanunsuz əməllərini ört-basdır etməsi, onlar haqda edilən şikayətləri araşdırmadan məhz onların özlərinə göndərməsi barədə KİV-də yetərincə məlumatlar dolaşıb. Məsələn, vətəndaş yazır ki, rayon TŞ müdirinin qanunsuz əməllərindən dövlət orqanlarına müraciətim araşdırılmadan TŞ-nə göndərilib. Vətəndaş haqlı olaraq soruşur ki, Təhsil Nazirliyinin məsul şəxsi olan Eşqi Bağırov “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə zidd olaraq mənim şikayət məktubumu şikayət etdiyim vəzifəli şəxsin icraatına necə göndərib? Şikayətçi onu da qeyd edir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən son dəyişikliklərə görə, korrupsiya faktlarını ictimailəşdirən şəxslər hər hansı şəkildə təqibə məruz qala bilməzlər: "Dövlətin qanunları bu halları ictimailəşdirən vətəndaşların müdafiəsini təmin edir. Lakin yerlərdən, müxtəlif rayonlardakı məmurlardan edilən şikayətlərin məhz özlərinə göndərilməsi vətəndaşların təhlükəsizliyi üçün risk daşıya bilər. “Vətəndaşların müraciətlərinə baxılması” haqqında qanunda müraciətlərə baxılmasının müddəti və bütün qaydaları aydın yazılıb. Şikayəti rayon təhsil şöbəsi yox, onun yuxarı instansiyası – Təhsil Nazirliyi və ya müvafiq şöbə araşdırmalı idi. Eyni zamanda Təhsil Nazirliyi şikayəti onun özünə yox, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməli idi. Sözün qısası, Eşqi Bağırov qanuna-filana baxmır. Məsələn, direktor təyinatı ilə bağlı müsabiqədə 100 bal toplayan müəllimləri kənara qoyaraq, razılığını aldığı müəllimləri direktor təyin etdirir və… Məsələ müzakirə olunanda yüz bəhanə ilə deyir ki, müsabiqənin nəticələri ləğv edilib, yenidən müsabiqə keçiriləcək və s. Beləcə, Eşqi Bağırov təkcə qanunsuz məktəb direktoru təyinatından nələr götürmür. Bu adamın bu gün Bakıda milyonlarla dəyəri olan villası və obyektləri var. Yeri gəlmişkən, mediada yayılan məlumata görə, Eşqi Bağırovun Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyevlə şərikli biznesi var. Onlar "ALLURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2008-ci ildə təsis ediblər. Yeri gəlmişkən, Eşqi Bağırov bu yaxınlarda 80 yaşlı atasını Milli Məclisin mətbəəsinə müdir təyin etdirdi. Bütün bunları harasa yazmaq olardı. Amma… Əmması odur ki, ölkə mediası Eşqi Bağırovun online üsulla sələm yığmasından bəhs edir. Belə ki, ölkənin bir sıra bölgələrində, eləcə də cənub bölgəsində fəaliyyət göstərən məktəblərdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırova məxsus olduğu ehtimal edilən kapitalbank kartı yayılıb. Müəllimlərə edilən çağırışlardan aydın olur ki, Eşqi Bağırovun diqtəsilə onun kartına "onlayn sədəqə" yığılır. Guya Eşqi Bağırov bu yolla şəhidlər fonduna ianə toplayır. İndi bildinizmi, Eşqi Bağırov kimdir..? Amma Eşqi müəllim də deyir ki, mən bütün bu işləri cənab nazir Emin Əmrullayevin tapşırığı ilə edirəm. Sözün bitdiyi yer. Yazıda müxtəlif saytların xəbərlərinə istinad etmişik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gunelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Bu gün, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Bu gün, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Bu gün, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Bu gün, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Bu gün, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Bu gün, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Bu gün, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Bu gün, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Bu gün, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Bu gün, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Bu gün, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Bu gün, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Bu gün, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Bu gün, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
|